The Valiyev Show

The Valiyev Show

By ismayil valiyevHealth & FitnessNutrition
Download on the App Store

The Valiyev Show episodes

  • Motivasiya və Disiplini Canlı Saxlamağın Sirri: Sürpriz + Yenilik.

    Got something to say to this podcast? Send a voicemail, and you might hear yourself on the next episode!

    Motivasiyanı niyə itiririk?

    Çünki beyin təkrara tez alışır və artıq əvvəlki qədər həyəcan hiss etmir.

    Bu epizodda sənə motivasiya və nizam-intizamı canlı saxlamanın gizli silahını açıqlayıram: sürpriz və yenilik.

    Beynimizin yeniliyə qarşı marağı və istəyinin necə işlədiyini, bunu gündəlik həyatına necə tətbiq edə biləcəyini izah edirəm.

    Beləcə, həm motivasiyan sönmür, həm də disiplini qoruyursan.

    👉 İndi dinlə və həyatına “yenilik yanacağı” əlavə et!

    16 min
  • Sadə Et, Yoxsa İşləməyəcək.

    Got something to say to this podcast? Send a voicemail, and you might hear yourself on the next episode!

    Heç düşündünüzmü ki, niyə yaxşı planlar çox vaxt pozulur?

    Çox vaxt səbəb ideyanın səhv olması deyil — sistemin çox mürəkkəb olmasıdır.

    Bu epizodda ən uğurlu strategiyaların əslində necə sadə olduğunu izah edəcəyəm. Sadəcə iki sual vermək — Bunu necə daha sadə edə bilərəm? və Necə daha asan izlənilən edə bilərəm? — icranızı dərhal gücləndirə bilər.

    Sadəliyin strategiyanı daha möhkəm, təkrar etməsi asan və pozulması çətin etdiyini öyrənəcəksiniz — hətta ən pis günlərinizdə belə.

    Sonda isə artıq nəyi atmalı olduğunuzu və nəyə fokuslanmalı olduğunuzu dəqiq biləcəksiniz.

    8 min
  • Özünü Özünə Təsdiq Et, Başqalarına Yox.

    Got something to say to this podcast? Send a voicemail, and you might hear yourself on the next episode!

    Bu epizodda bir sualın ətrafında dönürük: Səni heç kim izləməyəndə necə işləyirsən?

    Çox işləmək kifayət deyil — keyfiyyətli işləmək və ən əsası, səni heç kim görməyəndə də eyni dərəcədə məsuliyyətli və sədaqətli qalmaq əsl gücdür. Bu epizodda həm işə yanaşmamızı, həm də daxili motivasiyanı necə qurmalı olduğumuzu danışırıq.

    Çünki uzun yolda səni uğura aparan tək şey var: Özünü özünə sübut etmək.

    Başqalarının bəyənməsi, alqışı ya da tənqidi gəlir-gedər. Amma sən öz vicdanına hesabat verə bilirsənsə, qalibsən.

    🎧 Dinlə və özünlə bağını möhkəmləndir.

    7 min
  • Bu yanaşma ilə 2 kitab yazdım.

    Got something to say to this podcast? Send a voicemail, and you might hear yourself on the next episode!

    Az vaxtın da böyük bərəkəti var..

    20 dəqiqə “azdır” deyib keçirik. Amma bir ayda belə 30 belə gün var. İki ayda 50+. İndi təsəvvür elə, bu ritm bir ilə çevrilsə — nə qədər böyüyə bilər?

    Az vaxtın çox bərəkəti var. Sadəcə sən onu qiymətləndirməyi bacarmalısan.

    Davamlılıq + az vaxt = böyük nəticə.

    10 min
  • 🎧 Zamanımızın Super Gücü — Diqqət

    Got something to say to this podcast? Send a voicemail, and you might hear yourself on the next episode!

    Bu epizodda diqqətin gücü və onu necə inkişaf etdirə biləcəyimizdən danışıram.

    🔑 Niyə uzunmüddətli diqqət bu qədər vacibdir?

    🔨 Diqqət əzələsini necə məşq etdirməliyik?

    🚫 Yayındırmalardan necə qorunmalı?

    🔥 Niyə hər gün bu bacarığı şüurlu şəkildə məşq etməliyik?

    Uzun müddət bir çətin işə fokuslana bilmək – bu günün super gücüdür.

    18 min
  • 100% Qətiyyət: Disiplinin Tək Yolu

    Got something to say to this podcast? Send a voicemail, and you might hear yourself on the next episode!

