PLANET FM
Download on the App Store

PLANET FM episodes

  • "Jurnalistika milyonların hissləri ilə oynayan həssas bir sahədir" Zaman Maşını #44
    "Bugünkü gündə Jurnalistika fakültəsinin tələbələrindən daha çox cəsarət, operativlik və sürət tələb olunur"
    "Media savadlılığını insanlar arasında yaymaq lazımdır"
    Nəyə görə aparıcılar arasında peşəkar jurnalistlər azdır?
     "Jurnalistikanın qanunu odur ki, hər hansı bir xəbəri yaymadan əvvəl onu ən azı 3 mənbədən təsdiqləmək lazımdır"
    "Harada qərəz varsa, orada obyektivlikdən danışıla bilməz"
    "Peşəkar jurnalist tərəfsiz olmalıdır"

     Qonağımız BDU-nun Jurnalistika fakültəsinin dosenti Sevinc Əliyeva oldu.
    45 min
  • "Tarix bizə ibrət olmalıdır" Zaman Maşını #43
    Tarix elminin cəmiyyətin milli kimliyinin formalaşmasında hansı rolu var?
    "Tarix elə bir elmdir ki, hər dəfə yeni bir məlumatla qarşılaşırsan"
    "Qərbi Azərbaycanla bağlı əlimizdə hələ açıqlanmayan həqiqətlər var"
    "1918-ci ildə 11 nəfərin qol çəkdiyi məktubda belə qeyd var idi: "Yaranmış acı bir zərurətdən..." "Torpaq heç bir kəsin mülkiyyəti deyil, o, xalqındır" 

    Qonağımız tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov oldu.
    39 min
  • "Antik əsərlərin çoxluğu metro tikintisini məhdudlaşdırır" Baku Elektro Səhər Şousu
    "Dövlət qurumunda çalışanlar rahatlıqla viza ala bilirlər"
    "Kiçik büdcə ilə daha çox ölkə gəzmək olar"
    "Mənə görə Bakı Romadan daha təmiz şəhərdir"
    "Panteon çox inanılmaz tarixi məkandır"
    "İtalyanların həm mədəniyyəti, həm də yeməkləri bizmlə oxşayır" 
    "İtaliyada küçə yeməkləri daha sərfəlidir"
    ""Bəyin verdiyi atın dişinə baxmazlar" ifadəsi italyanlarda da var"

    Qonağımız səyahətçi Şahpələng Kərimov oldu.
    31 min
  • "Poliqlotlar çalışırlar ki, ingilis dilini daha az istifadə etsinlər" Zaman Maşını #42
    "Danışdığım 9 dilin hər birində zarafatı başa düşürəm deyə bilmərəm"
    "İspan dili mənə ən yaxın dildir"
    Dünya Poliqlotlar Cəmiyyətinin fəaliyyəti nədən ibarətdir?
    Öyrənilməsi ən çətin və ya ən asan dil hansıdır?
     "Dinləyib danışmadan dili öyrənə bilmərik"
    "Hansı dildə danışıramsa, həmin dildə düşünürəm"
    Mahnıya qulaq asaraq dili öyrənə bilərikmi??
    Süni intellektlə dil öyrənmək mümkündürmü?


    Qonağımız Dünya Poliqlotlar Cəmiyyətinin yeganə azərbaycanlı üzvü Aslan Məmmədzadə oldu
    44 min
  • "Orfoepik qaydalar ümumxalq dilinə yaxın olmalıdır" Zaman Maşını #41
    -Azərbaycan dili və ədəbiyyatının tədrisində ən çətin qavranılan mövzular hansılardır?
    -Ən çox hansı yaş qrupu ilə işləmək daha rahatdır?
    -Azərbaycan dilinin orfoqrafik və orfoepik qaydalarında hansı dəyişikliklərə ehtiyac var?
    Dərsliklərdə və tədris proqramında hansı çatışmazlıqlar var?

    Qonağımız Azərbaycan dili və ədəbiyyatı müəllimi Pərvin Səfərova oldu
    37 min
  • "Ölü dənizlə bizim duzlu gölümüz arasında heç bir fərq yoxdur" Baku Elektro Səhər Şousu
    "Petranı görmək xəyalı məni İordaniyaya apardı"
    "Mən gedəcəyim ölkəni əvvəlcədən əzbərdən öyrənən insanam"
    "Ölü dənizə getməyə peşman oldum"
    "Mən həyatımda bu qədər qorxduğum ölkəyə gedərək ən gözəl təəssüratlarla qayıdacağımı düşünməzdim"
    "İordaniya yeganə ölkə idi ki, yeməklərini çox sevdim"


    Qonağımız turizmçi-bloqer Həvva Səfərova oldu.
    27 min
  • “Allergiya əleyhinə dərmanlara belə allergiyası olan insanlar var” Zaman Maşını #40
    Qida allergiyasının simptomları nələrdir?
    "Hər hansısa qidanın ilk qəbulundan sonra heç bir zaman allergiya yaranmır"
    Ən geniş yayılmış allergiya hansıdır?
    "Allergik reaksiya zülala qarşı olur"
    Həşərat sancmasına qarşı allergik reaksiyası olan insanlar özlərini necə qorumalıdırlar?
    Stresdən allergiya yarana bilərmi?


    Qonağımız allerqoloq Nicat Əfəndizadə oldu
    40 min
  • Ərzaqlardan istifadə edərkən nələrə diqqət etmək lazımdır? Zaman Maşını #39
    "Ərzaq məhsullarını alarkən mütləq üzərindəki etiket məlumatlarına diqqət etməliyik"
    Tərəvəzləri və meyvələri hansı şəraitdə saxlamaq lazımdır? 
    "Çiy ərzaqlarla bişmiş ərzaqları yanaşı saxlamaq olmaz"
    "Ət və ət məhsullarının buzunu açmaq üçün isti sudan istifadə etmək olmaz"
    Etiketlənmədə hansı qaydalara riayət edilməlidir?
    Dondurmaları necə istehlak etməliyik?
    "Kiflənmiş qidaları təkrar emal edərək və ya olduğu kimi qəbul etmək olmaz"

    Qonağımız Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sektor müdiri Aynur Heydərova oldu
    43 min

About PLANET FM

From the publisher's feed

Elm və Kosmosu daha yaxın etdik!