Sign up to save your podcastsEmail addressPasswordRegisterOrContinue with GoogleAlready have an account? Log in here.
FAQs about HAQQ Talk:How many episodes does HAQQ Talk have?The podcast currently has 31 episodes available.
April 29, 2024Hüquqda məhbus ömrüDaha çox sadə vətəndaşların xəbər saytlarında həbs olunan şəxslərlə bağlı qarşılaşdıqları yalnış informasiyalara İnara və Ayşə qonaqları vəkil Fariz Namazlı ilə aydınlıq gətiriblər. Bu epizodda sizləri real praktiki təcrübələrlə yanaşı, mümkün ola biləcək təqsirləndirilmə hallarında hüquqi özünümüdafiə addımları haqqında bolca məlumat gözləyir.Həbs olunmuş şəxslərin və məhkumların hansı hüquqları var? Təqsirləndirilən şəxs susma hüququndan istifadə edə bilərmi? Məhkumların ailələri ilə görüşləri necə tənzimlənir? Tutulmuş şəxslərin yazışmalarının yoxlanılması qanunidir? Avropada Məhkəməsi məhkum hüquqlarını hansı aspektdən dəyərləndirir? Bütün suallarınıza cavab tapacağınıza inanırıq. Yeni buraxılışımız haqqında şərhlərinizi bölüşməyi, bəyəndiyiniz təqdirdə "👍🏻" qeyd etməyi və dostlarınızla bölüşməyi unutmayın💙Əməkdaşlıq üçün: [email protected]...more38minPlay
April 15, 2024Gender əsaslı zorakılıqİnara və Ayşə bu dəfə digər zorakılıq növləri ilə çox zaman qarışdırılan gender əsaslı zorakılıqdan və bunun müəyyənləşdirilmə meyarlarından danışacaqlar.Gender əsaslı zorakılığı digər zorakılıq növlərindən əsas fərqləndirən məqam nədir? Bu zorakılıq növü necə təzahür olunur? Kişilər gender əsaslı zorakılığa necə məruz qalır? Qanunvericilik bizi bu kimi zorakılıq hallarından necə qoruyur? Digər gender kimlikləri gender əsaslı zorakılığa hansı formalarda məruz qalırlar? Bütün suallarınıza cavab tapacağınıza inanırıq. Yeni buraxılışımız haqqında şərhlərinizi bölüşməyi, bəyəndiyiniz təqdirdə "👍🏻" qeyd etməyi və dostlarınızla bölüşməyi unutmayın💙Əməkdaşlıq üçün: [email protected]...more19minPlay
April 01, 2024Alınan mallar geri qaytarılır?İnara və Ayşə bu dəfə alqı-satqı məsələlərində vətəndaşların tez-tez rastlaşdığı problemlərə aydınlıq gətiriblər. Bu epizod demək olar ki, bütün vətəndaşların gündəlik həyatda işlərinə lazım olacaq sadə məlumatlarla doludur. Gəlin görək bütün alınan malları geri qaytara bilərikmi? Hüququmuz qaytarmaq, yoxsa, dəyişdirməkdir? Qanun istehlakçıya hansı güzəştləri edir? Beh ödənilən zaman istehlakçı sui-istifadə olunarsa, bu zaman hansı hüquqlarından istifadə edə bilər? Alıcı və satıcı arasında şifahi müqavilə bağlanarsa, tərəflərin maraqları və hüquqları qanun çərçivəsində necə qorunur? Bütün suallarınıza cavab tapacağınıza inanırıq. Yeni buraxılışımız haqqında şərhlərinizi bölüşməyi, bəyəndiyiniz təqdirdə "👍🏻" qeyd etməyi və dostlarınızla bölüşməyi unutmayın💙Əməkdaşlıq üçün: [email protected]...more20minPlay
March 18, 2024Mənəvi zərər nədir?İnara və Ayşə bu dəfə mənəvi zərər mövzusuna hüquqi baxış gətirəcəklər. Bu epizodda Azərbaycan məhkəmə təcrübəsində mənəvi zərərlə bağlı müraciətlərə ümumi yanaşmanı və mövcud qanunvericiliyi prakitiki nümunələrlə sizlər üçün asanlaşdırıblar. Mənəvi zərər nədir? Zərər anlayışı necə dəyərləndirilir? Məhkəmədə mənəvi zərər təcrübəsi necə qiymətləndirilir? Mənəvi zərərlə bağlı cərimə ödənişi nə qədər olmalıdır? Bu və bu kimi bütün suallarınıza cavab tapacağınız bir epizod olacaq.Suallarınız olduğu təqdirdə şərh bölməsində bizlərlə bölüşməyi unutmayın....more20minPlay
