Milləti böyük edən onun eşqidir. Azərbaycan ona görə böyük deyil ki, övladlarının sayı 50 milyonu çoxdan aşıb. Yalnız ona görə də böyük deyil ki, gec-tez mütləq qovuşub bütövləşəcək Güneyi ilə Quzeyi bunca geniş, bunca zəngindir. Bu yurdu və milləti böyük edən daim varlığında nəbz kimi döyünmüş, ürək kimi çırpınmış azadlıq duyğusu, istiqlal eşqidir. Böyük millət olmağın yolu o sevgidən başlanır.