"Hesab edirəm ki, görüş müsbət keçdi. Dialoq İlham Əliyevlə olduğu kimi, Nikol Paşinyanla da kifayət qədər məhsuldar idi. Bütün vacib problemlər müzakirə olunub".
Ermənilərin bu gün Hadrut, Cəbrayıl rayonlarında və digər ərazilərdə apardıqları axtarışlar zamanı bu ölkənin ikinci Qarabağ müharibəsində həlak olmuş daha 10 hərbçisinin meyitləri tapılıb.
Yanvarın 9-da saat 22 radələrində Ağdaş rayon sakini 1991-ci il təvəllüdlü Baxışov Elman Elxan oğlunun yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
ABŞ-ın Federal Təhqiqat Bürosu (FTB) və Nyu-Yorkun Polis İdarəsi Kapitoli polisini ABŞ prezidenti Donald Trampın tərəfdarlarının yeni iğtişaş törədə biləcəkləri barədə məlumatlandırıb.
Yaponiya sakinlərinin 80 faizi "Tokio-2020"nin ləğv edilməsini və ya təxirə salınmasını istəyir. Sorğuda iştirak edənlərin 35,3 faizi olimpiadanın ləğvinin tərəfdarıdır, 44,8 faizi isə yarışın yenidən təxirə salınmasını dəstəkləyir