
Sign up to save your podcasts
Or


Sosial layihələr dedikdə nə nəzərdə tutulur? Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf layihələrinin dizaynında hansı çatışmazlıqlar var? Yaxşı layihə dizayn edə bilmək üçün nələri öyrənməyə ehtiyac var? İqtisadi inkişaf üzrə mütəxəssis Nicat Qarayevlə bu haqda danışmışıq.
Tələbələrin öyrənməyə cəlb olunmasında vacib amillər nələrdir? Bu prosesdə qlobal və yerli səviyyədə hansı çətinliklər var? Tələbələrin öyrənməsində universitetlərin üzərinə hansı öhdəliklər düşür? Tədqiqatçı Razia İsayeva ilə bu haqda danışmışıq.
Yaradıcı təbəqə ölkələrin inkişafına necə dəstək olur? Bakıda yaradıcı təbəqənin sayını necə artırmaq olar? Dövlət yaradıcı fəaliyyəti tənzimləməlidirmi?
ADA universitetinin dosenti Anar Vəliyevlə söhbətimizdə bu haqda danışmışıq.
İnsan resursları bizneslər üçün nə qədər əhəmiyyətlidir? Azərbaycanda insan resursları sahəsi nə vaxt inkişaf etməyə başlayıb? Bu sahədə mütəxəssis olmaq üçün hansı bacarıqlara ehtiyac var? İnsan resursları mütəxəssisi Səbinə Qulamzadə ilə söhbətimizi dinləyin.
Posttravmatik stress pozuntusunun öhdəsindən necə gəlmək mümkündür? Yaşadığımız bütün ağır hadisələr travmalara səbəb olurmu? Düzgün diaqnostika nə üçün əhəmiyyətlidir? Psixiatriya və psixoterapiya üzrə rezident həkim Loğman Qasımovla söhbətimizi dinləyə bilərsiniz.
Sosial işdə hansı yanaşmalar mövcuddur? Ənənəvi sosial işin çatışmazlıqları nələrdir? Kuir feminist sosial iş necə meydana çıxıb? Sosial işçi Aida Mirzəyeva ilə müsahibəmizdə bu haqda danışmışıq.
“İctimai məkanın uğuru onun estetik gözəlliyi deyil, cəmiyyətin fərqli təbəqələrinin səslərini duyurması üçün bir platforma olmağıdır.” Budəfəki videomuzda urbanist tədqiqatçı Ucal Qorçu ilə özəl sektorun ictimai məkanlara təsiri haqqında danışmışıq.
Kouçluq insanlara nə vəd edir? Kouçluğun hansı texnikaları var? Bu texnikalar insanlarda nə kimi dəyişikliklər yarada bilir? Kouçluqla bağlı hansı yanlış fikirlər mövcuddur?
Kouç və Beynəlxalq Kouçinq Federasiyasının üzvü Günel Mehdiyeva ilə müsahibəmizi dinləyə bilərsiniz.
Süni intellekt modellərindən istifadə produktivliyə necə təsir edir? Süni intellekt modellərinə effetkiv tapşırıq vermə üsulları hansılardır? Bu modellərdən istifadənin hansı mənfi və müsbət cəhətləri var?Süni intellekt üzrə tədqiqatçı Emil Mirzəyevlə söhbətimizi dinləyə bilərsiniz.
Tədqiqat və inkişaf sahəsinə investisiya etmək nə üçün vacibdir? Rəqəmsal platformalarda məxfiliyimizi necə təmin edə bilərik? Texnologiya sahəsində qlobal bazarla necə rəqabət aparmalıyıq? Kibertəhlükəsizlik üzrə mütəxəssis Günay Məmmədli ilə söhbətimizi dinləyə bilərsiniz.
From the publisher's feed