
Sign up to save your podcasts
Or


Elmin kütləviləşməsi niyə vacibdir? Azərbaycanda bununla bağlı vəziyyət necədir? 21-ci əsrin bacarıqları hansıdır? Mövcud təhsil sistemi tələbələrə elmin mahiyyətini aşılayırmı? Təhsil mütəxəssisi Yalçın İslamzadə ilə videomuzu izləyərək öyrənə bilərsiniz.
Anime və manqa Yaponiyanın mədəni kimliyinə necə töhfə verir? Nə üçün bu gün anime və manqanın çoxsaylı həvəskarları var? Azərbaycanda bu sahədə uğurlu nümunələr varmı? Anime və manqa həvəskarı Elçin Nəsibovla videomuzu izləyə bilərsiniz.
“Himayəmizdə olan qızlar ölkənin müxtəlif rayonlarındandır və onların çətin həyat hekayələri var. Amma çox yaxşı mübarizə yolları da var. Biz istəyirik ki, bu hekayələr bizi izləyən qızlarımıza və qadınlarımıza motivasiya olsun.” “Qızlar oxusun” layihəsinin təsisçisi Fatma Qurbanova ilə videomuzu izləyə bilərsiniz.
Süni zəka insan yaradıcılığını əvəz edə bilər? Süni zəka alətlərinin bəzi peşələri sıradan çıxaracağı ilə bağlı qorxular əsaslıdırmı? Bu alətlərdən yaradıcılıq potensialımızı artırmaq üçün necə istifadə edə bilərik? Qrafik dizayner Rəsul Həsənlə videomuzu izləyə bilərsiniz.
ANİMAFİLM festivalı Azərbaycanın ilk animasiya festivalıdır. 2018-ci ildən bəri festivalda yüzlərlə animasiya filmləri nümayiş etdirilir, ustad dərsləri, konfranslar və sərgilər keçirilir. Festivalın əməkdaşı Zəminə Əkbərova ilə videomuzu izləyərək ətraflı məlumat ala bilərsiniz.
Tükənmə və ya yanma sindromu nə deməkdir? Kimlər bu sindromdan əziyyət çəkirlər? Özümüzü bundan necə qoruya bilərik? Sosial işçi Sənubər Heydərovanın tükənmə sindromunun işimizə və həyatımıza olan təsirləri haqqındakı təqdimatını izləyərək öyrənə bilərsiniz.
Süni zəka ilə yaradılmış vizuallar sosial mediada saxta xəbərlərin yayılmasında necə istifadə edilir? Belə vizuallarla bağlı daha diqqətli olmaq üçün hansı məqamlar nəzərə alınmalıdır? Sosial media tədqiqatçısı Cavid Ağa ilə videomuzu izləyərək öyrənə bilərsiniz.
Məsafəli işin müsbət və mənfi tərəfləri hansılardır? Hansı sahələr üçün məsafəli iş imkanları daha çoxdur? Bununla bağlı mövcud bazarlarda vəziyyət necədir? Budəfəki videomuzda data həlləri mütəxəssisi Emil Aydınsoyla məsafəli iş haqda bilməli olduqlarınız barəsində danışmışıq.
Müxtəlif növ bələdiyyələrin yanaşmaları bir-birindən necə fərqlənir? Bələdiyyələr öz fəaliyyətlərini qurarkən hansı yanaşmadan istifadə edə bilərlər? Azərbaycanda hansı növ bələdiyyələrə ehtiyac var?ADA Universitetinin dosenti Anar Vəliyevin təqdimatını izləyə bilərsiniz.
From the publisher's feed