
Sign up to save your podcasts
Or


Məhkəməyə təqdim olunan sübutların mötəbər hesab olunması üçün hansı kriteriyalar olmalıdır? Telefon yazışmaları sübut kimi qəbul edə bilərmi? Praktikada sübutların qiymətləndirilməsi ilə bağlı vəziyyət necədir? Vəkil Lalə Nağıyeva videomuzu izləyərək öyrənə bilərsiniz.
Korporativlər və startaplar arasında hansı fərqlər var? Startaplar insanlara hansı imkanları təklif edir? Gələcək karyera planları üçün hansı istiqamətdə getmək daha faydalıdır? Karyera kouçu Leyla Surxayzadə ilə videomuzu öyrənərək izləyə bilərsiniz.
Mənəvi zərər, təhqir və böhtan dedildikdə nə nəzərdə tutulur? Şərəf və ləyaqətin açaldılması ilə bağlı tətbiq edilən hüquqi tədbirlər qanunvericilikdə öz əksini necə tapır? Hüquqşünas Rəşad Cahangirovla şərəf və ləyaqətin alçaldılmasının hüquqi perspektivləri haqqında danışmışıq.
Şabran rayonunun Qazbabalı kəndində uşaqlar məktəbə getmək üçün 3-4 kilometr uzaqlıqda, meşə massivinə yaxın, vəhşi heyvanların gəzdiyi qonşu Əmirxanlı kəndinə getməyə məcburdur. Növbəti videomuzda həmin kənddə könüllü müəllimlik edən jurnalist Coşqun Eldaroğlu ilə söhbət etmişik.
Orijinal əlifbaya malik ilk qafqazdilli xalqlardan biri olan albanların dili, bu dil haqqında aparılmış ən son araşdırmalar haqqında məlumat almaq və hərflər, fonetika, leksik nümunələr haqqında öyrənmək üçün araşdırmaçı-yazar Cavid Ağanın açıq dərs formatındakı çıxışını izləyə bilərsiniz.
Bölgələrdə qadınların ictimai-siyasi fəaliyyəti ilə bağlı vəziyyət nə yerdədir? Qadınlar qərarverici orqanlarda nə qədər təmsil oluna bilirlər? Bu istiqamətdə müsbət dəyişikliyə nail olmaq üçün nə edilməlidir? Gender məsələləri üzrə ekspert Aygül Cəfərova ilə videomuzu izləyə bilərsiniz.
Plagiat və müəlliflik hüququ pozuntusu bir-birindən nə ilə fərqlənir? Ghostwriting nə deməkdir? Plagiat və müəlliflik hüququ pozuntuları hansı mənfi nəticələrə səbəb olur? Hüquqşünas Aytac İsmayılova ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.
Bakının inkişaf tarixi haradan başlayır? Müxtəlif dövrlərdə Bakının siması necə dəyişib? Bakını digər şəhərlərdən fərqləndirən hansı xüsusiyyətlər var? Növbəti videomuzda Memar Aytac Əkbərli ilə Bakının metamorfozu haqqında danışmışıq.
Azərbaycan qanunvericiliyi sahibkarlıq üçün müasir tələblərə cavab verirmi? Bizneslər hüquqi cəhətdən hansı problemlərlə üzləşirlər? Bu sahədə atılmalı olan ilkin addımlar nələrdir? Turan Legal and Tax Services şirkətinin direktoru Zalbəy Ağadadaşovla söhbətimizi izləyə bilərsiniz
Qlobal istiləşməyə və iqlim böhranına nə səbəb olur? Karbon vergisi nədir və nə üçün əhəmiyyətlidir?Karbon emissiyasının azaldılması üçün mövcud siyasət həlləri hansılardır? Dayanıqlı enerji və ətraf mühit üzrə Fulbright təqaüdçüsü Səriyyə Heydərova ilə videomuzu izləyə bilərsiniz.
From the publisher's feed