Əkinçi

Əkinçi

By akinchiEducation
Download on the App Store

Əkinçi episodes

  • Tükənən su ehtiyatlarının səmərəli idarə edilməsi | Rövşən Abbasov

    Qiymətləndirmələrə görə, iqlim dəyişikliyinin təsirləri nəticəsində regionumuzda su ehtiyatlarının 15-30% azalacağı proqnoz edilir.

    Bu vəziyyətin gələcəyimiz üçün ciddi bir təhlükə yaratdığını bildirən ətraf mühit üzrə ekspert Rövşən Abbasov əlavə edir ki, əhali artımı, həyat tərzindəki dəyişikliklər və ərzağa olan tələbatın artması su ehtiyatlarına daha çox təzyiq göstərəcək.

    Qonağımız vurğulayır ki, bu problemlərin həlli üçün daha dayanıqlı bir strategiya tələb olunur.

    21 min
  • Kitablar və uşaqlarda öyrənmə instinkti | Əfsanə Yusif

    Bu dəfə uşaqlar və kitablar mövzusuna toxunmuşuq. “Roller Bird” nəşriyyatının təsisçisi Əfsanə Yusif ilə söhbətimizdə kitabların uşaqlarda özünü dərk etmə və maraq hissini formalaşdırmadakı əhəmiyyəti haqda danışdıq.

    Qonağımız bildirir ki, kitablar sadəcə təhsil vasitəsi deyil, həm də dünyanı və insanın özünü kəşf etməsi üçün vacib bir alətdir. O, qeyd edir ki, uşaqlarda kitaba maraq yaratmaq əvəzinə, onların təbii marağını qorumağa diqqət yetirməliyik.

    11 min
  • Müəllimlik peşəsinə maraq yaratmaq üçün nə edilməlidir? | Aynurə Abdullayeva

    Keyfiyyətli öyrənmənin təmin edilməsində müəllimlərin bilik və təcrübəsi ilə yanaşı, onların bu işə olan səmimi həvəsi və göstərdikləri fədakarlıq da vacib rol oynayır.

    Təhsil mütəxəssisi Aynurə Abdullayeva bildirir ki, müəllimlik peşəsinə marağı olan, özünü uşaqların inkişafına həsr etmək istəyən daha çox gənc istedadı bu işə cəlb etmək lazımdır. Lakin müəllimlik peşəsinin hazırkı nüfuzu və təhsildə mövcud problemlər bu məqsədin reallaşmasına mane olur.

    Daha ətraflı yeni müsahibəmizdə.

    9 min
  • Milli kimlik necə formalaşır? | Zaur Şiriyev

    Karnegi Beynəlxalq Sülh Fondunun qeyri-rezident alimi Zaur Şiriyev müasir millət anlayışının çox vaxt XVI-XVIII əsrlərdə millət-dövlətlərinin yaranması ilə, xüsusilə İngiltərə, Fransa və ABŞ-dakı tarixi proseslərlə əlaqələndirildiyini bildirir.

    Qonağımız qeyd edir ki, milli kimlik kollektiv aidiyyət formasıdır və onu ortaq dil, mədəniyyət və siyasi proseslərdə iştirak müəyyən edir. Lakin onun formalaşmasında əsas amil tarixən ərazi bağlılığı – müəyyən bir torpaqla əlaqə olmuşdur.

    Bu haqda daha ətraflı yeni müsahibəmizdə.

    13 min
  • ChatGPT-nin jurnalistikada düzgün istifadəsi | Pəri Abbaslı

    ChatGPT 2022-ci ildən bəri gündəlik həyata sürətlə inteqrasiya olunub və məzmunun strukturlaşdırılması, eləcə də tədqiqat proseslərinin sürətləndirilməsi üçün geniş istifadə edilən bir alətə çevrilib.

    Jurnalist Pəri Abbaslı ilə bu alətin media sahəsinə təsiri və onun jurnalistləri əvəzləyə biləcəyi ilə bağlı narahatlıqları müzakirə etdik.

    Qonağımız süni intellektin bir təhlükə kimi deyil, bir vasitə kimi görülməli olduğunu vurğulayır, eyni zamanda bu alətlərin istifadəsi zamanı diqqətli olmağı tövsiyə edir.

