Axtaran Adam

Axtaran Adam

By MuzafferusEducation
Download on the App Store

Axtaran Adam episodes

  • 8.Gec oldu – Kədərin salamı var (şeir)
    Kədərin salamı var Deyir, gələcəm bu gecə Gözlərinə Mənə salam deyərsən Digər hisslərlə sağollaşıb Gecəyə salam deyərsən, Digər insanlarla sağollaşıb Mən səni tək istəyirəm İnsansız, duyğusuz Mən səni istəyirəm Gecənin bir yarı yuxusuz Bir yol get istəyirəm Mənsəbsiz bir çayın Axdığı dənizin sahilindən Ya da bir yuxu ol bütün hər kəs səndə olsun Beyninin içində  …
    0 min
  • 7.Gec oldu – Kədərin salamı var (IV)
    “ Kədərin salamı var deyirsən, şair, amma unutduğun bir şey də var. Əgər salam göndərirsə, demək əvvəldən tanıyır. Çox əvvəldən kədər məni tanıyır. Dostuq biz onunla. Gecəm onundur, qaranlığım onundur. O qədər yaxın dostuq ki, onun varlığı xoşbəxtlikdir mənə. Gələcək bu gecə deyirsən. Bu gecə heç bitməyəcək. Uzun bir gecədir. Başqası olsaydı, bəlkə də yüzlərlə…
    0 min
  • 6.Gec oldu – Gecə oldu (şeir)
    Gec oldu Gecə oldu Kədər düşdü Yuxusuz qaldım Qaranlıq da düşdü İşıqsız qaldım Söhbət etdim özümlə Nağıl danışdım Nağılsız qaldım Sənə danışdım hər şeyi Səndə qaldı Gözlədim Çox gözlədim Gec oldu Gəlmədin Mən sənsiz qaldım Gözü yuxulu qaldım Harda qaldım? Harda qaldın? Hardasan? Hansı yolla getdin? Bəlkə ardınca qaçım? Tapa bilərəm yolu? Çata bilərəm sənə?…
    2 min
  • 5.Gec oldu – Kədərin Salamı var (III)
    “Kədərin Salamı var. Deyir gələcəm bu gecə gözlərinə. Mənə salam deyərsən. Digər hisslərlə sağollaşıb, gecəyə salam deyərsən. Digər insanlarla sağollaşıb. Mən səni tək istəyirəm. İnsansız, duyğusuz. Gecənin bir yarısı yuxusuz. Bir yol get istəyirəm. Mənsəbsiz bir çayın axdığı dənizin sahilində. Ya da bir yuxu ol.Bütün hər kəs səndə olsun – beyninin içində. “Sonrası yoxdu?”-deyib, şeirini…
    0 min
  • 4.Gec oldu – Dumansızam (hekayə)
    Mən xoşbəxtliyi dumanda bildim. Əslində hər şey gözlərlə başladı. O gözlər ki, gördü. Bax elə o zaman başladı. Sadəcə gördüyü zaman. Başqalarının əzablarını, kədərini, göz yaşlarını, qorxusunu, nifrətini, yalanını gördüyü zaman. O zaman hiss etdim bir yerlərdə qırıldı bir şeylər. Özü də necə… Elə qırıldı ki, qırıntılar əlimi kəsir. Tək əlimi yox. Bütün bədənim kəsik-kəsik.…
    0 min
  • 3.Gec oldu – Kədərin salamı var (II)
    Yenə başqa bir gecədə səninlə salamlaşmaq nə gözəldir, şair?! Nə qədər kədərlidir ki, gündüzlər biz qarşılaşmırıq,yazıçı. Bilirsən, əslində hər şey “yarım qaldı” kimidir.Sanki bir saniyə əvvəl baş vermiş kimi.Pianoçu indi də piano başında kədərlə səsləyir. Həvəskar yatıb həyətdə.Üstünü örtmüş aşiq yenicə içəri keçdi. Qız hələ də yatıb yuxusundakı yolda.Sənə verdiyim suala gülən dilənçi təzəcə ayrılıb.…
    0 min
  • 2.Yuxusuz – Gecə oldu (söhbət)
    Gec oldu, gecə oldu. Gecə söhbət üçün ən yaxşı vaxtdı. Özün-özünlə söhbət etmək üçün.Hekayələr uydurmaq, xəyallar qurmaq, düşünmək, planlar qurmaq, arzulamaq, kədərlənmək, xatırlamaq, ölmək üçün ən yaxşı vaxtdı. Özünlə baş-başa qaldığın bir vaxt. Gecə qonaq gəlmək də yaxşıdı, qonaq olmaq, qonaq qəbul etmək də.  Hər həftənin dördüncü (cümə) günü “Gec oldu” adlı podcast qonağınız olacaq.…
    0 min
  • 1.Gec oldu – Kədərin salamı var (I)
    “Kədərin salamı var” – deyə səsləndi bir şair. Ardınca bir neçə saniyə səssizlik oldu. Elə bir səssizlik ki, kədərin özünü orda hiss edə biləsən. Elə bir səssizlik ki, ora bir sonsuzluq yerləşdirə biləsən. “Kədərin salamı var, deyir “gələcəm bu gecə onun ziyarətinə.”” Sonra yenidən səssizlik bürüdü aləmi, bürüdü ki, heç kim soyuqdan donmasın. Soyuq var…
    0 min
  • #13 Sezon finalı – Axtaran Adam

