
Sign up to save your podcasts
Or


Tərəkəmə həyat tərzi nədir və onun qorunması nə üçün əhəmiyyətlidir? Tərəkəmələr Azərbaycanda hansı ərazilərdə yaşayırlar? Tərəkəmə həyat tərzi turizmin inkişafı üçün faydalı ola bilərmi? Tarixçi-arxeoloq Fariz Xəlilli ilə videomuzu izləyərək öyrənə bilərsiniz.
Azərbaycanda qadınlar hüquqi yardıma çıxışla bağlı hansı problemlərlə üzləşirlər? Regionlarda qadın vəkil çatışmazlığı qadınların hüquqi yardım almaq imkanlarına necə təsir edir? Qadın haqları üzrə hüquqşünas Vəfa Rüstəmlə qadınların hüquqi yardıma çıxışı haqqında danışmışıq.
Universitetlərdə sosial iş ixtisası üzrə təhsil qənaətbəxşdirmi? Sosial işçi kimi peşəkarlaşmaq istəyən tələbələr üçün təhsildən əlavə hansı resurslar var? Vətəndaşların sosial işlə bağlı məlumatlılığı hansı səviyyədədir? Sosial işçi Zamin Zəki ilə videomuzu izləyə bilərsiniz.
Uşaqlar üçün ana dilində kitablar nəşr etmək niyə vacibdir? Yerli müəlliflər tərəfindən yazılan kitabların üstünlükləri nələrdir? Azərbaycanda uşaqlar üçün yazılan kitablar oxucuları qane edirmi? Roller Bird” nəşriyyatının təsisçisi Əfsanə Yusiflə videomuzu izləyə bilərsiniz.
Sovet dövrünün gender reformları özündə nələri ehtiva edirdi? İlkin sovetləşmə dövründə baş verən böyük dəyişikliklər niyə sonradan əhəmiyyətini itirməyə başladı? Sovet gender siyasəti sonda nə ilə nəticələndi? Feminist tədqiqatçı Sevinc Səmədzadə ilə videomuzu izləyə bilərsiniz.
Yeni tətbiq edilən parkinq sistemi qanunsuz ödənişlərin qarşısını ala bilirmi? Bəzi küçələrdə sürət həddinin aşağı endirilməsinin hansı faydaları var? İslahatlardan sonra taksi biznesi ilə bağlı nələr gözlənilir? Nəqliyyat eksperti Rauf Ağamirzəyevlə videomuzu izləyə bilərsiniz.
Gənc iqtisadçıların formalaşmasında hansı baryerlər mövcuddur? Sosial fəaliyyətlərdə iqtisadçıların iştirakı nə üçün vacibdir? Vətəndaş cəmiyyətində niyə gənc iqtisadçı liderlər azdır? Young Economists Network-ün həmtəsisçisi Zülfiyyə Mehdiyeva ilə videomuzu izləyə bilərsiniz.
Azərbaycanın turizm bazarının böyüməsini şərtləndirən əsas amillər hansılardır? Ölkədə turizmin davamlı inkişafı üçün hansı strategiyalar qəbul edilib? Budəfəki videomuzda bələdçi Qanı Nəsirovla dünya turizm bazarı və Azərbaycanın turizm məhsulları haqqında danışmışıq.
2001-ci ildən fotoqrafiya ilə məşğul olan Rəna Əffəndi müxtəlif nüfuzlu mükafatlar qalibidir. Çəkdiyi fotolarla insan hekayələrini paylaşdığını deyən fotoqrafın işləri dünyanın aparıcı nəşrlərində dərc edilir. Rəna xanımla müsahibəmizi kanalımızda izləyə bilərsiniz.
Məktəbəqədər təhsilin uşaqların inkişafında əhəmiyyəti nədən ibarətdir? Erkən yaş dönəmində uşaqların inkişafına nələr kömək edir? Uşaqların məktəbəqədər təhsilinə necə dəstək ola bilərik? Tərbiyəçi müəllim Pəri Osmanova ilə videomuzu izləyərək ətraflı öyrənə bilərsiniz.
From the publisher's feed