Saçlarına sığal çəkən külək vardı. Bir də skamyada əyləşmiş gənc bir qız. Sevdiyi gələcəkdi birazdan. Yenə həmişəki kimi bir qədər gecikmişdi. Ehtiyatlıydı gənc aşiq, kitab götürmüşdü özü ilə, sevgilisini gözləyənədək oxumaq üçün. Nazik barmaqlarıyla tumar çəkdi əlindəki şeir kitabına. Vərəqlədi, oxumağa başladı, ordan-burdan, bir-iki şeir. Öyrəşmək nədir? Alışmaq, qəbul etmək, razı olmaq. Qəlbinin dərinliyindən axan…