səsli məktublar

səsli məktublar

Download on the App Store

səsli məktublar episodes

  • ilbizlər evə qayıtmağa çalışır

    ard-arda gələn yağışlı günlərin birində işə gedən yolda çoxlu iblizlərlə qarşılaşmışdım. sonra necə bənzədiyimizi düşünməyə başladım. və bu səs qeydini aldım.

    47 min
  • ritm

    son zamanlar həyatımın arxa fonunda çalan ritmə uyğunlaşan mənim ayaqlarım idi, yoxsa ritm mənim ayaqlarıma uyğunlaşmışdı, deyə düşünürdüm. və belə bir bölüm ortaya çıxdı.

    24 min
  • robotlar mənim insanlarım deyil

    uşaqkən düşünürdüm ki bəlkə də ətrafımdaki insanlar robotdu və sadəcə mən insanam, zaman keçdi özüm gün keçdikcə daha az insan hiss etdiyimi görməyə başladım. indi isə nə çevrəmizdəki robotları, nə də robotlaşmağı istəmirəm. mən robotları deyil insanlarımı istəyirəm.

    34 min
  • sadəcə bir mesajdır

    bu səfər uzun-uzun söhbət etmirik, amma “səsli məktublar”-ın ağlımda olduğunu bildirmək istədim. dinlədiyiniz və var olduğunuz üçün təşəkkür edirəm! yaxşı ki varsınız! yeni iliniz mübarək!

    6 min
  • Həyatıma bir gün qazandırmaq

    Kaş'a gedən yolda yenidən podcast bölümü qeydə almaq istəyimlə başlayıb, həyatımla və həyatımda nələr etmək istədiyimin fərqinə vardığım və hiss etdiyim , hər yaşadığımız gün barəsində, niyə "Ömrümüzdən bir gün getdi" deyirik amma "Ömrümə bir gün daha qazandırdım" demirik deyə sorğulayıb, bütün bunları bir araya topladığım bir bölümdür.

    27 min
  • qonaqlıqdan söhbətlər: kim sağalır?

    ötən günlərdə Aygüngilə qonaq getmişdim, söhbətlərimiz öz axışında davam edərkən qərara gəlmişdik ki, mikrofonu açaq və bir bölüm qeydə alaq. beləliklə podcast-ın ilk qonaqlı bölümü Aygünlə oldu🩷 yaxşı ki belə oldu.

    Aygünlə sağalmaqla bağlı fikirlərimizi, hislərimizi bölüşdüyümüz bir bölüm qeydə aldıq, qarşılıqlı bir-birimizi qonaq etdiyimiz gün, indi isə sizləri də söhbətimizə qonaq etmək istəyirik 🌟

    xoş dinləmələr :)

    1 hr 3 min
  • məni kimdən öyrənməliyəm?

    bu aralar yeni bir yerə, yeni bir həyata və rutinə öyrəşməyə çalışarkən, özümlə bağlı çox sualım yaranır və hər dəfə cavablarını axtarışa çıxanda bundan bir-iki ay öncə beynimdə canlanmış suala geri qayıdıram, məni kimdən öyrənməliyəm?


    bu bölümdə bu sual üzərinə düşündüyüm həftələrdən, hətda aylardan ibarət fikirlərimi toplamışam və sonunda cavabı deyəsən tapa və qəbullana bilmişəm.


    neçə müddətdir üzərində durub danışmaq istəmədiyim ya da dünyayla və özümlə necə paylaşacağımı bilmədiyim zaman aralıqlarından süzülüb gəlib bu bölüm.


    https://open.spotify.com/track/78k51U7QHqHwMPefHUdfx1?si=e0niWX-mSCGrxMtyjY2fVg

    36 min
  • dostum üçün

    artıq iki ildir mesajlarıma geri dönüş ala bilmirəm, bu səbəbə görə bu səs qeydini sənə yollayıram.

    görüşəcəyimiz günə qədər bunu etməyə davam edəcəm.

    42 min

About səsli məktublar

From the publisher's feed

Salam, yaşamımdaki şeyləri sizinlə bölüşür, gödüyüm, hiss etdiyim, düşündüyüm, anlamağa çalışdığım anları səsli məktublar formasında xatirə qutusuna toplayıram.