Əkinçi

Əkinçi

By akinchiEducation
Download on the App Store

Əkinçi episodes

  • Hərbi sənayedə süni intellekt yarışı: “Hayp”, yoxsa reallıq? | Zakir Rzazadə

    Tədqiqatçı Zakir Rzazadə süni intellekt və yeni texnologiyaların hərbi müdafiə sənayesində yaratdığı dəyişikliklərdən danışır.

    Onun sözlərinə görə, əsasən ABŞ-da fəaliyyət göstərən süni intellekt əsaslı müdafiə startapları təkcə yeni məhsullar yaratmır, həm də gələcəyin müharibəsi haqqında təsəvvürləri formalaşdırmağa çalışırlar.

    Qonağımız bu çıxışında ənənəvi müdafiə sənayesi ilə yeni texnologiya şirkətləri arasındakı fərqləri, vençur kapitalının rolunu və süni intellekt ətrafında yaranan “şişirdilmiş gözləntilər” fenomenini təhlil edir.

    17 min
  • Rəqəmsal platformalarda nəyi görəcəyimizə kim qərar verir? | Pəri Abbaslı

    Sosial media platformaları hansı paylaşımların silinəcəyinə, hansılarının isə milyonlarla insana göstəriləcəyinə necə qərar verir? Süni intellekt və alqoritmlər istifadəçiləri qorumağa çalışsa da, bəzən satira, aktivizm və ictimai əhəmiyyətli mövzuların da görünməz olmasına səbəb ola bilir. Bəs təhlükəsizliklə söz azadlığı arasındakı sərhəd harada başlayır və harada bitir?

    Jurnalist və media tədqiqatçısı Pəri Abbaslı ilə bu videoda platforma idarəçiliyinin, kontent moderasiyasının və rəqəmsal dövrdə ifadə azadlığının gələcəyini müzakirə edirik.

    11 min
  • Qədimdən bəri bitməyən şikayət: “Ah, bu indiki gənclər…” | Yalçın İslamzadə

    “İndiki gənclər əvvəlkilərdən daha pisdir” fikri doğrudanmı həqiqətdir, yoxsa hər nəslin təkrarladığı köhnə bir stereotipdir?

    Təhsil eksperti Yalçın İslamzadə hesab edir ki, problemin əsas səbəbi gənclərin dəyişməsi deyil, cəmiyyətin və təhsil sisteminin dəyişən dövrün reallıqlarına uyğunlaşa bilməməsidir.

    Niyə gənclər özlərini anlaşılmamış hiss edirlər? Məktəb və valideynlər harada səhv edirlər? Cəza və sərt nəzarət həqiqətən nəticə verirmi?

    Bu barədə daha ətraflı yeni müsahibəmizdə.

    14 min
  • Süni intellektin ağıllı söhbətləri arxasında gizlənən həqiqət | Adnan Axundov

    Adnan Axundov həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə texnologiya sahəsində 25 ildən artıq təcrübəyə malikdir. Son 10 ildə fəaliyyətini süni intellekt üzərində cəmləşdirən Adnan, Münhen Texniki Universitetində süni intellekt və maşın öyrənməsi üzrə təhsil aldıqdan sonra Volkswagen-in Süni İntellekt Tədqiqat Laboratoriyasında çalışıb. Daha sonra Facebook, Instagram və WhatsApp platformalarının sahibi olan Meta şirkəti tərəfindən inkişaf etdirilən PyTorch açıq mənbəli maşın öyrənməsi platforması üzərində çalışaraq dünya miqyaslı süni intellekt infrastrukturu və tətbiqi maşın öyrənməsi sistemlərinin hazırlanmasında iştirak edib.

    Öz nitqində süni intellekt mühəndisi Adnan Axundov son illərdə həyatımızın bir hissəsinə çevrilən süni intellekt texnologiyalarının necə işlədiyindən danışır. O, süni intellekt sistemlərinin insan dilini necə anlamağa çalışdığını, məlumatlardan necə öyrəndiyini və niyə insan kimi görünən cavablar verdiyini izah edir. Bu video vasitəsilə maşın öyrənməsi və böyük dil modelləri kimi anlayışlarla sadə və anlaşılan formada tanış olacaqsınız.

    15 min
  • Təbii qida bazarındakı boşluqdan yaranan təşəbbüs | Maya Səbzəliyeva

    SM Fresh Oil brendinin təsisçisi Maya Səbzəliyeva öz çıxışında aldığı tibb təhsilinin və sağlam qidalanmaya olan marağının onu təbii məhsullar sahəsinə gətirməsindən danışır.

    Qonağımız bazarda keyfiyyətli və təzə yağ tapa bilmədiyi üçün bu məhsulları özü istehsal etməyə başladığını və zamanla bunun uğurlu biznesə çevrildiyini izah edir.

