
Sign up to save your podcasts
Or


Salamm, bu bölümdə terapiyaya başlama, bu səyahət boyunca qarşılaşdığım, hiss etdiyim və yaşadığım bəzi şeylər haqqında danışacam. <3 Digər bölümlərdə görüşənədək.
evim. bu bölümdə sənə evim haqda danışmaq istəyirəm. baxçası çiçəklərlə dolu, təmir etməsi çətində olsa, zamanımı, sevgimi və əməyi verərək möhkəmləndirdiyim, mənə aid formaya saldığım, azad olduğum, çox sevdiyim evim. böyüdüyüm, bəzi zamanlarda savaş verdiyim və tərk etməyə çalışdığım, zamanla dəyərini anladığım və daxilində yaşlanmağı ümid etdiyim canım evim <3 səni çoox sevirəm. dinlədiyin üçün təşəkkür edirəm.
Salamm, bu bölümdə yeni oxuyub, bitirdiyim və artıq ən sevdiyim kitablar sıralamasında ən öndə yer alan kitab haqda danışıram. Oxuyarkən ağlımda olan şey bura gəlib, bütün bunları sənlə də bölüşmək idi, xoş dinləmələr<3
Salamm, mən Mirvari Həşimli. Səni yenidən gördüyüm üçün çox sevindim. Bu bölüm biraz yorğunluq, hüzün, üzləşmə və yaxşıya doğru gedən sağalma yoluma əsaslanaraq qeydə alınmışdır. Dinləyəcəyin hekayə mənə aiddir. Bu bölümün açıqlamasında yazacaq çox uzun cümlələrim yoxdur, duyğularımı və düşüncələrimi bölüm daxilində yetərincə bölüşmüşəm məncə, bilməlisən ki, dinlədiyin üçün sənə təşəkkürlərimi yollayır və bənzər şeyləri yaşıyırsansa/yaşamısansa mən sənin yanındayam. Zamanla yaralarımızın izləri belə itəcək. Səni sevirəm, yenidən görüşənədək.
Salamm, mən Mirvari Həşimli. Bu bölümün daxilində bəzi tetikləyicilər mövcuddur. Bu bölümdə sizinlə yemə pozuntuları və bədənsəl olaraq mövcud olan düşüncələr haqda ilkin fikirlərimi bölüşürəm. Bu bir seri halında olacaqdır. Mümkün qədər dürüstlüklə sizinlə yaşantımda olan detalları bölüşməyə, həmçinin bundan əziyyət çəkən digər insanlarıda qonaq almağa çalışacam. Bəzən insanların gördükləri şeyləri, biz olaraq qəbul etmələri yetəri qədər acı verir. Bu səbəblə bunu yaşayan sənin də yalnız olmadığını xatırlatmaq istəyirəm. Bizim bunlara məruz qalmağımız, bunları normal başlığı altına toplamır və bunu digərlərinə də ötürməyimizə haqq qazandırmır. Səni sevirəm və sənə ilk baxdığımda gördüyüm şey ruhunun necə var olduğudur. Var olduğun üçün təşəkkür edirəm <3 Xoş dinləmələr.
From the publisher's feed