Əkinçi

Əkinçi

By akinchiEducation
Download on the App Store

Əkinçi episodes

  • Qidalanma və sağlam vərdişlər | Lalə Yaqubova

    Dietoloq Lala Yaqubova sağlamlığın bahalı “dietik” məhsullardan deyil, sadə və davamlı vərdişlərdən başladığını vurğulayır. O, şəkərsiz və ya “diet” etiketi ilə satılan məhsulların həmişə sağlam olmadığını bildirir, çünki onların bir çoxu bağırsaq florasına və immun sisteminə zərər verən qatqılarla doludur.

    Qonağımızla sağlam həyat və faydalı vərdişlər barədə hazırladığımız bu müsahibə, sağlam həyat tərzinə başlamaq istəyən, lakin necə və haradan başlayacağını bilməyənlər üçün yaxşı bir bələdçi ola bilər.

    14 min
  • Nə yeyirsənsə, osan - Qidalanma və zehni sağlamlıq | Nərmin Axundova

    Növbəti müsahibəmizdə molekulyar bioloq Nərmin Axundova qidalanmanın zehni sağlamlığımıza və beyin funksiyalarımıza necə dərin təsir etdiyini izah edir.

    Qonağımız bildirir ki, biz çox vaxt qəbul etdiyimiz qidanın hisslərimizə və düşüncə tərzimizə təsirini nəzərə almasaq da, hər bir qida komponenti orqanizmdə parçalanaraq enerji mənbəyinə çevrilir və ya beyin hüceyrələrinin əsas struktur hissələrinin formalaşmasında iştirak edir.

    12 min
  • Tarixlə gələcək arasında: Bakıda memarlıq irsinin taleyi | Qanı Nəsirov

    Yeni videomuzda bələdçi Qanı Nəsirov Bakının sürətli şəhərsalma yenidənqurmaları fonunda mədəni, tarixi və memarlıq irsinin qorunmasının zəruriliyini vurğulayır.

    Qonağımız Bakının tarixi irsinin təkcə qala divarları ilə məhdudlaşmadığını və mədəni baxımdan əhəmiyyətli olan bir çox ətraf məhəllənin nəzərdən qaçırıldığını qeyd edir.

    Şəhər yenilənməsinin təhlükəsizlik, xidmətlər və turizm infrastrukturu baxımından faydalarını tanıyan Qanı Nəsirov bu dəyişikliklərin inklüziv, şəffaf və ictimai iştirakla planlaşdırılmasının vacibliyini vurğulayır.

    19 min
  • Qlobal düşünən gənc təşəbbüskarları necə yetişdirməli? | Yalçın İslamzadə

    Təhsil eksperti Yalçın İslamzadə Azərbaycan cəmiyyətində ənənə ilə yenilik arasındakı münasibətə tənqidi yanaşmasını bölüşür. O bildirir ki, ölkə müasir görünməyə çalışsa da, xüsusilə liderlik və bilik anlayışlarında hələ də dərin şəkildə ənənəçi olaraq qalır.

    Qonağımız əlavə edir ki, gənc liderlər yaşlarına görə tez-tez ciddiyə alınmır və müdrikliyin yalnız yaşla gəldiyi düşüncəsi hələ də yaşayır – bu isə bir zamanlar yaşlıların icma üçün əsas informasiya mənbəyi olduğu dövrə söykənir.

    11 min
  • Sosial iş peşəsinin inkişafı niyə vacibdir? | Aytəkin Hüseynli

    Sosial iş xeyriyyəçilikdən başlayaraq zamanla Avropa və ABŞ-da peşəkar bir sahəyə çevrildi. Azərbaycanda isə xeyriyyəçilik fəaliyyətləri 20-ci əsrin əvvəlində təhsil və uşaq rifahına yönəlsə də, bu təşəbbüslər Sovet dövründə dayandırıldı.

    Vaşinqton Universitetinin Asistent Tədqiqat Professoru Aytəkin Hüseynli deyir ki, Azərbaycanda bu sahə hələ də təhsil standartlarının, resursların və ixtisaslı müəllimlərin çatışmazlığı ilə üzləşir.

    Qonağımız bizimlə söhbətində bu sahənin inkişafının vacibliyindən danışıb.