    Spiker həmçinin sağlam yağlar, trans yağlar və insanların qidalanma ilə bağlı yayılmış yanlış təsəvvürləri haqqında danışaraq, təbii məhsulların uzunmüddətli sağlamlıq üçün əhəmiyyətini vurğulayır. 

    19 min
  • Sahibkarlıq ruhu və bacarıqları uşaqlıqdan inkişaf etdirilə bilər | Günel Yaşar

    “Nağılçı” Uşaq Yaradıcılıq Atelyesinin və Unicorn Academy-nin təsisçisi Günel Yaşar hesab edir ki, süni intellekt dövründə uşaqların innovativ düşüncə, təşəbbüskarlıq və texnologiya bacarıqlarını erkən yaşlardan inkişaf etdirməsi vacibdir.

    Qonağımız vurğulayır ki, gələcəyin peşələri və iş prinsipləri sürətlə dəyişdiyi üçün uşaqların yaradıcılıq və təşəbbüskarlıq düşüncəsi ilə böyüməsi böyük üstünlüyə çevriləcək.

    Spikerin fikrincə, uşaqlar yalnız texnoloji alətlərdən istifadə etməyi deyil, həm də yeni ideyalar yaratmağı və dəyişən dünyaya uyğunlaşmağı bacarmalıdırlar.

    8 min
  • Məsafədən iş modeli: müvəqqəti trenddən yeni reallığa doğru | Nərmin Elçin

    Nərmin Elçin rəqəmsal marketinq sahəsində regional müştəri təmsilçisidir. Peşəkar fəaliyyəti dövründə həm ofisdən, həm də hibrid çalışma təcrübəsi olsa da, son iki ildə tam məsafədən çalışır.

    Yeni videomuzda qonağımız pandemiyadan sonra geniş yayılmağa başlayan məsafədən iş modelinin zamanla bir çox insan üçün prioritetə çevrilməsindən danışır.

    Spiker bu modelin zaman və coğrafi azadlıq, rahat iş mühiti kimi üstünlüklərindən bəhs etməklə yanaşı, onun tələb etdiyi məsuliyyət və intizamdan da söz açır.

    11 min
  • Təhsil biliyi və təcrübəni önə çəkir, bəs emosiyalarımızı idarə etmək necə? | Elmina Kazımzadə

    Təhsil psixoloqu və Bakı Dövlət Universitetinin dosenti Elmina Kazımzadə deyir ki, uşaqlara sadəcə bilik vermək kifayət deyil. Onların emosiyalarını anlamağı, stresi idarə etməyi, başqalarının fikirlərinə və hisslərinə hörmət etməyi öyrənməsi ən azı akademik təhsil qədər önəmlidir.

    Spikerin fikrincə, bu məsuliyyət yalnız məktəb psixoloqlarının deyil, müəllimlərin və valideynlərin də üzərinə düşür. O vurğulayır ki, uşaqlara hazır cavablar vermək yox, düşünmək və seçim etmək fürsəti yaratmaq daha vacibdir.

    12 min
  • Yazı bacarığı olmayan cəmiyyət tərəqqidən geri qalır | Günel Kərimova

    ADA Universitetinin müəllimi Günel Kərimova yeni videomuzda akademik yazının əhəmiyyəti və kölgə yazarlığı probleminə toxunub.

    Spiker deyir ki, son illərdə sosial media vasitəsilə akademik yazı xidmətlərinin sayının artması, o cümlədən süni intellektdən bu sahədə fəal istifadə olunması akademik yazı bacarıqlarının zəifləməsinə səbəb olur.

    Qonağımız vurğulayır ki, akademik yazı yalnız qiymət almaq vasitəsi deyil, düşünməyi, arqument qurmağı və öz fikirlərini ifadə etməyi öyrədən bir prosesdir.

    8 min
  • Gözəllik tələsi: Niyə hamı eyni görünməyə çalışır? | Lalə Kişiyeva

    Media mütəxəssisi Lalə Kişiyeva ilə yeni videomuzu sosial medianın və gözəllik sənayesinin necə yeni gözəllik standartları formalaşdırdığına həsr etmişik. Qonağımız müxtəlif tətbiqlərin, alqoritmlərin və davamlı müqayisənin insanların psixologiyasına təsiri haqqında danışıb.

    Spiker vurğulayır ki, sosial media vasitəsilə bu cür gözəllik standartlarının geniş təşviq olunması yeniyetmələrdə özgüvən problemləri yaradır. O əlavə edir ki, şirkətlərin “özünə qayğı” mesajı altında insanlara əlçatmaz standartlar aşılamaq cəhdi problemi daha da dərinləşdirir.

    12 min

About Əkinçi

From the publisher's feed

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.