
Sign up to save your podcasts
Or


Tövsiyə sistemləri nədir və necə işləyir? Kontekst effektləri istehlakçı seçimlərinə necə təsir edir? Kontekst effektlərindən daha yaxşı agah olmaq üçün nə edə bilərik? Tədqiqatçı Emil Mirzəyevlə videomuzu izləyərək öyrənə bilərsiniz.
Polis əməkdaşlarının davranış qaydaları necə tənzimlənir? Vətəndaşlar hansı hallarda polis əməkdaşlarının davranışı ilə bağlı şikayət edə bilərlər? Azərbaycan qanunvericiliyində bununla bağlı nə deyilir? “Sirius” vəkil bürosunun müdiri, hüquq elmləri doktoru Sübhan Əliyevlə söhbətimizi izləyə bilərsiniz.
Birbaşa və nümayəndəli demokratiya bir-birindən nə ilə fərqlənir? Bu sistemlərdə vətəndaşların rolu nədən ibarətdir? Demokratik sistemlərin hansı çatışmaz xüsusiyyətləri var? Siyasi elm mütəxəssisi Pünhani Əsgərli ilə videomuzu izləyərək öyrənə bilərsiniz.
Gender əsaslı zorakılıqla mübarizədə feminist yanaşma özündə nələri ehtiva edir? Gender tədqiqatlarına yatırımların artırılması nə üçün əhəmiyyətlidir? Gender əsaslı zorakılıqla mübarizənin uğurlu nümunələri hansılardır? Tədqiqatçı Lalə Mahmudova ilə videomuzu izləyə bilərsiniz.
İmkanlara əsaslanan icma inkişafı nə deməkdir? Bu yanaşmanın əsas prinsipləri və istifadə üsulları hansılardır? Azərbaycanda bu yanaşmanın tətbiq imkanları hansı səviyyədədir? İcma səfərbərçisi Ağalar Ağalarlının mövzu haqqındakı təqdimatını izləyərək öyrənə bilərsiniz.
Ünvanlı sosial yardım proqramı kimlərə şamil edilir? Bu proqramın işləmə prinsipində hansı problemli məqamlar var? Bu problemləri həll etmək üçün hansı addımlar atılmalıdır? Hüquqşünas Sübhan Həsənli ilə videomuzu izləyərək öyrənə bilərsiniz.
Yaşıl maliyyə nə deməkdir? Bu konsepsiya necə yaranıb? Yaşıl maliyyə ətraf mühitə təsir baxımından faydalı ola bilərmi? Azərbaycanda bu sahədə vəziyyət nə yerdədir? Maliyyə hüququ üzrə mütəxəssis Aqil Hüseynli ilə videomuzu izləyərək öyrənə bilərsiniz.
Azərbaycanda LGBT hüquqları hansı səviyyədə qorunur? LGBT icmasının hüquq-mühafizə orqanlarında və məhkəmələrdə qarşılaşdığı çətinliklər hansılardır? Bununla necə mübarizə aparılmalıdır? Gender məsələləri üzrə ekspert Nisə Hacıyeva ilə videomuzu izləyə bilərsiniz.
Sosial mediada gündəlik qəbul etdiyimiz məlumatlar bizə necə təsir edir? Məlumat çoxluğundan və zərərli məzmunlardan yayınmaq üçün hansı addımları ata bilərik? Diqqətimiz niyə ən dəyərli resursumuzdur? Media mütəxəssisi Lalə Kişiyeva ilə müsahibəmizi izləyə bilərsiniz.
Sahə iqtisadiyyatı nədir və nə üçün əhəmiyyətlidir? Azərbaycanda sahə iqtisadiyyatı araşdırmaları ilə bağlı vəziyyət necədir? Bu istiqamətdə keyfiyyətli araşdırmaların sayını çoxaltmaq üçün hansı addımlar atılmalıdır? İqtisadçı İbrahim Niftiyevlə videomuzu izləyə bilərsiniz.
From the publisher's feed