Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2981 yeni yoluxma faktı qeydə alınıb, 1226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Son zamanlar mülki şəxslərin işğaldan azad edilmiş ərazilərimizdə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları, bəzən isə həlak olmaları halları müşahidə edilməkdədir.
Beyləqan rayonu Ə.Məmmədov adına Təzəkənd kənd tam orta məktəbində 2 ilə yaxındır gənclərin çağırışaqədərki hazırlıq fənnini tədris edən Əvdil Quliyev Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.
Bakı Nəqliyyat Agentliyi marşrut xətlərinin planlaşdırılması, qrafik üzrə idarə olunması üçün proqram təminatının alınmasına dair elan etdiyi açıq tenderə yekun vurub.
Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik maddə saxlamaqda şübhəli bilinən rayon sakini Namiq Abbasov saxlanılaraq RPŞ-yə gətirilib.