
Sign up to save your podcasts
Or


İnflyasiya prosesinin mahiyyəti və yaranma səbəbləri nələrdir? İnflyasiya hansı sosial-iqtisadi nəticələrə gətirib çıxarır? İnflyasiyanın elan olunan göstəriciləri reallığı əks etdirirmi? İqtisadçı Azər Mehtiyevin çıxışını izləyərək öyrənə bilərsiniz.
Hansı hallarda işçilərin əmək müqaviləsinə xitam verilə bilər? Ərizə yazaraq işdən çıxarılmağa məcbur edilən işçilər hansı hüquqi yollara baş vura bilər? Hüquqşünas Araz İsmayılovla müsahibəmizi izləyərək öyrənə bilərsiniz.
Azərbaycanda film çəkmək üçün hansı mexanizmlər var? Film sektorunda dövlətin rolu nədən ibarətdir? Kinoteatrlar film sənayesinin inkişafına töhfə verə bilirmi? Kinotənqidçi Hacı Səfərovla Azərbaycan filminin inkişafı və ya dövlət nə etməməlidir mövzusunda söhbət etmişik.
“Zərdabinin iddiası çox böyük idi. O, hər şeyi dəyişmək istəyirdi. Əkinçi yeganə qəzetimizdir ki, hamımızı qucaqladı. Bizdə sonra elə bir qəzet olmayıb.” Növbəti videomuzda mədəniyyətşünas Rəhman Bədəlovla söhbət etmişik.
Sənaye və mədəniyyət irsi obyektlərinin qorunması nəyə görə vacibdir? Bu gün sənaye və mədəniyyət irsi obyektlərini necə istifadə edə bilərik? Dünya təcrübəsində buna dair hansı maraqlı nümunələr var? Urbanist-tədqiqatçı Bayram Axundovun çıxışını izləyərək öyrənə bilərsiniz.
Emosional tərbiyə nə deməkdir və nə üçün əhəmiyyətlidir? Emosional tərbiyəni uşaqlara necə aşılamaq mümkündür? Müəllimlərin burada rolu nədən ibarətdir? Erkən təhsil mütəxəssisi Sura Ağaverdiyeva ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.
Valideynlik hüquqları hansı hallarda məhdudlaşdırıla bilər? Valideynlik hüququndan məhrum olunmuş şəxslərin öhdəlikləri varmı? Valideynlik hüquqlarının məhdudlaşdırılmasının hansı hüquqi nəticələri var? Vəkil Könül İsgəndərli ilə valideynlik hüquqları barəsində söhbət etmişik.
Ritual Mobil Teatr Laborotoriyasının “Tısbağa Conatanın Macəraları” hekayə kitabı uşaqların emosional zəkasına töhfə vermək üçün hazırlanıb. Kitabın hekayə yazarı Mirvari Ağakişiyeva ilə müsahibəmizi izləyərək Tısbağa Conatanla tanış ola bilərsiniz.
Sənədli teatr tamaşaçılara nəyi çatdırmaq istəyir? Ənənəvi teatr tamaşaları ilə sənədli teatr tamaşaları necə fərqlənir? Burada auditoriyanın əhəmiyyəti nədən ibarətdir? Ritual Mobil Teatr Laboratoriyasının təsisçisi, teatr rejissoru Aynur Zərrintacın çıxışını izləyərək öyrənə bilərsiniz.
Piylənmə hansı xəstəliklərə səbəb ola bilər? Piylənmənin qarşısını almaq üçün nə etməli? Növbəti videomuzda endokrinoloq Fidan Qulu ilə artıq çəki, müalicə və qidalanma barəsində danışmışıq.
From the publisher's feed