PLANET FM
Download on the App Store

PLANET FM episodes

  • Kanadaya səyahətdən öncə: Toronto və Niaqara haqqında hər şey. "Baku Elektro"səhər şousu
    "Planeti Kəşf Edək" rubrikasının növbəti buraxılışında qonağımız səyahətçi Fəxri Məmmədli oldu. Onunla Kanadaya səyahət üçün viza alma prosesinin necə baş tutduğundan, Torontonun turistləri cəlb edən məkanları və dünya möcüzələrindən biri sayılan Niaqara şəlaləsi haqqında ətraflı müzakirə etdik. Verilişimiz Kanada səyahəti planlaşdıranlar üçün həm motivasiyaverici, həm də praktik məlumatlarla doludur.
    34 min
  • Hər kəs ali təhsil almalı deyil. Zaman Maşını #52
    "Zaman Maşını" verilişimizin növbəti qonağı STM-in əməkdaşı, təhsil eksperti Elmin Nuri oldu.

     Danışılan mövzular:
    -Düzgün ixtisas seçiminin vacibliyi; 
    - Peşə təhsili ilə mütəxəssis olmaq mümkündürmü?
    - Abituriyent və valideynlərin ixtisas seçimi zamanı qərarsızlıq səbəbləri ;
    - Yaşıl iqtisadiyyat üçün kadr hazırlığının əhəmiyyəti





















    45 min
  • "Yaşıl gələcək" nədir, onun üçün nə etməliyik? Zaman Maşını #51
    "Zaman Maşını" verilişinin bugünkü qonağı “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, ekoloq Elman Cəfərli oldu. Verilişdə "yaşıl dünya" üçün maarifləndirmə tədbirləri, məktəblərdə ekologiya fənninin tədrisinin vacibliyi və küçə heyvanlarının ekosistemdəki rolu haqqında ətraflı danışdıq.
    34 min
  • "İngiltərə təkcə Londondan ibarət deyil" "Baku Elektro"səhər şousu
    "İngiltərəyə viza almaq çox çətindir"
    "Əgər İngiltərəyə səyahət edəcəksinizsə, mütləq gedəcəyiniz şəhərlərə biletləri əvvəlcədən alın"
    "Ən münasib nəqliyyat sistemi avtobusdur"
    "İngiltərədə ən çətin ingilis ləhcəsi Liverpuldadır"
    "Mən "sorry" sözünün bu qədər istifadə edildiyi ikinci bir ölkə görməmişəm"


    Qonağımız İngiltərədə yaşayan səyahətçi Sevil Baxşıyeva oldu.
    34 min
  • Kiberdələduzluğa məruz qalmamaq üçün nə etməliyik? Zaman Maşını #50
    "Səyahət zamanı rəsmi olmayan açıq "Wi-Fi"lara qoşulmaq sizi kiberdələduzluğa məruz qoya bilər" Xarici nömrədən gələn zənglərə qarşı nə edə bilərik?
    "Mütləq ikili təsdiqləmə kodlarından istifadə etmək lazımdır"
    Uşaq və yeniyetmələri təhlükəli saytlardan, oyunlardan necə qorumalıyıq?
    Süni intellektin kibertəhlükəsizlik məsələsinə mənfi və müsbət təsiri nələrdir?


    Qonağımız Elektron Təhlükəsizlik Xidmətinin Maarifləndirmə və Tədqiqat sektorunun böyük məsləhətçisi Fariz Ələsgərov  oldu.
    40 min

About PLANET FM

From the publisher's feed

Elm və Kosmosu daha yaxın etdik!