March 04, 2024Hüquq təhsilinin problemləriİnara və Ayşənin qonağı bu dəfə hüquq elmləri doktoru Sübhan Əliyev oldu. Azərbaycanda hüquq təhsilini ətraflı müzakirə etdiyimiz bu epizodda, xüsusilə, gənclərin sürətli beyin köçünün ixtisaslaşmalarına təsirindən söz açıblar.Universitetlərdə müəllimlər hansı problemlərlə üzləşirlər? Hazırda ölkədə hüquq təhsili nə yerdədir? İnkişaf üçün nələrə ehtiyac var? Hüquq tələbələri nə üçün xarici ölkələrə üz tuturlar?Bütün hüquq tələbələrini və hüquqa hazırlaşan gəncləri yeni epizodumuzu dinləməyə dəvət edirik.Epziodu bəyəndiyiniz təqdirdə rəy və ulduzlarınızı bizimlə bölüşün ki, sizlər üçün maraqlı mövzulara vətəndaş mövqeyindən hüquqi baxış gətirə bilək....more42minPlay
February 19, 2024Haqsız rəqabətKiçik marketlər niyə bağlanır? Yəqin ki, bu sual haqqında ən azı 1 dəfə düşünmüsünüz. Bu minvalla haqsız rəqabətdən danışmağa qərar verdik.Haqsız rəqabət nədir? Bazarda güc kimdədir? Yeni qəbul olunmuş "Rəqabət məcəlləsi" kiçik sahibkarları qoruya biləcəkmi? Bu və bu kimi bir çox sualları qonağımız, hüquqşünas Rəşad Cahangirov sizlər üçün cavablandıracaq.Epziodu bəyəndiyiniz təqdirdə rəy və ulduzlarınızı bizimlə bölüşün ki, sizlər üçün ən maraqlı mövzulara vətəndaş mövqeyindən hüquqi baxış gətirə bilək....more27minPlay
February 05, 2024Həkim səhvi"Hippokrat andı" qalsın bir kənara, bu dəfə İnara və Ayşə vəkil Anar Məmişovla həkim fəaliyətinin hüquqi tərəflərini aydınlaşdıracaqlar.Uğursuz estetik əməliyyatlar və insan həyatını təhülkəyə atan qalıcı fəsadlar.... Bu hallarda həkimləri hansı məsuliyyətlər gözləyir? Estetik əməliyyata daxil olduqda imzaladığımız müqaviləyə niyə baxmalıyıq? Həkim səhvlərini kim müəyyən edir? Bu kimi suallarınıza cavab tapacağınız maraqlı bir epizod hazılramışıq. Bəyənəcəyinizi ümid edir, rəy və təkliflərinizi gözləyirik!...more40minPlay
January 22, 2024Vergi faizlərinin artması kimlər üçündür?Nahid bəy deyir ki: "Bu dünyada iki şeyə çarə yoxdur: vergi və ölüm."İnara və Ayşənin budəfəki qonağı vergi məsələləri üzrə təcrübəli vəkil Nahid Tağıyev oldu. Vergi məcəlləsində mövcud dəyişikliklər kimlərə aiddir? Sadə vətəndaşlar yoxsa, sahibkarlar narahat olmalıdır? Vergidən yayınanlar kimlərdir? Influenser və blogerlər vergi ödəyirlərmi?Qısacası sizlər üçün vergi məcəlləsini sadələşdirik.Bəyənəcəyinizi ümid edir, rəy və təkliflərinizi gözləyirik!...more49minPlay
December 30, 2023Biraz BİZdən, biraz HAQQ'dan!Geridə qoyduğumuz ildə fərqli platformalar üzərindən sizlərdən gələn maraqlı sualları cavablandırmağı özümüzə borc bildik. Bu epizodda moderatorumuz Familə sizləri maraqlandıran sualların cavabını canlı-canlı İnara və Ayşədən almağa çalışdı. Ümid edirik bu epziodda "faydalılıq" məqsədimizi qoruyaraq sizlər üçün həm də maraqlı yol yoldaşı olacağıq.Yeni il üçün canlı yayımlar və maraqlı epizodlarla qarşınızda olmağa davam edəcəyik. Hər zaman HAQQ yolunda olaq.Yeni iliniz mübarək!...more42minPlay
December 18, 2023Cinsi qısnama hüquq müstəvisindəBu epizodda sizlərə "cinsi qısnama" anlayışını hüquqi müstəvidə izah etməyə çalışdıq. Bir çox hallarda baş verdiyinin fərqində belə olmadığımız cinsi qısnama halları necə təfsir olunur? Qanunvericilik bizi bu hallarda qoruyurmu? Cinsi qısnama hallarında vətəndaşlar hansı addımları ata bilərlər? Bütün bu kimi suallarınıza cavab tapacağınız bir bölüm olacağına inanırıq.Bəyənməyi və dostlarınızla bölüşməyi unutmayın!Xoş dinləmələr....more18minPlay
FAQs about HAQQ Talk:How many episodes does HAQQ Talk have?The podcast currently has 31 episodes available.