Əkinçi

Əkinçi

By akinchiEducation
Download on the App Store

Əkinçi episodes

  • Bakını necə insanyönümlü şəhərə çevirə bilərik? | Anar Əliyev

    “İnsan yönümlü şəhərlər” təşəbbüsünün təsisçisi Anar Əliyevlə Bakının insanı mərkəzdə olduğu şəhərə çevrilməsi üçün atılmalı olan addımlar barədə danışdıq.

    Avtomobil sahiblərinin çoxuna xoş səslənməsə də, insan mərkəzli şəhər modelində avtomobillər əhəmiyyət baxımından piyada, velosipedçi və ictimai nəqliyyatdan sonra gəlir.

    Qonağımız COP29 ərəfəsində görülən işlərin yaxşı bir başlanğıc olduğunu qeyd etsə də, növbəti illərdə bu işləri daha iddialı şəkildə davam etdirməyi təklif edir.

    13 min
  • Azərbaycan turizm sənayesinin tutduğu mövqe | Qanı Nəsirov

    Azərbaycan turizm sənayesinin hazırkı durumu necədir? Bələdçi Qanı Nəsirov verdiyi müsahibədə pandemiyadan sonra turizm sənayesinin üzləşdiyi çətinliklərdən, Azərbaycan üçün ənənəvi və qeyri-ənənəvi turizm bazarlarından, ölkədə keçirilən tədbirlərin turizmə təsirindən danışıb. O, mövcud nailiyyətlərə baxmayaraq, keyfiyyət üzərində işlərin görülməsinin vacibliyini də vurğulayıb.

    19 min
  • “Post-truth” və ya faktlara barmaqarası baxışın səbəbi nədir? | Qismət Rüstəmov

    Yeni videomuzda yazıçı Qismət Rüstəmovla müasir dünyada rasional düşüncəyə, intellektual müzakirələrə və elmi təfəkkürə olan inamın azalması mövzusunda söhbət etdik. Bu tendensiyanın mistik inanclara, konspirasiya nəzəriyyələrinə və psevdointellektual baxışlara olan marağın artması ilə müşayiət olunduğunu vurğulayan yazıçı, çıxışında internet və sosial şəbəkələrin yüksəlişinin media mühitinə necə təsir etdiyindən bəhs etdi. Qonağımız, eyni zamanda, məlumat istehlakçısı kimi məsuliyyətimizin nədən ibarət olduğunu da qeyd etdi.

    12 min
  • İfrat sağın yüksəlişi və demokratiyaların üzləşdiyi çətinliklər | Rəşad Şirin

    Yeni müsahibəmiz qlobal müstəvidə ifrat sağ hərəkatların yüksəlişi mövzusundadır. Beynəlxalq seçki eksperti Rəşad Şirin bildirir ki, ifrat sağın populist ritorikası tez-tez liberal demokratiyanın legitimliyini sual altına qoyur. Bu hərəkatlar iddia edir ki, ənənəvi siyasi sistemlər immiqrasiya, iqtisadi çətinliklər və mədəni mübahisələr kimi problemləri həll etməkdə acizdir. Qonağımız əlavə edir ki, texnokratik hökumətlərlə əhali arasındakı əlaqənin zəifləməsi demokratik institutlara olan etimadsızlığı daha da artırır.

    25 min
  • İş mühitində uşaqlı qadınların üzləşdiyi çətinliklər | İnara Camal

    İş müsahibələrində qadınlara və kişilərə verilən suallar arasında fərqlər haqqında yəqin ki, eşitmisiniz. Xüsusən də qadın namizədin evlilik statusu, uşaqlarının olub-olmaması və ya ana olmağı planlaşdırıb-planşdırmaması kimi mövzularla bağlı. İşəgötürən bu suallara ümid etdiyi cavabları eşitməyəndə qadın namizədin seçilmə şansları azalır, işə götürüldüyü halda isə karyera irəliləyişi imkanları məhdudlaşdrlır. Bu cür suallar və yanaşmalar qanuna zidd olsa da, təəssüf ki, tez-tez rast gəlinir.

    İş müsahibələrində və iş mühitində cinsi ayrı-seçkilik haqda daha ətraflı hüquqşünas İnara Camal ilə müsahibəmizdə.

    13 min
  • Mövcud təhsil sistemi şagirdlərin inkişafına necə mane olur? | Yalçın İslamzadə

    Yeni müsahibəmizdə Azərbaycan təhsil sisteminin qarşısında duran vəzifələr, tələbələrin inkişafına və həyata hazır olmalarına necə kömək edə biləcəyindən danışdıq.

    Təhsil eksperti Yalçın İslamzadə bizimlə söhbətində son beynəlxalq testdə göstərilən zəif nəticələr, kurikulumların təkmilləşdirilməsi, təhsildə valideynlərin rolu, şagirdlərin üzləşdiyi emosional çətinliklər və digər məqamlara toxundu.

    15 min
  • İlk nəsil tələbələr kimlərdir? | Abbas Abbasov

    Ailələrində ilk dəfə universitet təcrübəsi yaşayan gənclər digər tələbələrdən fərqlənirlər. Ali təhsil tədqiqatçısı Abbas Abbasov deyir ki, əksər hallarda ilk nəsil tələbələr “sosial kapitala” malik deyillər və bu, onlara həm universitetdə, həm də gələcək həyatlarında maneələr yaradır.

    Qonağımız ilk nəsil tələbələrin nə üçün dəstəyə ehtiyac duyduğu və bu dəstəyin cəmiyyət üçün faydaları haqda danışır.

    11 min
  • Qohumlar arasında nikah | Vəfa Rüstəm

    Dünyanın müxtəlif yerlərində qohum evliliyinə münasibət fərqlidir. Bir çox coğrafiyalarda ortaq nənə və babaları olan şəxslər arasında nikah kifayət qədər yayılmış haldır. Azərbaycanda ümumi nikahların təxminən 4-5 faizi qohumlar arasında olduğu təxmin edilir.

    Qadın hüquqları üzrə hüquqşünas Vəfa Rüstəmlə uşaqlarda irsi xəstəlik hallarını artıran bu cür nikahların səbəbləri və məhdudlaşdırılması üçün görülən tədbirləri müzakirə etdik. Qonağımız deyir ki, müvafiq qanunun qəbul edilməsi məntiqli səslənsə də, belə tədbirlərin mənfi təsirləri də ola bilər.

    “Qohumlar arasında nikah” mövzusunda videomuzu kanalımızda izləyə bilərsiniz.

    14 min
  • Dezinformasiyanın yaranması və yayılması mexanizmi | Lalə Kişiyeva

    Dezinformasiya yeni şey deyil. Lakin sosial media və müasir texnologiyalar bu cür xəbərlərin daha geniş yayılmasına təsir edib.

    Bizimlə söhbət edən media mütəxəssisi Lalə Kişiyeva deyir ki, dezinformasiya bir-birimizə qarşı inanmsızlıq, institutlara etibarsızlıq və geniş apatiyaya səbəb ola bilər.

    Qonağımız dezinformasiyanın siyasi manipulyasiya və maliyyə qazancı kimi məqsədlərini qeyd edir və əlavə edir ki, dezinformasiyanın yayılmasında təqsiri tamamilə sosial media platformalarının üzərinə atmaq doğru deyil.

    14 min

About Əkinçi

From the publisher's feed

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.