PLANET FM
Download on the App Store

PLANET FM episodes

  • Alman Keyfiyyəti, yoxsa Çin Texnologiyası? 2026-da Hansı Maşın Alınmalıdır?
    Çin elektromobilləri həqiqətən sağlamlığımıza zərər vurur? Sükan arxasında radiasiya təhlükəsi mifdir, yoxsa sübut olunmuş reallıq? 2026-cı ilin avtomobil bazarında hansı brendlər öz dəyərini qoruyacaq? Bu buraxılışımızda rəqəmsal strategiya mütəxəssisi və avtobloqer Şahin Cəfərzadə ilə avtomobil sənayesinin ən çox müzakirə olunan sirlərini açırıq.

    Aparıcılar: Cavid Neymətzadə 
    Qonaq: Şahin Cəfərzadə
    21 min
  • Məktəblərdə "Bullinq" Dəhşəti: Uşaqları Bu Bəladan Necə Qoruyaq? | Valideyn Və Uşaq Münasibətləri
    Yeniyetmə övladınızla ortaq dil tapmaqda çətinlik çəkirsiniz? Övladınız məktəbdə "bullinq"ə məruz qalır, yoxsa fərqində olmadan özü aqressivlik edir? 2026-cı ilin ən aktual valideyn-uşaq problemlərini və imtahan stresinin gənclərin həyatındakı gizli fəsadlarını bu buraxılışda ətraflı müzakirə edirik!

    Ailə və uşaq psixoloqu Aynur İsmayıl ilə yeniyetməlik dövrünün psixoloji böhranlarını, testosteron və kortizol kimi hormonların uşaq davranışına kəskin təsirini və diqqət əksikliyinin səbəblərindən danışırıq. 

    Aparıcı: Nigar Məmmədova
    39 min
  • Milyonluq investisiya fürsəti: "InMerge Baku"da nələr olacaq?
    Bu buraxılışda 30 Noyabr - 1 Dekabr tarixlərində Bakıda baş tutacaq regionun ən böyük innovasiya tədbiri olan "InMerge Summit" barədə ən son yenilikləri öyrənəcəksiniz. Yerli startapların Pakistan, Çin, Afrika və ABŞ bazarlarına ixrac potensialı, dövlət tərəfindən tətbiq edilən vergi güzəştləri və beynəlxalq akselerasiya mərkəzlərinin (məsələn, "Plug and Play") Azərbaycandakı fəaliyyəti haqqında bütün detallar bu müsahibədədir. İstər gənc, istərsə də təcrübəli mütəxəssis olmağınızdan asılı olmayaraq, texnologiya sahəsindəki yeni fürsətləri qaçırmayın. 

    Aparıcılar: Rəhman Rəsulov
    Qonaq: Elxan Şükürov
    26 min
  • Süni İntellekt, yoxsa Super İntellekt? | Gələcəyin Ən Böyük Təhlükəsi
    Süni intellekt dünyanı idarə edəcək gücə çevrilir, bəs super intellekt bəşəriyyət üçün xilaskardır, yoxsa ən böyük təhlükə? Bu sualların cavabını AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyevlə müzakirə edirik. 


    Aparıcı: Nigar Məmmədova
    45 min
  • Dayanıqlı su təminatı
    Layihənin əsas məqsədi elm, təhsil və innovasiyaları geniş ictimaiyyət üçün daha əlçatan, anlaşıqlı və maraqlı etməkdir. ABŞ-nin nüfuzlu Stanford Universitetinin Dayanıqlı Əməliyyatlar üzrə proqramının məzunu Aybəniz İsmayılovanın təqdimatında dinləyicilər ADA Universitetinin müəllim-professor heyəti, tədqiqatçıları və tələbələri ilə aparılan maraqlı müzakirələrdə gündəlik ekoloji vərdişlər üçün praktiki məsləhətlər, idarəetmədə yaşıl təşəbbüslər, dayanıqlıq proseslərinin həyatımızda təzahürü haqqında məlumatlar öyrənəcəklər.
    39 min
  • 1 Noyabr Marafonu: Bakıda Qələbə Qaçışı | Zəfərimizə Sən Də Qatıl
    1 Noyabr tarixində Bakıda möhtəşəm "Qələbə Qaçışı" baş tutacaq! Zəfərimizi qeyd edəcəyimiz bu qaçış yarışında iştirak etmək və sağlam şəkildə finişə çatmaq üçün buraxılışımızı mütləq izləyin. Marafona düzgün hazırlaşmaq, gündəlik 30-45 dəqiqəlik yürüşlərlə bədəni gücləndirmək və ən əsası zədələrdən qorunmaq üçün vacib məsləhətləri sizinlə bölüşürük. Tələsmədən, aramla qaçaraq zəfərimizi birlikdə qeyd edək!

