
Sign up to save your podcasts
Or


Müharibədən əziyyət çəkmiş insanlar üçün sosial xidmətlər necə təşkil edilməlidir? Azyaşlı uşaqlara müharibəni necə başa salmaq lazımdır? Azərbaycanda post-müharibə dövrü üçün nəzərdə tutulmuş sosial xidmətlərdə nələr çatışmır? Sosial işçi Zamin Zəki ilə söhbətimizi dinləyə bilərsiniz.
Ənənəvi və rəqəmsal diplomatiya bir-birindən nə ilə fərqlənir? Rəqəmsal diplomatiyanın müsbət və mənfi cəhətləri nələrdir? Azərbaycanda rəqəmsal diplomatiyadan necə istifadə edilir? Xarici siyasət müxbiri və tədqiqatçı Zümrüd Paşkinlə müsahibəmizdə bu haqda danışmışıq.
“Fiziki çətinliklər bir tərəfə, insan özünü pis hiss edir ki, uşaqla bir yerdə valideyn də cəmiyyətdən uzaqlaşdırılır.” Bu dəfəki müsahibəmizdə serebral iflici olan uşağın valideyni Nuranə İsmayılova ilə xüsusi qrup uşaqlar və onların qarşılaşdığı çətinliklər barəsində danışmışıq.
Tədqiqat universitetləri necə yaranıb və bizə nə üçün lazımdır? Tədqiqat universitetlərin hansı missiyaları var? Əhəmiyyətli ixtiraların yaranmağında tədqiqat universitetləri necə rol oynayıb? Ali təhsil üzrə tədqiqatçı Abbas Abbasovla bu haqda danışmışıq.
Reproduktiv sağlamlıq və hüquqlar dedikdə nə nəzərdə tutulur? Azərbaycanda reproduktiv sağlamlıq və hüquqlarla bağlı vəziyyət nə yerdədir? Əhali arasında kontraseptiv vasitələrdən istifadə nə üçün aşağıdır? Tədqiqatçı Nərgiz Muxtarova ilə müsahibəmizi dinləyə bilərsiniz.
Böyük korporasiyalar ekoloji problemlərin yaranmasında nə qədər rol oynayır? Greenwashing nə deməkdir? Korporasiyalar qarşısında hansı tələblər qoyulmalıdır? Dayanıqlı enerji və ətraf mühit üzrə Fulbrayt təqaüdçüsü Səriyyə Heydərova ilə videomuzu izləyə bilərsiniz.
Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələr sənədində hansı məsələlər yer alır? Yaşıl maliyyə mexanizmi dedikdə nə nəzərdə tutulur? COP29 Azərbaycana və dünyaya nə verəcək? Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasovla videomuzu izləyə bilərsiniz.
İctimai məkanlar nə üçün əhəmiyyətlidir? Azərbaycandakı ictimai məkanların hansı çatışmazlıqları var? Açıq məkanlar qadınlar üçün nə qədər təhlükəsizdir? Bu məkanlar necə təşkil olunmalıdır? Memar və şəhərsalma üzrə mütəxəssis Əfsun Mehmani ilə videomuzu izləyə bilərsiniz.
Beynəlxalq şagird qiymətləndirmə proqramı PİSA nəticələrində Azərbaycanla bağlı hansı məqamlar var? Pandemiya şagirdlərin akademik göstəricilərinə necə təsir edib? Şagirdlər sinif otağında özlərini nə qədər təhlükəsiz hiss edir? İqtisadçı Fərid Mehralızadə ilə videomuzu izləyə bilərsiniz.
Riyaziyyat icad yoxsa kəşfdir? Riyazi modelləşdirmə nə üçün əhəmiyyətlidir? Riyaziyyatı hər kəs öyrənə bilərmi? Riyaziyyatçı Afərin Əkbərli ilə videomuzu izləyərək öyrənə bilərsiniz.
From the publisher's feed