
Sign up to save your podcasts
Or


Doktorantura təhsilinin üstünlükləri nələrdir? Kimlər doktorantura dərəcəsi ala bilər? Azərbaycanda doktorantura təhsilinin çatışmayan tərəfləri hansılardır? Doktorantura təhsilinə başlamaq istəyənlər nələri bilməlidir? İqtisadçı Xətai Alıyev bu suallara cavab verir.
“Cadenza” orkestri məktəblilərin musiqi biliyini artırmaq və onları musiqiyə həvəsləndirmək məqsədilə məktəblərdə müxtəlif tədbirlər həyata keçirir. Bu videomuzda layihənin koordinatoru və musiqişünas Şəfaqət Məmmədova ilə orkestrin məktəblilərlə görüşləri haqqında danışmışıq.
Uşaq meydançalarının əhəmiyyəti nədən ibarətdir? Kənd və şəhərlərdə yaşadığımız mühiti yaxşılaşdırmaq üçün nələr edə bilərik? Təbiətlə təmasda olmaq nə üçün vacibdir? Memar Səbinə Abbasova ilə bu haqda danışmışıq.
“Əgər bir sinefili incitmək istəyirsinizsə, ona deməyiniz kifayətdir ki, kino ədəbiyyatın davamıdır və ya vizualizasiyasıdır. O, mütləq bu hökmə qarşı çıxacaq.” Budəfəki videomuzda bloger və rejissor Elvin Cəbizadə ilə kinonun nə üçün müstəqil sənət növü sayılması haqda danışmışıq.
Bələdiyyələr vətəndaşların gözləntilərini doğruldurmu? Bələdiyyələrdə effektiv idarəçiliyə mane olan nədir? Bələdiyyələr hansı problemlərin həllində əhəmiyyətli rol oynayır? Bərdə Qadın Klubunun təsisçisi Ülviyyə Babayeva ilə videomuzda bu haqda danışmışıq.
Erkən və düzgün diaqnostika sindromlu uşaqların inkişafına necə təsir göstərir? Valideynlər sindromlu uşaqlara diaqnoz qoyulması prosesində hansı çətinliklərlə üzləşirlər? Bloger Aysel Mirzoyeva ilə bu haqda danışmışıq.
Azərbaycandakı dövlət və özəl məktəblərində əsas fərqlər nələrdir? Özəl məktəblərin kurikulumları necə dizayn edilir? Dövlət məktəbləri özəl məktəblərdən hansı təcrübələri öyrənə bilər? Nazlı Pəncəliyeva ilə videomuzda bu haqda danışılır.
Sosial şəbəkələrdən istifadə ilə siyasi fəallıq arasında hansı əlaqə var? Bu əlaqə demokratik və qeyri-demokratik ölkələrdə necə fərqlənir? Sosial şəbəkələr siyasi fəallar üçün hansı təhlükələri yarada bilir? Bu barədə tədqiqatçı Nəcmin Kamilsoyla videomuzu izləyərək öyrənə bilərsiniz.
From the publisher's feed