
Sign up to save your podcasts
Or


Azərbaycanda yaradıcı təbəqə senzura ilə bağlı hansı çətinliklərlə üzləşir? Hökumət siyasəti ölkədəki film istehsalına necə təsir edir? Film sənayesinin inkişafı üçün atılmalı olan ilk addımlar hansılardır? Kinotənqidçi Hacı Səfərovla videomuzu izləyərək öyrənə bilərsiniz.
Təhsil məsləhətçisi Əminət Diqanayeva ilə vətəndaşların formalaşmasında müəllimlərin rolu haqda söhbət etmişik.
Hüquqşünas Rəşad Qasımlı qida təhlükəsizliyi mövzusunda qanunvericiliyin rolu haqda danışır.
Həmidə Cavanşir Azərbaycanın ilk maarifçi qadınlarından biri olaraq xeyriyyəçi və tərcüməçi olaraq fəaliyyət göstərib, Azərbaycan Yazıçılar İttifaqının üzvü olub. Bu dəfəki videomuzda mədəniyyətşünas Rəhman Bədəlovla Həmidə xanımın xatirələri haqqında danışmışıq.
İtkin düşmüş şəxslərin ailələri qeyri-müəyyənlik və çətinliklərlə necə mübarizə aparırlar? Belə ailələrə kömək üçün hansı resurslar mövcuddur? Azərbaycanda itkin düşmüş şəxslərin ailələri ilə bağlı vəziyyət necədir? Klinik psixoloq Südabə Əliyeva ilə videomuzu izləyə bilərsiniz.
İncəsənət emosional zəkamızın inkişafına necə dəstək olur? İncəsənətlə məşğul olmaq yaradıcılıqdan kənar sahələrdə uğur qazanmağa kömək edirmi? Azərbaycanda incəsənətə maraq hansı səviyyədədir? Sənətşünas Tayyiba Heydərova ilə videomuzu izləyərək öyrənə bilərsiniz.
Post-qəhrəman cəmiyyət nə deməkdir? Qəhrəman və post-qəhrəman cəmiyyətlər arasında hansı fərqlər var? Azərbaycan post-qəhrəman cəmiyyətidirmi? Post-qəhrəman cəmiyyətlər gələcəkdə necə dəyişəcək? Sosial media tədqiqatçısı Cavid Ağanın çıxışını izləyərək öyrənə bilərsiniz.
Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri Fərda Əsədov İsrail-Fələstin münaqişəsinin qədim tarixi haqda danışır.
"Dəstəkçi" sosial sahibkarlıq platformasının təsisçisi Etibar Xıdırov xeyriyyəçilik təşəbbüsləri ilə sosial sahibkarlıq təşəbbüslərinə olan fərqli münasibət, müxtəlif sahələrində irəliləyişin təmin edilməsində qrupların rolu, o cümlədən təmsil etdiyi platformanın yaratdığı fürsətlər haqda danışır.
From the publisher's feed