PLANET FM
Download on the App Store

PLANET FM episodes

  • Yüksək mədəniyyətli insan kimdir? Zaman Maşını #55
    "Mədəni insanın 5 əsas göstəricisi var"
    "İnsanın ağlı, qəlbi və əməyi nəticəsində yaranan hər şey mədəniyyətdir"
    "Mədəniyyətin formalaşmasında mühitin önəmi böyükdür"
    "Hər kəs sistemli kulturoloji təfəkkürə yiyələnməlidir"
    "Mədəniyyət bilikdən başlayır"
    "Kulturologiya bütün sosial və humantiar elmlərin inteqrasiyasıdır"

    Qonağımız kulturoloq, tarix elmləri doktoru Fuad Məmmədov oldu.
    36 min
  • “Bizim üçün Yaponiyadakı iş intizamına əməl etmək çətindir” Baku Elektro Səhər Şousu
    "Yaponlar dəqiq və intizamlıdırlar”
    “Yaponiyaya viza almaq asandır”
    “Ən çox məbəd olan şəhər Kiotodur”
    "Yaponlar bu tarixi Kiotonun bombalanmaması kimi qeyd edir" 
    “Yaponiyada "matcha" populyardır”
    “Yapon fəlsəfəsinə əsasən, insan eqosunu aşmalıdır ki, həyatı anlasın”
    “Onlar restoranlarda çaypulu qəbul etməyi xoş qarşılamırlar”


    Qonağımız radio aparıcı Raqif Raufoğlu oldu
    35 min
  • "Kosmos yaşamaq üçün təhlükəli yerdir" Zaman Maşını #54
    "Dünyada nadir elmlərdən biridir ki, həvəskarlar bu sahəyə böyük töhfə verir"
    "Hər planetin ən yaxşı müşahidə vaxtı var"
    "Venera Günəş sisteminin cəhənnəmidir"
    Saturnu aydın səmada adi gözlə görmək mümkündürmü? 
    "Əvvəllər Abşeron ərazisindən belə Süd yolunu müşahidə edə bilirdik"
    Dinozavrları məhv edən asteroid kimi bir obyektin yenidən Yerə düşmə ehtimalı nə qədərdir?
    "Başqa sistemlərdə adətən ən ağır planetlər ən yaxın planetlər olur"
    "Supernova hadisəsini müşahidə etmək istəyərəm"

     Qonağımız Həvəskar Astronomlar Cəmiyyətinin sədri Faiq Nağıyev oldu.
    45 min
  • "Çində hər şey çox ucuzdur" Baku Elektro Səhər Şousu
    "Pekində əylənmək üçün yerlər yoxdur"
    "Çinlilər ingiliscə danışa bilmirlər, ona görə də turistlərlə ünsiyyət üçün xüsusi cihazlardan istifadə edirlər"
    "Çində istirahət, alış-veriş və əyləncə üçün ən yaxşı şəhər Şanxaydır"
    "Çinlilər çox mehriban və yardımsevərdirlər"
    "VPN-siz heç bir yerdə internet işləmir"
    "Onların yaşlarının çox olmağından asılı olmayaraq çox cavan görünürlər"
    "Orada cavanlar TikTok-dan istifadə edərək pul qazanırlar"
    "Küçədə milli geyimlərdə gəzərək turistlərlə ödəniş əsasında şəkillər çəkirdilər"

    Qonağımız səyahətçi Sofiya Ağazadə oldu.
    27 min
  • Hazırda ölkəmizdə tədris olunan sistem özünü doğrultmuş sistemdirmi? Zaman Maşını #53
    "Savadlı olmaq üçün təhsil önəmlidir"
    "Məktəb cəmiyyətin intellektual, mədəni inkişafını təmin edir"
    "Azərbaycan cəmiyyətinin savadlı olması xalqın genetik yaddaşı ilə də bağlıdır"
    "Azərbyacanda təhsilin elə bir pilləsi yoxdur ki, ora diqqət ayrılmasın"
    "Hər bir vətəndaş öz dilini bilməlidir"
    "Bu ildən 5 və 6-cı siniflərdə Azərbaycan tarixi bütün məktəblərdə Azərbaycan dilində tədris olunacaq"


    Qonağımız Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil eksperti İlqar Orucov oldu.
    31 min
  • "Bu qəbilədəki insanlar öz yaşlarını bilmirlər" Baku Elektro Səhər Şousu
    "Onlar ingilis dilini mükəmməl bilirlər, çünki məqsədləri turistləri "ovlamaqdır"
    "Afrikada ən xoşbəxt anım təsadüfən daxil olduğum məktəblə bağlı oldu"
    "Deyilənlərin əksinə, Tanzaniyada heç bir təhlükə ilə qarşılaşmadım"
    "Hansı qəbiləyə getdiyindən asılı olmayaraq qəbilə başçısına ödəniş etməlisən"
    "Dünyada qalan sonuncu ovçu qəbilə ilə birlikdə ov etdik"
    "Onların hər bir heyvan üçün fərqli oxları var"
    "Nqoronqoroya gedəndə yolu keçən aslanları da görə bilərsiniz"

     Qonağımız səyahətçi, videoqraf Orxan Rəhmanlı oldu.
    34 min
  • Sinqapurda niyə hər kəs xoşbəxtdir?
    “Planeti kəşf edək” rubrikasında bu dəfə Sinqapuru kəşf etdik. Qonağımız turizmçi Vüqar Quliyevlə bu ölkənin modern görünüşü, yüksək texnologiyası və multikultural həyat tərzi haqqında danışdıq. Sinqapurda bir küçədə həm Çin Yeni ili, həm Hind festivalları, həm də Malay adətləri ilə tanış olmaq mümkündür. Bütün bunlarla yanaşı şəhərdəki qadağalardan, mövcud olan nizam-intizamdan və dadlı, rəngarəng Sinqapur mətbəxindən də bəhs etdik.

    30 min
  • Sərhəddə gözlədik ki, ayın 16-sı olsun, Çinə vizasız keçid edək.
    "Planeti kəşf edək" rubrikasında qonağımız bloqer Vəfa Salmanova Çinə vizasız keçid edən ilk azərbaycan vətəndaşı kimi təəssüratlarını bizimlə bölüşdü. O, sərhəddə iyulun 16-sı vizasız rejimin qüvvəyə minməsini gözlədikləri anlardan, Çinlə ilk tanışlıq təəssüratlarından və bu ölkənin maraqlı tərəflərindən danışdı. Əgər siz də Çinə səyahət etməyi planlaşdırırsınızsa, verilişimizi dinləyərək faydalana bilərsiniz.
    28 min

About PLANET FM

From the publisher's feed

Elm və Kosmosu daha yaxın etdik!