Əkinçi

Əkinçi

By akinchiEducation
Download on the App Store

Əkinçi episodes

  • İstedadı kəşf edən, yol açan müəllimlər | Vəfa Qəhrəman

    Təlimçi və təhsil kouçu Vəfa Qəhrəman hər bir şagirdin öyrənmə tərzinin tanınmasının və bu tərzə uyğun sinif mühitlərinin yaradılmasının vacibliyini vurğulayır.

    O bildirir ki, müəllimin kiçik jestləri — məsələn, bir şagirdin maraq və həvəs dairələrinə diqqət yetirməsi — dərin yaradıcılığın və özünəinamın açarına çevrilə bilər.

    Qonağımız əlavə edir ki, müəllimin düşüncə tərzi və empati bacarığı çox zaman istənilən dərs vəsaitindən və texnoloji imkanlardan daha təsirli olur.

    25 min
  • Azərbaycanda dayanıqlı turizm: Bölgələrin potensialı və strateji yanaşma | Vəfa Kərəmova

    Turizm dayanıqlı modellər əsasında qurulmadıqda, onun törətdiyi zərər kifayət qədər ciddi olur.

    Turizm və hotel idarəçiliyi üzrə mütəxəssis Vəfa Kərəmova bildirir ki, dayanıqlı modellər turizm fəaliyyəti zamanı gəlirlərin yalnız böyük şirkətlərə deyil, yerli əhaliyə də çatmasını nəzərdə tutur.

    Qonağımız əlavə edir ki, hazırda Azərbaycanın unikal imkanı var – ölkə iqtisadi baxımdan səmərəli, eyni zamanda mədəni və ekoloji cəhətdən dayanıqlı bir turizm modeli qura bilər.

    15 min
  • Köç yolu hekayəsi: Çoban həyatının reallığı

    Fotoqraf Əli Rza ənənəvi köç həyatını sənədləşdirmək üçün çoban icmalarına qoşularaq piyada şəkildə 200 kilometrdən çox məsafə qət edib. Bu işdə o, insan faktoruna - nəsildən-nəslə ötürülən biliklərə, fiziki çətinliklərə və sosial reallıqlara fokuslanır.

    Əli Rza öz obyektivindən yalnız köç həyatının mədəni və tarixi qatlarını deyil, onun davam edən sosial təsirini də göstərir. Burada uşaqların təhsilinin pozulması və ailələrin parçalanmasından doğan emosional təsirlər əsas mövzulardan biridir.

    16 min
  • İdeyadan reallığa: Video oyunlar necə hazırlanır? | Şahin Əliyev

    Kitab və filmlərdən fərqli olaraq, video oyunlar oyunçulara sadəcə müşahidəçi olmaq deyil, həmin dünyaların içində yaşamaq və qərarlar qəbul etmək imkanı verir. “Dynamic Box Studio”nun həmtəsisçisi Şahin Əliyevin sözlərinə görə, məhz bu interaktivlik video oyunları digər media növlərindən tamamilə fərqləndirir.

    Qonağımız bildirir ki, video oyunlar texnologiya, sənət və hekayəçilik arasında körpü rolunu oynayır. Onunla söhbətimizdə video oyunların necə yaradıldığını və istifadəyə verilməzdən əvvəl hansı mərhələlərdən keçdiyini müzakirə etdik.

    20 min
  • Şirkətlərin sosial təşəbbüslər çərçivəsində yol verdiyi piar qüsurları | Aydan Nəbiyeva

    Yeni müsahibəmizdə şirkətlərin həyata keçirdiyi xeyriyyə təşəbbüsləri və korporativ sosial məsuliyyət layihələri haqqında danışmışıq.

    Marketinq mütəxəssisi Aydan Nəbiyeva bizimlə söhbətində müxtəlif özəl qurumların bu cür təşəbbüsləri həyata keçirərkən fəaliyyətin mahiyyətindən daha çox şirkət imicinə fokuslandığını qeyd edir və bu cür fəaliyyətlərin işıqlandırılmasında qüsurlara yol verildiyini vurğulayır.

