The Valiyev Show

The Valiyev Show

By ismayil valiyevHealth & FitnessNutrition
Download on the App Store

The Valiyev Show episodes

  • Kimliyini dəyiş. Həyatın dəyişəcək.

    Kimliyin Gücü

    Bu epizodda davranış, vərdişlər və həyatı dəyişmək üçün kimliyin nə qədər önəmli olduğunu və bununla bağlı nə etməli olduğumuzu danışırıq.

    .

    .

    .

    .

    .

    #şəxsiinkişaf #liderlik #psixologiya #özünüinkişaf #intizam #mindset #discipline #leadership #selfdevelopment #azeripodcast

    11 min
  • Başlayan Yox, Bitirən Ol

    Bu epizodda çətinliyin niyə normal olduğunu danışdım. Biz niyə çətinliyi problem kimi görürük və bu düşüncə bizi necə saxlayır.

    Əslində çətinliyi normal qəbul edəndə oyun dəyişir.

    6 min
  • Fasilə Səni Ya Qurtarır, Ya Da Bitirir

    Gün ərzində işləyirik. Amma problem iş deyil — fasilələrdir.

    Bu epizodda müzakirəmiz:

    • Niyə bəzi fasilələr səni bərpa etmir, əksinə daha da yorur
    • Fasilə zamanı nə etdiyinin nəticəni necə dəyişdiyini
    • Necə “real” istirahət edib enerjini geri qazana bilərsən

    Bu, sadəcə fasilə deyil.

    Bu, performansını ya yüksəldən, ya da dağıdan qərardır.

    15 min
  • Boş Yorğunluq Problemi

    Gün boyu çox işləyirsən…

    amma günün sonunda qəribə bir boşluq hiss edirsən.

    Yorğunsan, amma bu yorğunluq səni qane etmir.

    Sanki işlədin… amma nəyəsə çatmadın.

    Bu epizodda bu hissin əsl səbəbini açıram.

    Niyə çox işləmək səni doldurmur?

    Niyə busy olmaq ≠ fulfilled olmaqdır?

    Səninlə paylaşacam:

    konkret yanaşmalar,

    praktik metodlar,

    və gündəlik istifadə edə biləcəyin real alətlər.

    Əgər günün sonunda boş hiss edirsənsə,

    bu epizod sənin üçündür.

    32 min
  • Beynini Təmizlə: Mənfi Səslərdən Qurtul

    Bu epizodda daxildə olan bütün mənfi fikirləri və hissləri kağıza tökməyin gücündən danışıram.

    Niyə yazmaq beynini yüngülləşdirir, problemləri necə aydınlaşdırır və həll yollarını daha tez tapmağa kömək edir

    Əgər beynin doludursa və çıxış yolu axtarırsansa, bu epizod sənlikdir.

    12 min
  • Gözləyə Bilən Qazanır

    Bu epizodda gözləməyin gücü haqqında danışırıq.

    Stanford Universitetində aparılmış məşhur marshmallow eksperimenti göstərir ki, gözləyə bilən insanlar uzun müddətdə daha uğurlu olur. Amma əsas sual budur: niyə gözləmək bu qədər çətindir və necə olur ki, bəziləri bunu bacarır, bəziləri isə yox?

    Bu epizodda səbrin, özünü idarə etmənin və uzunmüddətli düşünməyin həyatımıza necə təsir etdiyini qısa və praktik şəkildə izah edirəm.

    9 min
  • İş çox, vaxt az — necə çatdıraq?

    Bir çox insan az işlədiyi üçün yox, çox işlədiyi halda belə özündən razı qalmadığı üçün yorulur.

    Bəzən gün boyu işləyirik.

    Vacib işlər görürük.

    Hətta çox insandan daha çox işləyirik.

    Amma günün sonunda yenə də bir hiss qalır:

    “Daha çox etməli idim.”

    Bu epizodda danışdığımız mövzu budur.

    Niyə çox işləsək belə beynimiz bunu kifayət saymır?

    Niyə daim geridə qalmış kimi hiss edirik?

    Və necə edə bilərik ki, həm çox işləyək, həm də günün sonunda özümüzdən razı olaq?

    Əgər sən də tez-tez belə düşünürsənsə, bu epizod sənə çox tanış gələcək.

    Çünki problem çox işləməmək deyil.

    Problem nəyə görə işlədiyini bilməməkdir.

    10 min
  • Cəld Qərar Vermək Sənəti

    Bu epizodda qərar vermək üçün niyə bu qədər çox düşündüyümüzü və bunun bizi necə yorduğunu danışırıq.

    Dizayn düşünmə yanaşmasından istifadə edərək, qərarları mükəmməl etmək yox, irəlilətmək üçün necə düşünməli olduğumuzu izah edirəm.

    Əgər qərar vermə prosesi səni ilişdirirsə və “doğru qərar” axtarışı səni hərəkətsiz qoyursa, bu epizod sənindir.

    15 min

About The Valiyev Show

From the publisher's feed

The Valiyev Show — Azərbaycanca elit performans, kouçinq, sahibkarlıq və özünüinkişaf podkastıdır. Hər epizodda ekspertlər, koçlar və sahibkarlarla dərin söhbətlər aparılır, ya da İsmayıl Vəliyev…