
Sign up to save your podcasts
Or


Ali təhsil müəssissələrində tədris materialları ilə bağlı hansı problemlər var? Universitetlərdə tədqiqat mühitini yaxşılaşdırmaq üçün nə etməli? Siyasi elm mütəxəssisi Pünhani Əsgərli ilə gənc universitet müəllimləri, tədris materialları və azadlıq barəsində söhbət etmişik.
Velosiped Azərbaycanda nəqliyyat vasitəsi ola bilərmi? Bunun üçün şəhərlərin infrastrukturunda hansı müvafiq dəyişikliklər edilməlidir? “İnsan yönümlü şəhərlər” layihəsinin təmsilçisi Arzu Süleymanovla müsahibəmizi izləyərək öyrənə bilərsiniz.
Torpaq insanlar və digər canlılar üçün hansı fərqli dəyərləri yaradır? Bu dəyərləri qorumaq nə üçün vacibdir? Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasovla müsahibəmizi izləyərək öyrənə bilərsiniz.
Həssas qruplar dedikdə kimlər nəzərdə tutulur? Həssas qruplara aid olan şəxslər Azərbaycanda hansı çətinliklərlə qarşılaşırlar? Bu dəfəki videomuzda hüquqşünas Ruslan Əliyevlə həssas qrupların qarşılaşdığı çətinliklər və hüquqlar barəsində söhbət etmişik.
Oyun pedaqogikası nədir? Uşaqlarla hansı növ oyunları oynamaq daha effektivdir? Erkən təhsil mütəxəssisi, Finlandiyada uşaqların erkən inkişafı sahəsində çalışan müəllim Sura Ağaverdiyeva ilə müsahibəmizi izləyərək öyrənə bilərsiniz.
Erasmus+ proqramı nədir? Proqramın təklif etdiyi imkanlardan necə yararlanmaq olar? Milli Erasmus ofisinin rəhbəri Pərviz Bağırovla müsahibəmizi izləyərək ətraflı məlumat ala bilərsiniz.
Vərəsəlik institutu nədir və hansı məqsədlərə xidmət edir? Qanunla kimlər vərəsə hesab edilir? Mirasla bağlı yanlış bilinən məlumatlar hansılardır? Növbəti videomuzda vəkil Aysel Əhmədova ilə vərəsəlik haqda tez-tez verilən suallar barəsində söhbət etmişik.
“Qızlar oxusun” təşəbbüsünün məqsədi aztəminatlı ailələrdən olan qızlar üçün təhsili əlçatan etmək, onların şəxsi və peşəkar inkişaflarına töhfə verməkdir. Təşəbbüsün təsisçisi Fatma Qurbanova ilə regionlardakı qızların təhsil almasına mane olan səbəblər haqqında danışmışıq.
Cinsi zorakılığa məruz qalmış şəxslər ilkin olaraq hansı quruma müraciət etməlidir? Hüquq-mühafizə orqanlarının zərərçəkmişlərlə davranış qaydaları necə olmalıdır? Vəkil Sevda Məhərrəmova ilə cinsi zorakılıq, ictimai təfəkkür və görülməli tədbirlər haqqında söhbət etmişik.
İcma quruculuğu nədir və nəyə görə əhəmiyyətlidir? İcma inkişafı ilə bağlı həyata keçirilən layihələrdə hansı vacib prinsiplər nəzərə alınmalıdır? İcma səfərbərçisi Ağalar Ağalarlı ilə imkanlara əsaslanan icma inkişafı haqqındakı videomuzu izləyərək öyrənə bilərsiniz.
From the publisher's feed