    10 min
  • Elektrikli nəqliyyat bazarında hazırkı rəqabət | Orxan Zakirov

    Yeni çəkilişimizdə tədqiqatçı Orxan Zakirov son 15 il ərzində həm dünyada, həm də Azərbaycanda elektrikli avtomobillərə artan marağı təhlil edib.

    Qonağımız Azərbaycanda bu tendensiyaya təsir göstərən dövlət siyasətləri, müxtəlif ölkələrdə həyata keçirilən yaşıl təşəbbüslər, o cümlədən ABŞ-ın Tesla şirkətinin və Çin markalarının nailiyyətləri barədə danışıb.

    Çıxışda, həmçinin, elektrikli avtomobillərlə yanaşı, bazarda hibrid və plagin-hibrid modellərə artan tələbat da vurğulanıb.

    9 min
  • Süni Zəka zəngləri: Fırıldağa düşməmək üçün nə etməli? | Maral Qurbanzadə

    Hər keçən gün Süni Zəka vasitəsilə həyata keçirilən telefon fırıldaqçılığı haqqında eşidirik. Heç kim yeni texnologiyalardan məharətlə istifadə edən bədniyyətlilərdən sığortalanmayıb. Əhalinin həssas qruplarından tutmuş nüfuzlu şəxslərə qədər hər kəs bu cür fırıldaqçıların qurbanı ola bilər.

    İnsan-robot ünsiyyəti üzrə mütəxəssis Maral Qurbanzadə bu cür zənglərin tələsinə düşməmək üçün görülməli olan tədbirləri izah edir.

    9 min
  • Şəhərin siması və tarixi mirasın qorunması | Dilqəm İsmayılov

    Memar Dilqam İsmayılov şəhər kimliyinin onun tarixi və memarlıq irsi ilə formalaşdığını deyir və əlavə edir ki, binalar sadəcə tikililər deyil, eyni zamanda tarixi, xatirələri və mədəni davamlılığı özündə daşıyan abidələrdir.

    Qonağımızın sözlərinə görə, Bakı, həm Şərq, həm də Qərb memarlıq üslublarının birləşdiyi bir şəhər olaraq, digər şəhərləri təqlid etməklə öz kimliyini itirmək təhlükəsi ilə üz-üzədir.

    İsmayılov düşünür ki, şəhərin tarixi mahiyyətinin bərpasında ictimaiyyətin və yaradıcı sənayelərin iştirakı, eləcə də özəl investisiyalar mühüm rol oynamalıdır.

    13 min
  • Dayanıqlılıq istehlakçıları düşündürməlidirmi? | İlkin Hacıyev

    Dayanıqlı inkişaf bugünkü nəslin ehtiyaclarını ödəməklə gələcək nəsillərin imkanlarını təhlükəyə atmamaq deməkdir.

    Sustainera Solutions şirkətinin təsisçisi İlkin Hacıyevin sözlərinə görə, ətraf mühitin çirklənməsində əsas iştirakçılar şirkətlər olsa da, fərdlər də gündəlik istehlak seçimləri ilə bu prosesdə mühüm rol oynayırlar.

    Qonağımız məsuliyyətli istehlakçılığı, tullantıların azaldılmasını və ekoloji təsirləri nəzərə alaraq şüurlu qərarlar qəbul etməyi tövsiyə edir.

    15 min
  • Azərbaycanda məhkumların təhsilə çıxışı | Tamella Abdıyeva

    Yeni müsahibəmizdə tədqiqatçı Tamella Abdıyeva ilə həbsxana təhsili haqqında danışdıq. O bildirir ki, Azərbaycanda həbsxanalarda ümumi və peşə təhsilini nəzərdə tutsa da, praktikada ümumi təhsil yalnız yeniyetmə məhkumlar üçün əlçatandır, böyüklər üçün isə bu imkanlar təmin edilmir.

    Abdıyeva həbsxanada olan yetkin məhkumların təhsilə çıxışının vacibliyini vurğulayır. O qeyd edir ki, bir çox məhkum həbsə düşərkən savadsız olur və oradan heç bir əsas bilik əldə etmədən azadlığa çıxır, bu da onların yeni həyata uyğunlaşmasını çətinləşdirir.

    18 min

About Əkinçi

From the publisher's feed

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.