Əkinçi

Əkinçi

By akinchiEducation
Download on the App Store

Əkinçi episodes

  • Wikipedia nədir və nə deyil? | Cavid Ağa

    Wikipedia-nı ənənəvi ensiklopediyalardan fərqləndirən əsas xüsusiyyət onun hər kəs tərəfindən rədaktə edilə bilən, dinamik və açıq resurs olmasıdır. Bununla bərabər, Wikipedia şəxsi fikirlər və ya tərəf tutmaq üçün yer deyil. Bu resursun məqsədi çoxsaylı perspektivləri təqdim edərək, mövzu haqda hansı qənaətə gəlməyi oxucunun öhdəsinə buraxmaqdır.

    Bizim platformamızda tez-tez çıxış edən sosial media müşahidəçisi Cavid Ağa uzun illərdən Wikipedia-da məqalələrin redaktəsi ilə məşğuldur. Qonağımız adi istifadəçinin Wikipedia haqda bilmədiyi və ya yanlış təsəvvürə malik olduğu məqamlar haqda danışdıq.

    18 min
  • Elmi tədqiqat nədir və nə üçün əhəmiyyətlidir? | Aytəkin Hüseynli

    Elmi tədqiqat konkret suallara cavab vermək və ya problemləri həll etmək üçün məlumat toplamaq və təhlil etmək üçün strukturlaşdırılmış, sistemli bir prosesdir.

    Yeni müsahibəmizdə Vaşinqton Universitetinin Asistent Tədqiqat Professoru Aytəkin Hüseynli ilə elmi tədqiqatın əhəmiyyət və onun düzgün aparılması şərtləri haqda danışmışıq.

    Qanağımız deyir ki, akademik şəraitdə tədqiqat müstəqil araşdırmanı təşviq etməklə yanaşı, tələbələrə və müəllimlərə ictimai tərəqqiyə və real dünya həllərinə töhfə verən layihələrdə əməkdaşlıq etməyə imkan verir.

    13 min
  • Çinin yumşaq güc siyasəti | Vüsal Quliyev
    Siyasi müzakirələrdə tez-tez işlədilən Yumşaq Güc (Soft Power) terminini məcbur edilmə əvəzinə cəlbedicilik vasitəsilə əməkdaşlığın təmin olunması kimi ifadə edə bilərik. Xarici siyasətdə bu aləti istifadə edən ölkələr daha çox öz mədəniyyətlərinin qlobal səhnədə tanınmasından bəhrələnirlər.
     
    Yumşaq Gücün üstünlüyünə malik olan ölkələr dedikdə, ağla ilk Birləşmiş Ştatlar və Birləşmiş Krallıq gəlir. Amma son illər Çinin də adı bu sırada səslənir. Şərqşünas tədqiqatçı Vüsal Quliyev deyir ki, Çin hökuməti Yumşaq Güc siyasətinə ildə təxminən 10 milyard dollar xərcləyir.
     
    Qonağımızla bu haqda daha ətraflı danışmışıq.
    15 min
  • Qadın futbolu | Ağasəf Osmanlı

    Dünyada və Azərbaycanda qadın futbolunun tarixi haradan başlayır? Futbolla məşğul olmağın hansı faydaları var? Məktəbli qızları futbola cəlb etmək üçün nə etmək mümkündür?

    “Baku Juniours Women” futbol klubunun meneceri Ağasəf Osmanlı ilə videomuzu izləyə bilərsiniz.

    18 min
  • Tələbələrin ixtisas seçimi | Vəfa Kazdal

    Tələbələrin ixtisas seçimi ilə bağlı düzgün yanaşma hansıdır? Gənclərə öz seçimlərini etmələri üçün imkan yaratmaq nə üçün əhəmiyyətlidir? Düzgün ixtisas seçimi etmək üçün hansı trendləri izləmək lazımdır?

    ADA Universitetinin prorektoru Vəfa Kazdalla bu haqda danışmışıq.

    16 min
  • 116-111 Uşaq Qaynar Xətti | Kəmalə Aşumova

    116-111 Uşaq Qaynar Xətti hansı fəaliyyətləri həyata keçirir? Qaynar xətt xidməti regiondakı uşaqlar üçün əlçatandırmı? Qaynar xəttə gələn müraciətlərdə məxfilik prinsipi necə qorunur?

    Kəmalə Aşumova rəhbərlik etdiyi Azərbaycan Uşaq Qaynar Xətt xidməti haqda danışır.

    16 min

About Əkinçi

From the publisher's feed

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.