
Sign up to save your podcasts
Or


Beynəlxalq inkişaf özündə nələri ehtiva edir? Dünya Bankının missiyası nədir və hansı istiqamətlərdə fəaliyyət göstərir? Bu dəfə Dünya Bankının xarici əlaqələr üzrə müşaviri Zaur Rzayevlə beynəlxalq inkişaf və Dünya Bankının rolu haqqında danışmışıq.
Bakının inkişaf tarixi haradan başlayır? Yeni təsdiq edilmiş baş planda hansı maraqlı məqamlar var? Bakını kimlər idarə etməlidir? Növbəti videomuzda memar Dilqəm İsmayılovla Bakının baş planı və idarəetmə barəsində danışmışıq.
“Azərbaycan haqqında mətbuatda eşidirsinizsə, bu, keçmiş Sovet Respublikası, neft və qazla zəngin Azərbaycandır. Amma bu, ölkənin, onun xalqının, mədəniyyətinin üçölçülü mənzərəsi deyil.” 23 ildir Azərbaycanda yaşayan müəllim Sean Barry ilə müsahibəmizi dinləyə bilərsiniz.
Ömür boyu öyrənmə konsepsiyası dedikdə nə nəzərdə tutulur? Milli kvalifikasiya çərçivəsinin əsas məqsədi nədir? Peşə standartları və kvalifikasiyaları necə hazırlanır? Kvalifikasiyaların hazırlanması üzrə ekspert Nərmin Şahbazova ilə videomuzu izləyə bilərsiniz.
İnnovativ sahibkarlığın ənənəvi sahibkarlıqdan əsas fərqi nədədir? Data toplanması nə üçün sahibkarlar üçün önəmlidir? İnnovasiyalar sahibkarlığa necə kömək olur? Sahibkar Asif İbrahimovla videomuzu izləyərək öyrənə bilərsiniz.
Nə üçün daşınmaz əmlak qiymətləri əhali üçün əlçatan deyil? Daşınmaz əmlakın ənənəvi investisiya aləti olmasının əsas səbəbi nədir? Bakı ətrafı ərazilərdə mənzil sayının artırılması daşınmaz əmlak problemini həll edə bilərmi? İqtisadçı Rəşad Həsənovla bu haqda söhbətimizi dinləyə bilərsiniz.
Zorakı tərbiyə nədir və hansı növləri var? Zorakı tərbiyə uşaqların inkişafında hansı fəsadlara səbəb ola bilər? Valideynlər uşaq inkişafı ilə bağlı nələri bilməlidirlər? Elmlər doktoru və Vaşinqton Universitetinin elmi işçisi Aytəkin Hüseynli ilə videomuzu izləyərək öyrənə bilərsiniz.
Rəqəmsal asılılıq dedikdə nə nəzərdə tutulur? Bu asılılıqdan qurtulmaq üçün hansı addımları atmaq lazımdır? Media mütəxəssisi Lalə Kişiyeva ilə videomuzu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz.
Məktəbəqədər yaş dövründəki uşaqların öyrənmə prosesinə hansı amillər təsir edir? Mükafatlandırmanın uşaqlar üzərində hansı müsbət və mənfi nəticələri ola bilər? Necə etmək olar ki, uşaqlar öyrənmə prosesindən zövq alsınlar? Tədqiqatçı İlahə Rəsulova ilə videomuz bu haqdadır.
Tələbələrin özünü inkişafına nə mane olur? Valideynlər övladlarının ixtisas seçimlərinə necə təsir edir? Bakalavr təhsilində dəyişilməsi ən vacib məqamlar hansılardır? Magistr tələbəsi Rüqayə Abbaslı ilə videomuzu izləyərək öyrənə bilərsiniz.
From the publisher's feed