
Sign up to save your podcasts
Or


Media və dövlət qurumları əlilliyi olan şəxslərdən necə “motivasiya” nümunəsi kimi istifadə edir? Bu, gələcəkdə hansı mənfi nəticələrə səbəb ola bilər? Əlilliyi olan şəxslərin hüquqları fəalı Cəmilə Məmmədlinin təqdimatını izləyərək öyrənə bilərsiniz.
Azərbaycan qanunvericiliyində valideynlər üçün hansı sosial müavinətlər nəzərdə tutulur? Valideynlik məzuniyyətindən kimlər istifadə edə bilər? Ataların yararlana biləcəyi məzuniyyət növü mövcuddurmu? Sosial elmlər üzrə mühazirəçi Yuliya Əliyeva ilə videomuzu izləyə bilərsiniz.
Azərbaycanda çağdaş incəsənət sahəsinin inkişafı üçün hansı maliyyələşmə imkanları var? Qonşu və digər ölkələrdə bu praktika necə fərqlənir? Çağdaş incəsənətə dövlət dəstəyi niyə vacibdir? Çağdaş sənətçi Aqil Abdullayevlə müsahibəmizi izləyərək məlumat ala bilərsiniz.
Mənzil alqısı zamanı çıxarış əldə etmək üçün hara müraciət etmək lazımdır? Çıxarışın əldə edilməsi ilə bağlı vətəndaşlar hansı problemlərlə üzləşirlər? Vəkil Aysel Əhmədova ilə bu mövzuda söhbət etmişik.
“Hədis” 2022-ci ildə İranda Məhsa Əmininin polis nəzarətində ölməsindən sonra başlayan etirazlar zamanı öldürülmüş Azərbaycan türkü Hədis Nəcəfiyə həsr olunmuş animasiya filmidir. Filmin rejissoru Nəzrin Ağamalıyeva ilə danışmışıq.
Ubuntu Sosial İş Dərnəyinin məqsədi cəmiyyətdə sosial işlə bağlı aydın təsəvvür yaratmaq, sosial işçilərin bacarıqlarını artırmaq və sosial iş icmasını mobilizə etməkdir.
Dərnəyin fəaliyyəti haqqında ətraflı məlumat almaq üçün sosial işçi Zamin Zəki ilə videomuzu izləyə bilərsiniz.
İnklüzivlik hər kəsə bərabər imkanlar yaratmağı təbliğ edir. Bunun üçün ilk mərhələdə insan müxtəlifliyindən xəbərdar olmalıyıq. İnklüziv cəmiyyətin yaradılmasının təməl 3 addımı hansılardır?
İnklüziv təhsil mütəxəssisi Elnarə Məmmədovanın təqdimatını izləyərək öyrənə bilərsiniz.
Konstitusiya avtoritar rejimlərə niyə lazımdır? Tədqiqatçı Aydan Fuadla müsahibəmizi izləyə bilərsiniz.
Kiberzorakılıq nədir və onunla necə mübarizə aparmaq olar? Şantaja məruz qalan şəxslər hansı orqanlara müraciət etməlidir? Kiberzorakılıqla bağlı məhkəmə praktikalarında hansı çətinliklər var? Vəkil Əli Qəmbərovla videomuzu izləyərək öyrənə bilərsiniz.
From the publisher's feed