
Sign up to save your podcasts
Or


Sosial elmlərin tədrisini effektiv şəkildə təşkil etmək üçün nə etməli? Niyə iqtisadiyyat və sosial elmlər Azərbaycan üçün əhəmiyyətlidir? İxtisaslı kadr probleminin həlli ilə bağlı universitet və tələbələrdən nə gözlənilir? İqtisadçı İbrahim Niftiyevlə videomuzda bu haqda danışılır.
Dövlət tərəfindən telefon danışıqlarımızın dinlənilməsi hüquqidirmi? Hansı növ cinayətlər araşdırılan zaman telefon danışıqları dinlənilir? Bununla bağlı qanunvericilikdə hansı problematik məqamlar mövcuddur? Bu barədə hüquqşünas Səyyad Yusifli ilə videomuzu izləyərək öyrənə bilərsiniz.
İqlim dəyişikliyi müxtəlif əhali qruplarına necə təsir edir? İqlim dəyişikliyinə adaptasiya prosesində gender həssas və inklüziv yanaşma nə üçün önəmlidir? Adaptasiya prosesinə haradan başlamaq lazımdır? Gender və inkişaf üzrə ekspert Xalisə Şahverdi ilə bu haqda danışmışıq.
Ölkədə qəbul olunan dövlət proqramları və strateji yol xəritələri ilə bağlı hansı problemli məqamlar mövcuddur? Bu proqramların qəbulunda ictimaiyyətin rəyi nə dərəcədə nəzərə alınır? Hüquqşünas Sübhan Həsənli ilə strateji yol xəritələrindəki çatışmazlıqlar haqqında danışmışıq.
Boşanma zamanı ailələr hansı çətinliklərlə üzləşirlər? Bu prosesdə hər iki tərəfin daha az zərər görməyi üçün nələrə diqqət yetirmək lazımdır? Uşaq mərkəzli boşanma dedikdə nə nəzərdə tutulur? Boşanma kouçu Kama Əhmədlə bu haqda danışmışıq.
2024-cü ildən etibarən Vergi Məcəlləsinə edilən dəyişikliklər vergi ödəyicilərinə necə təsir edəcək? Bu dəyişiklik zərurəti haradan yaranıb? Bu dəyişikliklərin ən çox təsir etdiyi qruplar hansılardır? Vergi üzrə mütəxəssis Nahid Tağıyevlə bu haqda danışmışıq.
Ekoloji iştirakçılıq nə deməkdir? Ətraf mühit məsələləri ilə bağlı məlumatların paylaşılmasında dövlətin hansı öhdəlikləri var? Ətraf mühitlə bağlı qərarların qəbul edilməsində vətəndaşların iştirakçılıq hüququ təmin edilirmi? Hüquqşünas Kənan Qayıbovla müsahibəmizdə bu haqda danışmışıq.
Coğrafi İnformasiya Sistemləri (GIS) nədir və tətbiq sahələri hansılardır? Azərbaycanda və digər ölkələrdə GIS-dən necə istifadə edilir? GIS təhlilçisi Nəzrin Qocayeva ilə videomuzu izləyərək məlumat əldə edə bilərsiniz.
Film sənayesinin inkişafı ölkələrə nə qazandıra bilər? Mədəniyyətin bir hissəsi kimi filmlər hansı əhəmiyyətə malikdir? Azərbaycanda film sənayesini dayanıqlı etmək üçün nə lazımdır? Kinotənqidçi Hacı Səfərovla bu haqda danışmışıq.
Ev sahibi olmaq niyə əhəmiyyətlidir? Daşınmaz əmlaka çatımlılıq dedikdə nə başa düşülür? Daşınmaz əmlaka çatımlılığı tənzimləmək üçün ölkələr nə edir? Azərbaycanda bununla bağlı vəziyyət necədir? Daşınmaz əmlak üzrə mütəxəssis Mərmər-Gülçin Cəfərli bizə bu haqda danışıb.
From the publisher's feed