Sign up to save your podcastsEmail addressPasswordRegisterOrContinue with GoogleAlready have an account? Log in here.
FAQs about HAQQ Talk:How many episodes does HAQQ Talk have?The podcast currently has 31 episodes available.
September 16, 2024Sizlərdən gələn suallarİlk sezonun son buraxılışını sizin suallarınızı cavablandıraraq yekunlaşdırmaq istədik. Bizlərə mesaj və rəy bölmələrindən ünvanladığınız suallardan ən çox soruluşanları Ayşə və İnara sadə dillə sizlərə izah etməyə çalışdı. Demək olar ki, qanunvericiliyin bütün sahələrinə aid ən azı bir sualı cavblandırdığımız bu epizodun hər biriniz üçün faydalı olacağına əminlik veririk.Xoş dinləmələr!...more21minPlay
September 02, 2024İqlim dəyişikliyində rolumuz nə qədərdir?COP29-a hazırlaşdığımız bu ərəfələrdə istədik ki, iqlim dəyişikliyinin həm hüquqi həm də sosial tərəflərinə birgə baxış keçirək. Vətəndaş məsuliyyətləri, dövlət strategiyaları və öhdəliklər üçün bir çox müqavilələr. Gəlin görək hər biri iqlim dəyişikliyi ilə mübarizədə nə qədər rol oynayır? Azərbaycanın rolu varmı? Hansı addımlar gələcəkdə iqlim dəyişikliyi ilə üzləşməmək üçün vacibdir? İnara və Ayşən bu dəfəki həmsöhbətləri siz olun:) Xoş dinləmələr! Abonə olmağı unutmayın!...more19minPlay
August 19, 2024Azərbaycanda feminist olmaqUzun müddətdir müşahidə edirik ki, feminizm haqqında misinformasiyalar sürətli şəkildə artmağa davam edir. Bəs, əslində feminizm nədir? Feminizim həqiqətən də səsləndirildiyi kimi kişilərə nifrət edir? Feministlər nə istəyir?Feminizm tarixinə qısa baxış keçirərək Azərbaycan və dünya təcrübəsində feminist fəaliyyətləri və tələbləri müzakirə etdik. Qonağımız Gülnarə Mehdiyeva Ayşə və İnaranın suallarını ətraflı cavablandıraraq sizlərə feminist baxış bucağını hər incə detalına qədər izah etməyə çalışdı.Bütün stereotiplərinizi qıracağınız faydalı bir epizod sizləri gözləyir.Xoş dinləmlər!...more40minPlay
August 05, 2024Nifrət cinayətləri necə başlayır?Dünyada baş verən bir çox hadisələrin kökündə axtarsaq, bir nöqtədə nifrət nitqi tapmağımız təəssüf ki, qaçınılmazdır. Bəs, həqiqətən də mi hər birimiz nifrət nitqinin nə olduğunu bilirik? Əgər cavabınız "xeyr"-dirsə, onda bu epizod sizin üçündür. İnara və Ayşə bu dəfə siyasi fiqurların çıxışlarını təhlil edərək bunun necə nifrət cianyətlərinə yol açdığını, hüquqi aspektdən nifrət nitqinin qiymətləndirilməsini və məhkəmə praktikasında mövzuya baxış bucaqlarını müqayisə etdilər.Özündə bir çox neqativ stiuasiyaları əks etdirməsinə baxmayaraq, bu epizodu dinləyən hər kəsin fərqindəliyi ilə nifərt nitqi nümunələrinin azalacağına ümidimiz böyükdür. Şərhlərinizi gözləyirik!...more21minPlay
July 22, 2024Təhqir və böhtan nə zaman məsuliyyətə səbəb olur?Sosial medyanın həyatımızda aktiv rol oynadığı bugünlərdə təhqir və böhtan hallarına demək olar ki, hər gün şahid oluruq. Bəs, bu qədər azad şəkildə təhqirlər səsləndirmək və vətəndaşları böhtanla üz-üzə qoymaq hüquqda necə qiymətləndirilir?Bu dəfə Ayşə və İnara sizlərə təhqir və böhtanın hüquqi qiymətləndirməsini sadə şəkildə izah etməyə çalışıblar. Azərbaycan və digər dünya ölkələri təcrübəsindən də maraqlı dəyərləndirmələrin yer aldığı bu epizodumuzu da bəyənəcəyinizi ümid edirik.Xoş dinləmələr!...more19minPlay
