
Sign up to save your podcasts
Or


Sosial mediada “Media haqqında” yeni qanun layihəsinə etiraz olaraq müstəqil jurnalistlər tərəfindən “İcazəli media istəmirik” kampaniyası başladılıb. Jurnalistlər nə üçün etiraz edirlər və tələbləri nələrdir? Jurnalist Aynur Elgünəşlə söhbətimizi izləyərək məlumat ala bilərsiniz.
Platforma işçilərinin son zamanlar baş verən etirazları nə ilə nəticələndi? Bu işçilərin hüquqlarının qorunması üçün hansı addımlar atılmalıdır? Əmək Hüquqlarının Müdafiəsi İnstitutunun rəhbəri Fərid Rüstəmzadə ilə gig-iqtisadiyyat, əmək münasibətləri və istismar haqqında danışmışıq.
Azərbaycanda əlilliyi olan şəxslərin işlə təmin edilməsi ilə bağlı hansı problemlər mövcuddur? Digər ölkələrin təcrübəsində bu problemlər necə həll olunur? Növbəti videomuzda sosial sahibkar Məhəmməd Kekalovla əlilliyi olan şəxslər və işsizlik mövzusunda danışmışıq.
Məktəb şagirdlərə hansı bilik və bacarıqları qazandırmalıdır? Keyfiyyətli və dayanıqlı təhsil modeli qurmaq üçün ən vacib addım nə olmalıdır? Xüsusi və inklüziv təhsil üzrə mütəxəssis Aynurə Abdullayeva ilə müasir dövrdə məktəb, müəllimlər və islahatlar barəsində danışmışıq.
İkinci Qarabağ müharibəsinin təsirlərindən əziyyət çəkən insanlar üçün psixoloji dəstək xidmətləri nə qədər əlçatandır? Bu xidmətin keyfiyyəti ilə bağlı vəziyyət qənaətbəxşdirmi? Tədqiqatçı Nisə Hacıyeva ilə müsahibəmizi izləyərək öyrənə bilərsiniz.
Azərbaycanda təqaüd sistemi tələbələrin ehtiyaclarına cavab verirmi? Hazırkı sistemdə tələbələr hansı problemlərlə üzləşir? İqtisadçı Xətai Alıyelə təhsil təqaüdü, motivasiya və yüksək nəticə stressi haqqında söhbət etmişik.
Gündəlik verdiyimiz qərarlarımıza hansı xarici faktorlar təsir edir? Bir istehlakçı kimi reklam kampaniyalarının, təbliğatın qurbanı olmamaq üçün nə etməliyik? Marketoloq Vüqar Mehdiyevlə müsahibəmizi izləyərək öyrənə bilərsiniz.
Müharibə dövründə sosial sahibkarlıq özünü necə göstərir? Müharibədən əziyyət çəkən regionlarda uğurlu sosial sahibkarlıq nümunələri hansılardır? Sosial sahibkar Sara Rəcəbli müharibə dövründə sosial sahibkarlığın önəmi və sosial bizneslərin cəmiyyətə faydası haqqında çıxış edir.
Azərbaycanda internetə çıxışla bağlı hansı problemlər var? Bu sahədə dövlətin öhdəlikləri nələrdir? Hüquqşünas Səyyad Yusifli ilə internet, dövlət və insan hüquqları barəsində danışmışıq.
From the publisher's feed