    Bu epizodda disiplinli olmağın tək yolundan danışıram: qapını bağlamaq və heç bir müzakirəyə açıq olmayan 100% qətiyyətlə yaşamaq. “Bir dəfədən bir şey olmaz” kimi görünən yalanların necə fəlakətli nəticələr verdiyini, bu bir cümlənin momentumumuzu necə dağıtdığını və özümüzlə apardığımız sonsuz müzakirələri necə bitirə biləcəyimizi izah edirəm.

    Əgər sən də daima nizamlı, məqsədli və güclü qalmaq istəyirsənsə, bu epizod sənin üçün yol xəritəsidir. Disiplin sadəcə davranış deyil – bir kimlikdir. Və bu kimliyi formalaşdırmağın ilk addımı: geri dönüş qapılarını bağlamaqdır.

    16 min
  • Sualın Düzdürsə, Beyin Yol Tapacaq.

    Got something to say to this podcast? Send a voicemail, and you might hear yourself on the next episode!

    Özünə verdiyin suallar səni istədiyin nəticələrəmi yönləndirir, yoxsa əksinə — səni məğlubiyyətə aparır?

    Suallar promptlardır, beynimiz isə süni intellekt kimidir.

    Keyfiyyətli cavab üçün verdiyimiz promptları – yəni sualları – düzgün seçməliyik.

    “Heç düşündünmü ki, nə düşünürsən və necə suallar verirsən?”

    Avtomatlaşmış, vərdişə çevrilmiş sualları niyə daha şüurlu və güclü suallarla əvəz etməliyik?

    19 min
  • Gündə Cəmi Dörd Saat İşlə və Daha Çox Nəticə Qazan!

    Got something to say to this podcast? Send a voicemail, and you might hear yourself on the next episode!

    🎙️ Yeni Epizod: Gündə Cəmi Dörd Saat İşlə və Daha Çox Nəticə Qazan!

    Bu epizodda iş vaxtını daha ağıllı idarə etməyin yollarından danışıram. Əsas sual: niyə günün yalnız dörd saatını ən önəmli işlərə ayırmaq kifayətdir? Cavabları və daha artığını bu epizodda tapacaqsınız.👇

    🔹 Ən önəmli işlər iki qrupa bölünür:  • Koqnitiv baxımdan çətin və yüksək fokus tələb edən tapşırıqlar  • Koqnitiv baxımdan asan, amma strateji və uzunmüddətli dəyəri olan tapşırıqlar

    🔹 Az önəmli işlər nə vaxt və necə edilməlidir?  • Vaxt bloklama texnikası ilə  • Enerji səviyyəsinə uyğun planlama üsulları ilə

    🔹 Niyə yalnız 4 saat?  • Fokus + Keyfiyyət = Yüksək Nəticə  • Qalan vaxtı zehni və fiziki bərpa üçün istifadə etmək

    🔸 Əgər gün ərzində “çox işləyirəm, amma nəticə yoxdur” deyirsinizsə – bu epizod sizə aiddir!

    13 min
  • Xəyallarına Yer Aç: Gündə 30 Dəqiqə.

    Got something to say to this podcast? Send a voicemail, and you might hear yourself on the next episode!

    Əksəriyyətimiz düşünür ki, böyük layihələr, önəmli işlər üçün uzun saatlara ehtiyacımız var. Amma həqiqət budur: hər gün cəmi 30 dəqiqə ayırmaq kifayətdir ki, illərlə təxirə saldığın ideyanı həyata keçirəsən.

    Bu metodun ən güclü tərəflərindən biri də budur:Həyat hər gün ideal olmur. Bəzən çox işimiz olur, bəzən yorğun, halsız, motivasiyasız oluruq. Amma 30 dəqiqəni tapmaq – bu mümkün olan bir şeydir.

    Bu epizodda bu sadə, amma güclü yanaşmanı danışacağıq: Hər gün az da olsa, davamlılıqla işləmək.

    Bu günün sonuna qədər özünə bir zaman təyin et. Cəmi 30 dəqiqə. Və o vaxtı sadəcə bir ideyan, bir layihən üçün ayır. Qoy bu gün sənin ilk "davamlılıq damlası" olsun.

    10 min

About The Valiyev Show

From the publisher's feed

The Valiyev Show — Azərbaycanca elit performans, kouçinq, sahibkarlıq və özünüinkişaf podkastıdır. Hər epizodda ekspertlər, koçlar və sahibkarlarla dərin söhbətlər aparılır, ya da İsmayıl Vəliyev…