
Sign up to save your podcasts
Or


Holland Sindromu nədir və iqtisadiyyata necə təsir edir? Holland Sindromundan qaçmaq mümkündürmü? Bu sindrom Azərbaycan iqtisadiyyatında özünü necə göstərir? İqtisadçı İbrahim Niftiyevlə müsahibəmizi izləyərək öyrənə bilərsiniz.
Şəhər dizayn kodu nə deməkdir və Bakıya nə üçün lazımdır? Reklam lövhələri şəhərlərin simasına necə təsir edir? Bakıda dizayn kod tətbiq etmək üçün nə lazımdır? Memar Dilqəm İsmayılovla müsahibəmizi izləyərək öyrənə bilərsiniz.
Qanunvericilikdə heyvanlarla pis rəftara görə hansı sanksiyalar nəzərdə tutulur? Heyvan haqları ilə bağlı pozuntulara rast gəldikdə hansı qurumlara müraciət etmək lazımdır? Vəkil Mehriban Məmmədova ilə Azərbaycanda heyvan haqları ilə bağlı vəziyyət haqqında söhbət etmişik.
Təhlükə hər zaman fəlakətə çevrilirmi? Təbiətdən gələn təhlükələrin fəlakətə çevrilməməsi üçün hansı addımları atmaq lazımdır? Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasovla müsahibəmizi izləyərək öyrənə bilərsiniz.
Azərbaycandakı sosial işin hazırkı durumu nə yerdədir? Bu istiqamətdə əsas hansı dəyişikliklərə və resurslara ehtiyac var? Bu dəfəki videomuzda sosial işçi Elnur Musayev Azərbaycanda sosial iş: hazırkı durum və gedilməli yol mövzusunda çıxış edib.
Xüsusi və inklüziv təhsil üzrə mütəxəssis Aynurə Abdullayeva: “Biz istəyiriksə ki, məktəb uşaqlar üçün inkişaf etməyə ən yaxşı yer olsun, onda o, müəllim üçün işləməyə və inkişaf etməyə ən yaxşı yer olmalıdır.” Növbəti videomuzda müəllim rifahının vacibliyi haqqında danışmışıq.
Qanunvericilikdə mənəvi zərərlə bağlı nə deyilir? Məhkəmə mənəvi zərərlə bağlı kompensasiyanı necə müəyyənləşdirir? Məhkəmə praktikasında mənəvi zərərlə bağlı hansı işlər olub? Növbəti videomuzda vəkil Fariz Namazlı ilə mənəvi zərər və təzminat barəsində söhbət etmişik.
İnsan hüquqları seçki prosesinə necə təsir göstərir? İnsan hüquqlarının qorunduğu mühitdə seçkilər dövründə hansı xüsusiyyətlər önə çıxır? Növbəti videomuzda insan hüquqları tədqiqatçısı Murad Rüstəmbəyli ilə insan hüquqları və seçkilər barəsində danışmışıq.
Son illər neft hasilatında müşahidə olunan azalmanın səbəbi nədir? Azərbaycan Avropa bazarında Rusiyanın enerji təminatını əvəz edə bilərmi? Mövcud resurslarımız yaşıl enerjiyə keçidə imkan verirmi? İqtisadçı Toğrul Vəliyevlə söhbətimizi izləyərək öyrənə bilərsiniz.
Professional öyrənmə qrupları nədir və tədris prosesinə necə töhfə verir? Bu qruplar müəllimlərin peşəkar inkişafına yönələn digər təlim proqramlarından nə ilə fərqlənir? Bu dəfəki videomuzda təhsil məsləhətçisi Əminət Diqanayeva ilə professional öyrənmə qrupları haqqında danışmışıq.
From the publisher's feed