
Sign up to save your podcasts
Or


Qadınların siyasi iştirakçılığı nə üçün əhəmiyyətlidir? Azərbaycanda qadınları siyasi fəaliyyətə təşviq etmək üçün nə etmək lazımdır? Neftçalanın Xol Qaraqaşlı kənd bələdiyyəsinin üzvü Vəfa Nağı ilə qadınların seçkilərdə iştirakı - maneələr və uğurlu nümunələr haqqında danışmışıq.
Khan Academy onlayn öyrənmə platforması tələbələrə, valideynlərə və müəllimlərə hansı imkanlarıvəd edir? Bu platforma vasitəsilə təhsil boşluqlarının aradan qaldırılmasına nail olmaq mümkündürmü? Jyvaskyla Universitetinin tədqiqatçısı Ayaz Kərimovla hazırladığımız videonu izləyin.
Qəzəb bədənimizdə hansı fizioloji və bioloji dəyişiklikləri yaradır? Müəllimlər sinifdə qəzəbi idarə etmək üçün hansı texnikalardan istifadə edə bilər? Qəzəbin idarə olunması ilə bağlı bacarıqları uşaqlara necə aşılamaq olar? Pedaqoq Aygün Pəncəliyevanın təqdimatı bu suallara cavab verir.
Sosial evlərlə bağlı hansı problemlər var? Bu problemləri aradan qaldırmaq üçün digər ölkələrin praktikasında hansı uğurlu nümunələr mövcuddur? Lissabon Universitetinin Memarlıq fakültəsinin doktorantı Aydan Ağabəyli ilə memarlıq perspektivindən sosial evlər barəsində danışmışıq.
Demokratik seçkilər üçün meyarları müəyyən edən amillər hansılardır? Bu amillər siyasi sistemlərdə ədalətliliyi və hesabatlılığı necə təmin edir? Demokratik sistemlər üçün seçkilərdən başqa hansı faktorlar əhəmiyyətlidir? Siyasi təhlilçi Rəşad Şirinlə bu suallara cavab verir.
Azərbaycanda kitab çapı ilə bağlı vəziyyət necədir? Ölkədə ədəbi mühitin inkişaf etməməsinin səbəbləri nələrdir? Bu istiqamətdə atılmalı olan ən vacib addımlar hansılardır? Yeni videomuzda yazıçı Cavid Ramazanovla Azərbaycan ədəbiyyatı - gözləntilər və reallıq haqqında söhbət etmişik.
İqtisadçı Fərid Mehralızadə deyir ki, regionlarda iş yerlərinin az olması insanları Bakı və Bakı ətrafı ərazilərə köçməyə vadar edir. Daxili miqrasiyanın bu cür plansız şəkildə baş verməsi isə təkcə həmin insanlar üçün deyil, hər kəs üçün problem yaradır.
Təhlükəsizlik dilemması nədir? Müasir tədqiqatçılar bu nəzəriyyə ilə bağlı nə düşünür? Təhlükəsizlik dilemması nə zaman mövcud olur? Müxtəlif idarəetmə sistemlərində bu dilemma özünü necə göstərir? Siyasi tədqiqatçı Fuad Şahbazla təhlükəsizlik dilemması barəsində danışmışıq.
Razılıq (consent) anlayışı nə deməkdir? Razılığı etibarsız edən məqamlar hansılardır? Bu mövzu ilə bağlı Azərbaycanda və dünyada hansı hüquqi modellər və qanunvericilik nümunələri var? Tədqiqatçı Nərgiz Muxtarovanın mövzu ilə bağlı təqdimatını izləyə bilərsiniz.
Vətəndaş cəmiyyəti nədir və əhəmiyyəti nədən ibarətdir? Vətəndaş cəmiyyətinin hansı funksiyaları var? Fərdlər öz icmalarının problemlərini necə həll edə bilərlər? Növbəti qonağımız, tədqiqatçı Turqut Qəmbərlə vətəndaş cəmiyyəti barəsində danışmışıq.
From the publisher's feed