PLANET FM
Download on the App Store

PLANET FM episodes

  • Canlını canlı edən xüsusiyyətlər hansılardır? Zaman Maşını #15
    Bu dəfə “Zaman Maşını” verilişinin qonağı Mikrobiologiya İnstitutunun baş direktoru professor Pənah Muradov oldu. Təbiətin harmoniyası, mikrobioloji proseslər və göbələklərin həyatdakı rolu kimi mövzuları müzakirə etdik. Həmçinin süni intellektin inkişafı və təbii intellektin əvəzolunmaz rolu barədə ətraflı söhbət apardıq.
    43 min
  • Müasir təhsil dövrün tələblərinə cavab verirmi? Zaman Maşını #13
    Bu dəfə “Zaman Maşını” verilişinin qonaqları UNEC
    rektorunun müşaviri dosent Elşən Bağırzadə və UNEC-in tələbə rektoru Nihad İsgəndərov oldular. Onlarla müasir iqtisadiyyatdan, fakültə təhsili ilə subbakalavr təhsilinin fərqlərindən, gənclərin düzgün ixtisas seçimi, iqtisadiyyatda süni intellektin rolu və tələbə rektorunun fəaliyyətlərindən danışdıq.
    49 min
  • Everest zirvəsindən dünya necə görünür? Zaman Maşını #11
    "Zaman Maşını" verilişinin növbəti buraxılışının qonağı Everesti fəth edən azərbaycanlı alpinist Vəfa Musayeva oldu. Oksigen çatışmazlığı, dağ xəstəliyi və ekstremal turizmin təhlükələri... Bu buraxılışda biz Vəfa xanımla fobiyalarla necə mübarizə aparmaq, küləyə və riskə baxmayaraq necə davam etmək və ən əsası, insanı zirvəyə aparan gücün mənbəyi haqqında danışırıq.
    46 min
  • Bakı yaşıllığı nə dərəcədə uğurludur? Zaman Maşını #9
    Bu gün “Zaman Maşını” verilişində qonağımız biologiya elmləri doktoru Tubuxanım Qasımzadə oldu. 22 May – Biomüxtəliflik Gününə həsr olunan buraxılışda bitki növlərinin qorunması, “Qırmızı kitab” və “Çəhrayı siyahı”nın əhəmiyyəti, genetik modifikasiyanın məqsədi və mümkün risklərini müzakirə etdik. Eyni zamanda, qida təhlükəsizliyi, ekoloji savadlılıq, Bakı şəhərinin yaşıllıq səviyyəsi, COP29 tədbiri və ətraf mühitin qorunmasında üzərimizə düşən məsuliyyətlərə də toxunduq.
    42 min
  • Azərbaycanla dünyanın çay mədəniyyəti arasında fərq nədir? Zaman Maşını #8
    “Zaman Maşını” verilişinin növbəti buraxılışında qonağımız etiket qaydaları üzrə mütəxəssis Cəmilə Hüseynova oldu. 20 May – Beynəlxalq Çay Gününə həsr olunan buraxılışda Azərbaycan çay mədəniyyəti, samovar süfrəsi və armudu stəkanın incəlikləri, Yaponiyanın matça mərasimi, İngilislərin südlü çay ənənəsi və məşhur "tea time" saatı haqqında danışdıq. Həmçinin, Çin və Hindistanda çayın qədim tarixi, çay plantasiyalarının ekologiyası, müxtəlif bitki çayları, çay dəmləmə qaydaları və çay içərkən etiket qaydaları da verilişin əsas mövzularından oldu.
    40 min
  • Heç vaxt xarab olmayan balın sirri nədədir? Zaman Maşını #7
    Bu dəfə “Zaman Maşını” verilişində qonağımız arıçı Pərvin Mehdiyev oldu. 20 May – Beynəlxalq Arı Gününə həsr olunmuş buraxılışda əsas diqqət Qarabağ və Şərqi Zəngəzur bölgəsində arıçılığın inkişafına yönəldi. Qonağımız bu ərazilərin unikal flora və faunasının balın keyfiyyətinə təsirindən, dağ və çəmən balları arasındakı fərqlərdən, bölgənin bal məhsullarının dünya bazarına çıxarılması perspektivlərindən bəhs etdi. Arıçılığın həm iqtisadi, həm də ekoloji baxımdan əhəmiyyəti barədə maraqlı məlumatlar verildi. 



    35 min
  • Hər palçıq vulkanında çimmək olmaz. Zaman Maşını #6
    "Zaman Maşını" verilişinin növbəti buraxılışında qonağımız  Geologiya və Geofizika İnstitutunun “Palçıq vulkanizmi” şöbəsinin baş elmi işçisi, elmlər doktoru, dosent Orxan Abbasov oldu.
    Palçıq vulkanlarının yaranma səbəbləri, onların təhlükəlilik səviyyəsi, çimmək üçün uyğun olub-olmaması, Xəzər sahilindəki tanınmış vulkanlar və Azərbaycanın bu sahədə dünyada tutduğu yer barədə ətraflı və elmi əsaslı müzakirə apardıq.
    46 min

About PLANET FM

From the publisher's feed

Elm və Kosmosu daha yaxın etdik!