    13 min
  • Xalça sənəti, unudulan naxışlar və mədəni irsi yaşadan dizayn | Səidə Mirzəyeva

    Zili brendinin təsisçisi Səidə Mirzəyeva, xalça naxışlarını dizayn vasitəsilə gündəlik həyata gətirmək missiyası haqqında danışıb.

    İnsanlara orijinal Azərbaycan naxışlarını yenidən tanıtmaq məqsədilə yaradılan Zili brendi, xalça naxışlarını, miniatürləri və memarlıq elementlərini dekorativ və məişət əşyalarına tətbiq edir.

    Qonağımız, Azərbaycanın vacib mədəni irs nümunələrindən biri olan xalçaçılıq sənətinin yaşadılması və inkişaf etdirilməsinin vacibliyini vurğulayır.

    14 min
  • İlahi istedaddan öyrədilə bilən bacarığa: Yaradıcı yazının tarixi və nəzəriyyələr | Ramil Əhməd

    Yeni videomuz yazıçılara və yazı prosesinə baxışın zamanla necə dəyişdiyi haqdadır.

    Yazıçı və ədəbiyyatşünas Ramil Əhməd qeyd edir ki, XIX əsrdən etibarən yaradıcılıq ilahi ilham yox, öyrənilə və təhlil oluna bilən bir bacarıq kimi dəyərləndirilməyə başlanıb.

    Qonağımız hesab edir ki, müasir dövrdə, xüsusilə süni intellekt çağında yazıçılar yalnız ilhamla deyil, həm də nəzəri bilik və struktur anlayışı ilə silahlanmalıdırlar.

    14 min
  • Film çəkməyə haradan başlamalı? | Türkan Hüseyn

    Rejissor və prodüser Türkan Hüseyn deyir ki, film istehsalı resurs asılılığı ən yüksək olan sənət növlərindən biridir və sıfır büdcə ilə film çəkmək demək olar ki, mümkünsüzdür. O, əlavə edir ki, buna baxmayaraq, film istehsalında ilk addımlarını atan insanlar bu prosesi daha az məsrəflə həyata keçirə bilərlər.

    Qonağımız gənc rejissorlara məsləhət görür ki, kiçik layihələrlə başlasınlar — qısa ssenarilər yazsınlar, dostları ilə əməkdaşlıq etsinlər və mövcud imkanlardan, hətta mobil telefonlardan və köhnə kameralardan istifadə edərək sınaq çəkilişləri aparsınlar.

    12 min
  • Kənddən masaya: İddialı missiyası olan süfrə təcrübəsi | Yaqub Zeynalov

    ProjectFlat təşəbbüsünün qurucusu Yaqub Zeynalovla onun “fermadan süfrəyə” təcrübəsi haqqında danışdıq. Yeməyi təbiət və yaddaşın formalaşdırdığı bir ünsiyyət və sənət forması kimi dəyərləndirən aşpaz, insanları yerli məhsul və istehsalçılarla birləşdirən kiçik, amma iddialı bir məkan yaradıb.

    Yaqub Zeynalov fermerlərlə işləmək üçün səfərlər edir, onlara məhsullarının dəyərini anlamağa və bazara yaradıcı yollarla çıxmağa kömək edir. O bildirir ki, məqsədi daha şüurlu bir qida mədəniyyəti formalaşdırmaq və bu sahədə sistemli dəyişiklikləri aşağıdan yuxarıya doğru təşviq etməkdir.

    12 min
  • Ömür boyu öyrənmə nədir? | Abbas Babayev

    Ömür boyu təhsil anlayışı tez-tez səhvən əlavə və ya davamlı təhsil kimi anlaşılır. Tədqiqatçı Abbas Babayev bildirir ki, əslində ömür boyu öyrənmə fərdin yaşından, əvvəlki təhsilindən və mənşəyindən asılı olmayaraq, hər kəs üçün əlçatan, çevik və mənalı öyrənmə imkanlarının yaradılmasına yönəlmiş daha geniş bir fəlsəfədir.

    Qonağımız vurğulayır ki, universitetlərdə ömür boyu təhsilin gerçək inteqrasiyası üçün mədəni və institusional dəyişikliklərə, dəstəkləyici siyasətə və yalnız əmək bazarının deyil, həm də şəxsi inkişaf ehtiyaclarının nəzərə alındığı bir yanaşmaya ehtiyac var.

    19 min

About Əkinçi

From the publisher's feed

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.