
Sign up to save your podcasts
Or


Hər şeydə olduğu kimi qanunda da absurdluq ola bilir. Bu dəfə İnara və Ayşə qonaqları vəkil İsrafil Əlili ilə birgə ölkədə və xaricdə müşahidə olunan absurd qanunların geniş təhlili və müzakirəsinə yer veriblər. Gəlin görək ki, absurd qanun deyəndə onlar nəyi nəzərdə tutur? Hansı istiqamətdə tənzimlənən qanunlarda absurd hallar daha çox müşahidə olunur? Müxtəlif məhkəmə təcrübələri nəyi göstərir?
Xoş dinləmələr!
Bəyənməyi və paylaşmağı unutmayın.
Bu epizodda ifadə azadlığını geniş şəkildə təhlil edərək bu başlıq altında "Hamı hər şeyi danışa bilər?" sualına İnara və Ayşə aydınlıq gətirir. Sosial mediada və real həyatda istifadə etdiyimiz və ya etmək istədiyimiz bütün ifadələr həqiqətən də ifadə azadlığıdır? Danışığımıza fikir verməsək nə olar?
Dinləyin, bəyənin, paylaşın və növbəti epizodlar üçün rəylərinizi bölüşməyi unutmayın.
Xoş dinləmələr!
Müşahidə edirik ki, işçi hüquqları son zamanlarda ən aktual mövzulardan biridir, xüsusilə də müqavilələr. İnara və Ayşə bu dəfə sizlər üçün xidmət və əmək müqavilələrinin fərqlərini, həmişə olduğu kimi təməl işçi hüquqlarını və sadəcə dinləyicilərimizin biləcəyi gizli sirlər bölüşüb.
Dinləyin, bəyənin və paylaşın ki, hüquqlarını bilməyən vətəndaşlarımızın sayı azalsın.
Xoş dinləmələr!
Bəli. Başlıqdan da məlum olduğu kimi bugün cinsinə görə hamiləliyin sonlandırılmasından, yəni selektiv abortlardan danışırıq. Qonağımız ginekoloq Dr. Elnarə Məmmədova ilə birlikdə mövzunu real nümunələr üzərindən həm tibbi, həm də hüquqi aspektdən geniş-geniş müzakirə etmişik. Bu epizodla böyük fərqindəlik yaratmağı hədəfləyirik. Bunun üçün podkastı dinlədikdən sonra dostlarınızla da paylaşmağı unutmayın.Xoş dinləmələr!
Qonağımız Əli Qəmbərovla birlikdə artan intihar hallarına hüquqi baxış gətirməyə çalışdıq. Fərdlər niyə intihara əl atırlar? Burada digər şəxslərin rolu varmı? Olduğu təqdirdə cəza təbirləri nələrdir? Medyanın intihar hadisələrini işıqlandırması nə dərəcədə doğrudur?
Gəlin diskussiyamıza qoşulun və suallarımızın cavabını birlikdə alaq.
Xoş dinləmələr!
Bugün danışırıq valideyn hüquqlarından. Valideynlərin uşaqları üzərində hansı səlahiyyətləri var? Uşaqları yetişdirmək onların öhdəliyidir, yoxsa seçimi? Xarici təcrübədə valideyn və övlad münasibətləri necə tənzimlənir? Qısacası, çalışmışıq ki, bütün suallarınızın cavabını bir epizoda sığışdıraq. Dinləyin və bal verməyi unutmayın. Xoş dinləmələr!
Bu epizodumuzda məişət zorakılığına məruz qalmış hər bir şəxsin təməl hüququ olan mühafizə orderindən danışmışıq. Gəlin birlikdə mühafizə orderinin təcrübədə bizi həqiqətən də qoruyub-qorumadığını müəyyənləşdirək. Xoş dinləmələr!
From the publisher's feed
İnara və Ayşə sizləri aktual sosial mövzulara bir də hüquq pəncərəsindən baxmağa dəvət edir.