
Sign up to save your podcasts
Or


Bərpa, konservasiya və yenidənqurma işləri bir-birindən nə ilə fərqlənir? Tarixi tikililərin bərpası zamanı hansı vacib məqamlar nəzərə alınmalıdır? Nə üçün tarixi abidələri təmir etmək düzgün deyil? Memar Abdul Hüseynov bizə bu barədə danışıb.
Miqrasiya nə üçün əhəmiyyətli mövzudur? Azərbaycana gələn miqrantlar hansı problemlərlə üzləşirlər? Ölkədə miqrantlar və qaçqınlar üçün hansı inteqrasiya xidmətləri mövcuddur? Sosial müdafiə üzrə mütəxəssis Lamiyə Rzayeva-Əhmədli ilə müsahibəmizi izləyə bilərsiniz.
Sağlam iş mühiti yaratmaq üçün işəgötürənlər nə etməlidirlər? İkitərəfli açıq ünsiyyət nə üçün əhəmiyyətlidir? İnsanlar iş yeri seçimlərində hansı faktorlara diqqət yetirməlidirlər? İnsan resursları üzrə mütəxəssis Vüqar Heydərovla müsahibəmizi dinləyə bilərsiniz.
Velosiped yolları nəqliyyatla bağlı hansı problemlərin həllinə kömək edir? Bununla şəxsi avtomobillərdən istifadənin azalmasına nail olmaq mümkündürmü? Ölkədə piyadalar üçün vəziyyət nə yerdədir? “İnsan yönümlü şəhərlər” layihəsinin təsisçisi Anar Əliyevlə müsahibəmizi dinləyə bilərsiniz.
Uşaq rifahı nədir və nəyə lazımdır? Uşaqların inkişafına xüsusi diqqət ayrılması nə üçün vacibdir? Azərbaycanda bu sahədə vəziyyət necədir? Elmlər doktoru, Sent-Luis Vaşinqton Universitetinin elmi işçisi Aytəkin Hüseynli ilə müsahibəmizi dinləyərək öyrənə bilərsiniz.
Beynəlxalq Qızıl Xaç Komitəsi özündə hansı fəaliyyət istiqamətlərini ehtiva edir? Münaqişələr zamanı neytral mövqeni qoruyub saxlamaq nə üçün vacibdir? Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İlahə Hüseynova ilə müsahibəmizi dinləyə bilərsiniz.
Xəzər dənizinin sahillərini paylaşan dövlətlər ondan necə yararlanır? Xəzərin üzləşdiyi ekoloji problemləri necə aradan qaldırmaq olar? Xəzər dənizinin nə qədər əhəmiyyətli olduğunun fərqindəyikmi? Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasovla müsahibəmizi dinləyə bilərsiniz.
Kiberzorakılıq nədir və o hansı fəsadlara yola aça bilər? Azərbaycan qanunvericiliyində bununla bağlı hansı boşluqlar var? Kiberzorakılığa məruz qaldıqda nə etmək lazımdır? Vəkil Ayşə Abdel Qadirlə videomuzu izləyə bilərsiniz.
From the publisher's feed