July 08, 2024Kiberzorakılıq əslində nədir?"Stalking"in kiberzorakılıq olduğunu bilirdiniz? Texnologiyanın sürətli inkişafı təəssüf ki, bizi kiberzorakılıq və kiber cinayətlərdən sığortalamır. Bəs bu kimi hallarda qanunvericilik bizi necə qoruyur?İnaranın sualları və Ayşənin sadə izahı ilə bu epizodda sizlərə kiberzorakılığın hüquqi mənzərəsini təsvir etməyə çalışdıq. Stalking niyə kiberzorakılıq hesab olunur? Kiberzorakılığa daha çox kimlər məruz qalır? Azərbaycan məhkəmə təcrübəsində kiberzorakılığa yanaşma necədir? Kiberzorakılıqdan qorunmaq üçün hansı addımları atmalıyıq?Bütün suallarınıza cavab tapacağınız bir epizod olacağını ümid edirik.Növbəti epizodlardan xəbərdar olmaq üçün abonə olmağı unutmayın....more21minPlay
June 24, 2024Faktlar necə manipulyasiya olunur?Sosial medianın həyatımızda aktiv rol oyandığı bu günlərdə yüzlərlə informasiyaya məruz qalırıq. Bəs, bu informasiyaların doğruluğunu necə dəqiləşdirə bilərik? Sualın cavabını müəyyənləşdirmək üçün İnara və Ayşə bu dəfə qonaqları tədqiqatçı Rövşən Məmmədli ilə birgə fakt yoxlamadan danışdılar.Fakt yoxlanışı nədir? İnformasiyanın doğruluğunu hansı mənbələrə istinad edərək müəyyənləşdirə bilərik? Faktlar necə manipulyasiya olunur? Fakt yoxlayan şəxslər qərəzli ola bilərmi?Bütün suallarınıza cavab tapacağınız bir epizod olacağını ümid edirik.Növbəti epizodlardan xəbərdar olmaq üçün abonə olmağı unutmayın....more24minPlay
June 10, 2024Uşaq evlilikləri nəyə səbəb olur?Bu epizodda İnara və Ayşə qonaqları hüquqşünas Sevinc Quliyeva ilə birlikdə aktuallığını itirməyən erkən nikah hadisələrinə hüquqi və sosial baxış gətirməyə çalışdılar.Erkən nikah necə baş və verir və davamlılığına təkan verən amillər nələrdir? Erkən nikahla mübarizədə hüquqşünas mövqeyi necə olmalıdır? Problemlə mübarizədə hansı uğurlu təcrübələr mövcuddur?Bütün suallarınıza cavab tapacağınız bir epizod olacağını ümid edirik.Bəyənməyi və abonə olmağı unutmayın!...more42minPlay
May 27, 2024İnsan yönümlü şəhər necə olmalıdır?İnara və Ayşə bu dəfə qonaqları memar Dilqəm İsmayılovla birgə insan yönümlü şəhər anlayışını və Bakının aktual vəziyyətinin uyğunluğunu müzakirə etdilər. İnsan yönümlü şəhər necə olmalıdır? Bakı insan yönümlü, yoxsa avtomobil yönümlü şəhərdir? Bakı insan yönümlü şəhər hesab olunması üçün hansı standartlara cavab verməlidir? Ağıllı şəhər əslində nədir və biz onu necə başa düşürük? Dünya təcrübəsi insan yönümlü şəhərlər haqqında nə deyir? Bütün suallarınıza cavab tapacağınız bir epizod olacağını ümid edirik. Abonə olmağı unutmayın!...more42minPlay
May 13, 2024Azərbaycana qarşı, Azərbaycan naminə!Yəqin ki, uğursuz məhkəmə təcrübəsindən sonra vətəndaşların "Avropa Məhkəməsində görüşərik!" ifadəsini tez-tez eşitmisiniz. Elə bu səbəblə Azərbaycandan olan müraciətlərin prakitk həllinə birlikdə baxmaq və hansı hallarda müraciət etmək lazımdır kimi məsələləri aydınlaşdırmaq üçün qonağımız vəkil Sevinc Əliyeva ilə birlikdə sizlərə maraqlı kontent hazırlamışıq. Gəlin birlikdə ölkəmizdən Avropa Məhkəməsinə olan müraciətləri və prosesə onların yanaşmasını dəyərləndirək. Yeni buraxılışımız haqqında şərhlərinizi bölüşməyi, abonə olmağı, bəyəndiyiniz təqdirdə "👍🏻" qeyd etməyi və dostlarınızla bölüşməyi unutmayın💙...more52minPlay
FAQs about HAQQ Talk:How many episodes does HAQQ Talk have?The podcast currently has 31 episodes available.