
Sign up to save your podcasts
Or


Azərbaycan çağdaş teatrı hansı problemlərlə üzləşir? Teatrla bağlı tamaşaçı qavrayışı necə dəyişib? Keyfiyyətli iş ortaya çıxarmaq üçün nə etmək lazımdır? Teatr rejissoru Tərlan Rəsulovla videomuzu izləyərək öyrənə bilərsiniz.
“UWC-nin 9 dəyəri var: multikulturalizm, açıq fikir, təbiətə olan hörmət, optimizm və idealism. UWC-nin məqsədi tələbələrimizin məzun olub yetkinlik yaşına çatdıqda bu 9 dəyər çərçivəsində öz həyatlarına və dünyaya təsir göstərməkləridir.” Birləşmiş Dünya Kollecləri (UWC) haqqında ətraflı məlumat almaq üçün UWC Azərbaycan Milli Komitəsinin həmtəsisçisi Cengiz Cemaloğlu ilə söhbətimizi izləyə bilərsiniz.
“Credit for Prior Learning” sahib olduğumuz biliklərin kolleclər və universitetlər tərəfindən tələbə krediti kimi qəbul edilməsi deməkdir. Bu sistem tələbələrə və universitetlərə necə fayda verir? Sent-Luis Universitetinin doktorantı Məhin Cəbrayılova ilə videomuzu izləyə bilərsiniz.
Fərdi şikayətlər dedikdə nə nəzərdə tutulur? Azərbaycan Konstitusiya Məhkəməsinə fərdi şikayətlərin verilməsində vətəndaşlar hansı çətinliklərlə qarşılaşır? Bu problemləri necə həll etmək mümkündür? Hüquqşünas Tural Ağayevlə videomuzu izləyərək öyrənə bilərsiniz.
Kompüter oyunları sosial həyatımıza necə təsir edir? Bu oyunlar sosial münasibətləri hansı üsullarla yaxşılaşdıra bilər? Azərbaycanda oyun sənayesinin inkişafı üçün nə edilməlidir? Oyun dizayneri və multidisiplinar sənətçi Ağababa Bağırovla videoumuzu izləyərək öyrənə bilərsiniz.
Nitqimizdə tez-tez işlətdiyimiz hansı ifadələr, əslində, diskriminativdir? İnklüziv təhsil mütəxəssisi Elnarə Məmmədova ilə inklüziv dilin qrammatikası haqqında danışmışıq.
SSRİ dağıldıqdan sonra Cənubi Qafqaz və Vişeqrad ölkələrində fərqli iqtisadi inkişafa hansı amillər səbəb oldu? Geosiyasi faktorlar bu regionların iqtisadi strategiyalarına necə təsir edir? İqtisad elmləri doktoru Vüsal Əhmədovla videomuzu izləyərək öyrənərək öyrənə bilərsiniz.
Siyasi azlıqlar demokratik cəmiyyətlərdə hansı çətinliklərlə üzləşir? “Çoxluğun tiranlığı” anlayışı nədir və onun siyasi azlıqların hüquqlarına potensial təsiri nədən ibarətdir? Siyasi elmlər üzrə tədqiqatçı Kəklik Kərimli ilə videomuzu izləyərək öyrənə bilərsiniz.
Gender Resurs Mərkəzi iqtisadi, hüquqi, psixo-sosial və sağlamlıqla bağlı resursların LGBTQI+ və kuir icmalar üçün əlçatımlılığının artırılması məqsədilə 2020-ci ildə yaradılmış təşəbbüsdür. Həmtəsisçi Ayxan Osmanlı ilə videomuzu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz.
“Əlilliyi olan uşaqların inkişafı, təhsildə davamiyyəti kiminsə mərhəmətinin ixtiyarına buraxılmamalıdır.” İnklüziya, yoxsa mərhəmət? Uşaq inkişafı üzrə mütəxəssis, Ritual Mobil Teatr Laboratoriyasında SİM uşaqlarla iş üzrə koordinator Nailə Həsənzadə ilə videomuzu izləyə bilərsiniz.
From the publisher's feed