PLANET FM
Download on the App Store

PLANET FM episodes

  • Qobustanın sirlərinə səyahət. Zaman Maşını #5
    "Zaman Maşını" verilişinin növbəti buraxılışının qonağı Qobustan Milli Tarix-Bədii Qoruğunun aparıcı elmi işçisi Nuranə Həsənova ilə birlikdə Qobustanın tarixi, mədəni və coğrafi əhəmiyyəti, ərazidə aparılan qoruma tədbirləri və bu unikal abidə haqqında maraqlı faktlardan danışdıq.
     Qədim insan həyatının izləri, minilliklərə meydan oxuyan qayaüstü təsvirlər, daş kitabələr və vulkanların diyarı haqqında maraqlı faktlarla zəngin bir söhbət sizi gözləyir.
    39 min
  • Açar sözlər süni intellektdə niyə vacibdir? Zaman Maşını #4
    "Zaman Maşını" verilişinin növbəti buraxılışının qonağı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru Rasim Mahmudov oldu.
         Qonağımızla süni intellektin (AI) cəmiyyətə və təhsilə təsiri, onun gələcək perspektivləri, innovasiyalar, rəqəmsal transformasiya və elmin inkişafında oynadığı rol barədə maraqlı və faydalı müzakirə apardıq.
    45 min
  • Xəzər dənizi Bakını zəlzələdən qoruyur? Zaman Maşını #3
    "Zaman Maşını" verilişinin növbəti buraxılışının qonağı Yer elmləri üzrə elmlər doktoru, Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükənin Qiymətləndirilməsi şöbəsinin rəhbəri Qulam Babayev oldu.
          Verilişdə zəlzələlərlə bağlı maraqlı elmi faktlar, Azərbaycanda hiss oluna biləcək maqnitudalı təkanlar, seysmik risklər və Bakıda dağıdıcı zəlzələ ehtimalı barədə ətraflı söhbət etdik.
    34 min
  • Təhsildə kişi müəllimlərin rolu niyə vacibdir? Zaman Maşını #2
    "Zaman Maşını" verilişinin növbəti buraxılışının qonağı təhsil eksperti Rizvan Fikrətoğlu oldu.

     Verilişdə müasir təhsil sistemimizin effektivliyi, məktəblərdə kişi müəllimlərin azlığı, dünyada tətbiq olunan innovativ təhsil metodları və bu sahədəki trendlər ətrafında geniş və maraqlı müzakirə apardıq.
    42 min
  • İşıq sürətinə çata bilsək, gələcəyə səyahət edə bilərik. Zaman Maşını #1
    "Zaman Maşını" verilişinin  qonağı fizika elmləri doktoru, professor, nüvə tədqiqatları və nanotexnologiyalar üzrə mütəxəssis Elçin Hüseynov oldu.
     Verilişdə elmin gündəlik həyatımıza təsiri, nanotexnologiyanın məişətdə tətbiq imkanları, nüvə tədqiqatlarının elmi və strateji əhəmiyyəti, bu sahələrin Azərbaycanda inkişaf perspektivləri barədə geniş müzakirə apardıq.
    49 min

About PLANET FM

From the publisher's feed

Elm və Kosmosu daha yaxın etdik!