
Sign up to save your podcasts
Or


Ukraynaya qarşı müharibəyə cavab olaraq Rusiyaya tətbiq edilən sanksiyalar üçüncü ölkələrin iqtisadiyyatına necə təsir edir? Azərbaycan bu sanksiyalardan necə təsirlənib? İqtisadçı İbrahim Niftiyevlə müsahibəmizi izləyərək öyrənə bilərsiniz.
Dövlət orqanlarına müraciətlə bağlı nələri bilməliyik? Daha operativ və effektiv fəaliyyət üçün inzibati icraatla bağlı qanunvericilikdə nələr dəyişməlidir? Vəkil Riçard İsmayılovla vətəndaşın dövlət orqanına müraciəti və inzibati mübahisələr haqqındakı videomuzu izləyə bilərsiniz.
Rəqəmsal texnologiyaların teatra tətbiqi mümkündürmü? Bununla bağlı dünyada hansı nümunələr var? Növbəti videomuzda sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərovla teatr və müasir texnologiyalar haqqında danışmışıq.
Bakı metrosunda ən çox rast gəlinən problemlər hansılardır? Metroda sıxlıq problemini aradan qaldırmaq üçün hansı mümkün həll yolları var? Növbəti videomuzda inşaat mühəndisi, müstəqil tədqiqatçı Azər Axundovla metro - ən bahalı nəqliyyat infrastrukturu haqqında danışmışıq.
İnsan inkişafının mahiyyəti nədir və niyə vacibdir? Azərbaycanda insan inkişafı ilə bağlı vəziyyət nə yerdədir? İnsan inkişafının sürətli və dayanıqlı aparılması üçün hansı mexanizmlər lazımdır? SmartNation platformasının rəhbəri Şəbnəm Məmmədova ilə söhbətimizi izləyə bilərsiniz.
Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında konvensiyanın (CEDAW) əsas prinsipləri nələrdir? Bu konvensiya ilə bağlı Azərbaycan hökumətinin üzərinə hansı öhdəliklər düşür? Şəhla İsmayılla söhbətimizi izləyərək öyrənə bilərsiniz.
Autizm Spektr Pozuntusu nədir? Autizmlə bağlı səhv bilinən hansı miflər var? Autizmə erkən müdaxilə nə üçün vacibdir? Növbəti videomuzda Autizm Erkən Müdaxilə mərkəzinin təsisçisi Aynur Hüseynli erkən yaş dövründə Autizm Spektr Pozuntusu haqqında çıxış edib.
Statistikanın hansı tətbiq növləri var? Müasir dövrdə statistik biliklərə sahib olmaq nə üçün vacibdir? Stanford universitetinin menecment elmləri və mühəndisliyi fakültəsinin magistr tələbəsi Məhəmməd Şirinovla müsahibəmizi izləyərək öyrənə bilərsiniz.
Türkiyədəki seçkilərdə iqtidar dəyişikliyi baş verərsə, Türkiyənin Azərbaycanla bağlı xarici siyasətinə necə təsir edəcək? Müxtəlif ideologiyalara sahib partiyaların bir ittifaqda birləşməsi gələcəkdə riskli ola bilərmi? Siyasi şərhçi Şahin Cəfərli ilə söhbətimizi izləyə bilərsiniz.
Finlandiya universitetlərinin tələbələrə yanaşması necə fərqlənir? Dərs prosesində tələbələr necə dəyərləndirilir? Dərs zamanı hansı dəyərləndirmə metodlarından istifadə edilir? Jyvaskyla Universitetinin tədqiqatçısı Ayaz Kərimovu dinləyərək öyrənə bilərsiniz.
From the publisher's feed