PLANET FM
Download on the App Store

PLANET FM episodes

  • "Pakistanın ən gözəl yeri Skardu bölgəsidir" "Baku Elektro"səhər şousu
    "Pakistana vizanı çox rahatlıqla ala bilərsiniz"
    "Pakistanlılar turistlərə qarşı çox qonaqpərvərdilər"
    "Ölkə olaraq Pakistan çox təhlükəsizdir"
    "Lahorda yaxşı oteldə qalsanız belə, pəncərədən baxanda havanın və ətrafın çirkliliyini görə bilərsiniz" "Pakistanlılar Azərbaycanı çox sevirlər"
    "Pakistanda küçə yeməklərini tövsiyə etmirəm"
    "Təyyarədən belə möhtəşəm mənzərələr görə bilərsiniz" 


    Qonağımız səyahətçi Ülkər Qurbanova oldu.
    32 min
  • İnfeksion xəstəliklər barədə hər şey: viruslardan qorunmağın yolları, rotavirus və miflər Zaman Maşını #49
    Zaman Maşını verilişinin qonağı infeksionist Türkan Məmmədli oldu. Veriliş ərzində müasir dövrdə geniş yayılmış infeksion xəstəliklər, onların diaqnostikası və profilaktikası ilə bağlı ətraflı müzakirə apardıq.

    Danışılan mövzular:

     İnfeksion xəstəlik nədir və yalnız müayinə ilə necə müəyyən olunur?  
     Rotavirusla necə mübarizə aparmaq lazımdır?  
     Spirtli məhlullardan istifadənin hansı hallarda tövsiyə olunmaması barədə.  
     Qızdırma zamanı buzdan istifadə niyə təhlükəlidir?  
     Peyvənd və autizm arasında heç bir elmi əlaqənin olmaması.  
     Buzlaqların əriməsi nəticəsində yeni virusların yaranma riski varmı?
    48 min
  • "Benilüksdən başqa bütün Avropa ölkələrini gəzmişəm" Baku Elektro Səhər Şousu
    "Bundan sonra qərar verdim ki, Amerikada yaşamaq mənlik deyil"
    "Amerikalılarla ünsiyyət insanı yorur"
    "ABŞ-də şəhərləşmə çox zəifdir"
    "Əgər Almaniyada bir işçini işdən çıxarırlarsa, ona 3 ay əvvəldən məlumat verilir"
    "Yaşadığınız ölkənin dilini mütləq bilməlisiniz"
    "Almaniyada axşam 8-dən sonra və bazar günləri hər yer, hətta aptek, market belə bağlı olur.
    "Mən hər ali təhsilimi təqaüdlə almışam"
    "Almanlar işləməyi sevmirlər deyə, onların həkimləri belə miqrantlar olur"


    Qonağımız Almaniyada və ABŞ-də yaşamış hüquqşünas Rahim Abasov oldu.
    33 min
  • Xəzərin dərinliklərində kəşf edilməyən sirrlər gizlənir. Zaman Maşını #48
    "Zaman Maşını" verilişinin bugünkü qonaqı Baku Divers Milli Dalğıc Klubunun rəhbəri, beynəlxalq dərəcəli təlimatçı dalğıc Elsevər Əliyev oldu. 

    -Xəzərin dərinliklərində nələr var?
    - Xəzərdə sualtı muzey yaradıla bilər?
    -Suyun altında taxta belə çürümür;
    -Üzə bilməyən adam da dalğıc ola bilər;
    -Xəzərdə meduzalar var ;
    -Göygölün 100 metrə qədər dərinliyi var ;
    48 min
  • "Laçını sözün əsl mənasında kəşf etdim" Baku Elektro Səhər Şousu
    Azad edilmiş ərazilərin tanıdılması və real vəziyyətin işıqlandırılmasında media nə qədər təsirlidir?
    "Şuşa Qlobal Media Forumu" Azərbaycan reallıqlarının dünyaya çatdırılmasında mühüm rol oynayır""
    "Qafqaz Albaniyasının tarixi abidələri burada yerləşir"
     "Çox sevinirəm ki, ölkəmiz süni intellekt mövzusunda proaktiv mövqe seçib"
    "Bərpa olunmuş ərazilərimizi izləmək möcüzədir"
    "Ümid edirəm ki, media savadlılığı məktəblərdən başlayaraq aşılanacaq"
    "A News Bakıdan yayımlanan qlobal analitik ingilisdilli kanal"