    11 min
  • Məktəblərdə dram dərslərinin əhəmiyyəti | Aynur Zərrintac

    Dram dərsləri dünyanın bir çox inkişaf etmiş ölkələrində ictimai təhsil proqramının vacib bir hissəsidir.

    Birləşmiş Krallıq, Kanada, ABŞ, Fransa, Avstraliya, Finlandiya və digər ölkələrdə məktəblərdə tədris edilən dram dərsləri şagirdlərin istedadlarını tətbiq etməsi ilə yanaşı, onların tənqidi düşüncə, özünəinam və sosial bacarıqlarının inkişafına töhfə verir.

    Yeni videomuzda teatr rejissoru və Ritual Mobil Teatr Laboratoriyasının təsisçisi Aynur Zərrintacla dram dərslərinin məktəblərdə tədrisinin əhəmiyyəti haqqında danışmışıq.

    9 min
  • Azərbaycanda dizayn: yerli mühit və qlobal imkanlar | Rəsul Həsən

    Qonağımız, qrafik dizayner və tədqiqatçı Rəsul Həsən bildirir ki, çoxları dizaynı sadəcə estetika ilə əlaqələndirir, lakin dizaynın funksionallıq tərəfi tez-tez unudulur. Onun fikrincə, Azərbaycanda ictimai məkanlar vizual xaos və qeyri-funksionallıq səbəbindən insanların rifahına mənfi təsir göstərir.

    Yeni videomuzda dizayn təhsilindəki çatışmazlıqlar, ölkədə yaradıcı rəqabətin və yeni ideyaların inkişafına maneə yaradan mühit, eləcə də azərbaycanlı dizaynerlərin özünəinam çatışmazlığı haqqında danışmışıq.

    20 min
  • Suyun ədalətli, səmərəli və dayanıqlı idarə ediləməsi | Şəhanə Bilalova

    Su böhranı dünyanın müxtəlif yerlərində icmalara və iqtisadiyyatlara ciddi təhlükələr yaradır. Lakin bu böhranın səbəblərinə baxdıqda, əksər hallarda problemin suyun yoxluğu deyil, su idarəetməsinin düzgün aparılmaması olduğu görünür.

    Növbəti qonağımız Şahanə Bilalova su idarəçiliyi üzrə tədqiqatçıdır. Onunla həm iqlim dəyişikliyi, həm də kənd təsərrüfatında istifadə olunan suya tələbatın artması nəticəsində yaranan su böhranının necə düzgün idarə olunması haqqında danışmışıq.

    9 min
  • Şəhər mobilliyi: piyadalar, nəqliyyat və təhlükəsizlik | Rauf Ağamirzəyev

    Yeni videomuzda qonağımız, nəqliyyat eksperti Rauf Ağamirzəyev Bakının şəhər mobilliyindəki irəliləyişlərdən, o cümlədən rəqəmsal transformasiya, dayanıqlı nəqliyyat və infrastruktur təkmilləşdirmələrinin əhəmiyyətindən danışıb.

    Qonağımız avtomobil mərkəzli siyasətdən səmərəli yol hərəkətinin idarə olunmasına keçidin vacibliyini vurğulayaraq, bu çərçivədə ayrılmış avtobus zolaqları, velosiped infrastrukturunun inkişafı və elektrobusların istismara verilməsini qeyd edib.

    16 min
  • Sağlam iş mühitini necə qurmalı? | Səbinə Qulamzadə

    Yəqin ki, bir çoxunuz toksik iş mühitində çalışmağın nə demək olduğunu bilirsiniz. Müxtəlif araşdırmalara görə, işçilərin işdən çıxmasının və ya başqa iş axtarmasının əsas səbəblərindən biri qeyri-sağlam korporativ mədəniyyətdir.

    İnsan resursları mütəxəssisi Səbinə Qulamzadə müsbət və sağlam iş mədəniyyətinin yaradılmasının bu səbəbdən nə qədər vacib olduğunu deyir. Onunla toksik iş mühitinin səbəbləri və sağlam iş mühitinin qurulması üçün görülməli olan tədbirlər barədə danışmışıq.

    9 min

About Əkinçi

From the publisher's feed

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.