     Ən gözəl sonluqların podcastı Axtaran adam bu bölüm sezon finalını  etdi. Uzun bir fasilədən sonra sizlərlə olacaq olan Axatarn Adam bu  bölüm köhnə yayımları yada saldı, qonaqlardan və dinləyicilərdən gələn  səsləri sizlərə çatdırdı, qarşıdakı 1 il üçün film/kitab/serial  məsləhətləri verdi, dinləyicilərinə uğurlar dilədi.

    Bizi dinlədiyiniz üçün var olun!

    May, we meet again. 

    Bizi digər sosial şəbəkələrdən dinləyin/izləyin/bəyənin:

    Anchor RadiotionFM
    Webside RadiotionFM/AxtaranAdam
    Spotify Axtaran Adam
    Apple Podcast Axtaran Adam
    Google Podcasts Axtaran Adam
    Youtube @RadiotionFM
    RSS Feed AxtaranAdam
    Twitter @RadiotionFM
    Facebook @RadiotionFM
    Instagram @RadiotionFM
    CastBox Axtaran Adam
    Stitcher Axtaran Adam

    40 min
  • #12 Gizli yazarlar – Axtaran Adam

     Dünyanın ən həvəskar podcastı olan Axtaran Adamın bu bölümündə Pəri və Ayan aşağıdakı sualları cavablandırmağa çalışdı:

    – Wattpad nədir?
    – Watty_Aze_Azerbaijan nədir?
    – Həvəskarlara necə yardım edə bilərik?
    – Ən çox rastlaşılan şablonlar hansılardır?
    – Klassik yoxsa müasir?
    – Bədi ədəbiyyata hansı əsərlərlə başlanılmalı?
    – Bəs sizin şəxsi kitabxananız (kitab rəfiniz) varmı?

    Ən çox bəyənilən kitablar:

    Pəri:
    – Onore de Balzak – “Qorio Ata”
    – Teodor Drayzer – “Cenni Herhardt”
    – Martin Paj – “Mən necə idiot oldum”
    – Etel Lilian Voyniç – “Ovod”
    – Alber Kamü – “Çöküş”
    Ayan:
    – Dostoyevski – “Alçaldılmış və təhqir olunmuş insanlar”
    – Paulo Koelyo – “Rio pyedra sahilində oturdum və ağladım”
    – Daniel Kiz – “Elcernon üçün güllər”
    – Səbahəddin Əli – “Xəz paltolu madonna”
    – Xalid Hüseyn – “Çərpələng uçuran”
    Muzafferus:
    – Adam Fawer- “OlasılıkSız”
    – Douglas Adams – “Otosopçunun galaksi rehberi”
    – Antoine De Saint-Exupéry – “Balaca şəhazadə”
    – Ray Bradbury – “Fahrenheit 451”
    – Carl Sagan – “Mesaj”

    Sözü gedən linklər:

    https://m.facebook.com/groups/209595106042602
    https://www.facebook.com/Wattpad.Azerbaijan/
    http://wattpad.com/Watty_Aze_Azerbaijan
    https://instagram.com/wattpadaz
    https://wattpad.com/user/themoonandsky
    https://wattpad.com/user/adlijoz
    https://wattpad.com/user/muzafferus
    https://merkurdereqs.wordpress.com
    https://radiotionfm.wordpress.com/
    https://muzafferus.com 

    Bizi digər sosial şəbəkələrdən dinləyin/izləyin/bəyənin:

    Anchor RadiotionFM
    Webside RadiotionFM/AxtaranAdam
    Spotify Axtaran Adam
    Apple Podcast Axtaran Adam
    Google Podcasts Axtaran Adam
    Youtube @RadiotionFM
    RSS Feed AxtaranAdam
    Twitter @RadiotionFM
    Facebook @RadiotionFM
    Instagram @RadiotionFM
    CastBox Axtaran Adam
    Stitcher Axtaran Adam

    1 hr 31 min

About Axtaran Adam

From the publisher's feed

"Axtaran Adam" podkastı: Sizi düşündürən fikirlərin ünvanı!