    Qonağımız ADA Universitetinin Kommunikasiya və media araşdırmaları kafedrasının müəllimi Şəfəq Mehrəliyeva oldu
    34 min
  • Valideyn-övlad münasibətləri necə qurulmalıdır? Zaman Maşını #47
    "Övladlarımızı düzgün tanıya bilsək, ünsiyyət problemlərimizi daha rahat həll edə bilərik"
    Necə davranaq ki, uşaqlar valideynlərinin sözünü dinləsinlər?
    "Qadağalar qoyarkən onun "niyə"sini izah etmək lazımdır"
    "Bəzən valideynin övladına olan davranışı onun özünün uşaqlıq travmalarının əksidir"
    "Uşaqları sıxmadan onları nəzarətdə saxlamalıyıq"
    "Hər evin ailə psixoloqu olmalıdır"
    "Psixoloji travmalar ən ağırıdır"


    Qonağımız BDU-nun Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Kamilə Kazımova oldu.
    42 min
  • "Monakonu 1 günə piyada gəzmək olar" Baku Elektro Səhər Şousu
    Monakoya getmək üçün viza lazımdır?
    "Oranın avtobus dayanacağında divanlar var"
    "Orada ən lüks mənzillər münasib qiymətə kirayə verilir"
    "Monakoya uşaqlarla getməyi tövsiyyə etmirəm" 
    "Monakolular xarici dili bilməsələr belə, insanlara işarə ilə köməklik edirlər"
    "Səyahət edərkən yanınızda mütləq istifadə edə biləcəyiniz fiziki kart olsun"


    Qonağımız Beynəlxalq Səyahətçilər klubunun müstəqil tərəfdaşı Lalə Əhmədova oldu.
    32 min
  • "Məntiqin böyük bir hissəsi vərdişdir" Zaman Maşını #46
    "100 bal toplayandan sonra öz biliklərimi paylaşmaq üçün müəllimlik fəaliyyətinə başladım"
    "Məntiq sualları 3 hissədən ibarətdir: verbal, riyazi, fiqur"
     Magistr imtahanına hazırlaşan tələbələrə nəyi tövsiyyə edirsiniz?
    Gələcəyin iqtisadçısı necə olmalıdır?
    Nəyə görə qlobal iqtisadi böhranı proqnozlaşdıran insanlar qabaqcadan onun qarşısını ala bilmirlər?


    Qonağımız magistraturaya qəbul imtahanı rekordçusu Nihad Zeynallı oldu.
    39 min
  • "Təbiət səslərini təkrarlayan musiqi alətlərinin müəllifi" Zaman Maşını #45
    Musiqi alətlərini təkmilləşdirərkən tarixi mənbələrdən istifadə edirsiniz?
    Ustad tarzənlərin istifadə etdiyi tarlarla adi tarların fərqi varmı?
    "Əbdülqadir Marağayinin və Səfiəddin Urməvinin 7 əsərini notlaşdırmışıq"
    "Beynəlxalq Muğam Mərkəzinin muzeyindəki bütün musiqi alətləri mənim əlimdən keçib"
    "Çalışırıq ki, musiqi alətlərimiz ifaçıya problem yaratmasın"
    Ən çətin təkmilləşdirmə prosesi hansı alətdə olub?
    "Bütün alətlərin təkmilləşməsində mənə texniki təhsilim kömək olub"
    “İnsan öz hisslərini musiqi alətinə verdiyi qədər heç kimə vermir”


    Qonağımız Azərbaycan Milli Konservatoriyasının Milli musiqi alətlərinin təkmilləşdirilməsi elmi-tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov oldu.
    41 min
  • "Seul o qədər təmizdir ki, insanın ayaqqabısı belə çirklənmir" Baku Elektro Səhər Şousu
    "Orda gecə saat 2 ilə günorta saat 2 arasında heç bir fərq yoxdur, çünki bütün yerlər  24 saat işləyir" "Metronun içində azırsan, çünki 7 mərtəbəli stansiyaları var"
    "Bir mənfi cəhətləri odur ki, Seul sakinləri ingilis dilini bilmirlər"
    "Alış-veriş üçün ən mükəmməl yerdir"
    "Burada qiymətlər aşağı, keyfiyyət isə yüksəkdir"
    "Küçədə yerləşən obyektlərin 80%-ni kosmetika mağazaları təşkil edir"
    "İnsanlar üzərində həmişə diş fırçası gəzdirirlər"
     "Seulda çörək tapmaq qeyri-mümkündür"
    "Kofeni hazırlayarkən diqqət olunmalı 5 məqam var"
    "Kofenin hazırlanması üçün lazım olan suyun maksimum dərəcəsi 93-dür"


    Qonağımız "Fine Cup Coffee" nin rəhbəri Emil Məmmədov oldu.
    33 min

About PLANET FM

From the publisher's feed

Elm və Kosmosu daha yaxın etdik!