    Aparıcılar: Rəhman Rəsulov, Cavid Neymətzadə
    Qonaq: Hüseynzadə Hüseyn
    33 min
  • İstanbulda HARA GEDƏK? Qalata və Kadıköyün Gizli Məkanları | Türkiyənin Ən Ucuz Tətil Yerləri
    Azərbaycanda yaşayan türk "food blogger" Hülya Əliyeva qonağımızdır. İstanbul və Bakı arasındakı həyat tərzi fərqlərini, turistlərin bilmədiyi gizli restoranları və xaricdə yaşamağın sirlərindən danışdıq. Türkiyədə qış turizmi üçün Uludağ və Kartepe, yay tətili üçün isə Muğla, Akyaka və Dalyan bölgələrinin ən sərfəli tərəflərini müzakirə etdik. Eyni zamanda, Pekinə (Çin) səyahət təəssüratları, fərqli Asiya mətbəxi və Türkiyənin məşhur cağ kababı, şorbaları barədə ləzzətli bir söhbət apardıq. 

    Aparıcılar: Rəhman Rəsulov, Cavid Neymətzadə
    Qonaq: Hülya Əliyeva
    35 min
  • Nizami Gəncəvi Əslində Kim İdi? Şərq İntibahı və Kamil İnsan Kodu
    Nizami Gəncəvinin 885 illik yubileyinə özəl buraxılışda filosof Müşfiq Ötgün dahi mütəfəkkirin fəlsəfi və mənəvi dünyasının görünməyən qatlarını açır. Nizami Gəncəvi niyə Qərb deyil, birmənalı olaraq Şərq İntibahının zirvəsidir? Onun əsərlərindəki dərin hikmət, "Qurani-Kərim" paralelləri və insan qəlbinin kəşfi hansı sirləri ehtiva edir? Verilişdə Nizaminin antik yunan filosoflarına (Əflatun, Ərəstun) münasibəti, Lev Tolstoy və Fyodor Dostoyevski ilə müqayisəsi, eləcə də XII əsrdə qadın obrazlarına verdiyi misilsiz ali dəyər dərindən təhlil olunur. Nizami əsərlərinin tərcümə qüsurları, «tabula rasa» və kamil insan konsepsiyası haqqında ən cəsarətli fikirlər bu buraxılışda!

    Aparıcı: Nigar Məmmədova
    33 min
  • Tək Səyahət Necə Edilir? | Ucuz Bilet, Hotel Seçimi və Viza Qaydaları
    Amerikaya səyahət etmək həqiqətən kinolardakı kimi fantastikdir, yoxsa reallıq tam fərqlidir? Planet FM-in qonağı olan təcrübəli səyahətçi Şəhla İsayeva Nyu-York, Boston, Los-Anceles və Asiya (Bali, Tailand) səyahətlərindən heç yerdə eşitmədiyiniz ən maraqlı detalları bölüşür. Nyu-Yorkun təhlükəli küçələri, metro reallıqları, 75 dollarlıq parkinq xərcləri və 4 ədəd gürcü xəngəlinə verilən 25 dollar! 

    Aparıcılar: Rəhman Rəsulov
    Qonaq: Şəhla İsayeva
    34 min
  • Təkbaşına Səyahət Etməkdən Qorxanlar Üçün Bələdçi | Ucuz Avropa Səyahəti
    Avropada 280 kilometr yolu heç bir nəqliyyatdan istifadə etmədən, təkbaşına piyada qət etmək mümkündürmü? Bu buraxılışda azərbaycanlı səyahətçi Hüsniyyə Bakıxanova Portuqaliyanın Portu şəhərindən İspaniyanın Santyaqo-de-Kompostela şəhərinə qədər uzanan məşhur "Kamino de Santyaqo" (Camino de Santiago) zəvvar marşrutundakı inanılmaz macəralarını bölüşür. Meşələrdə təkbaşına keçən günlər, vəhşi heyvanlara açılan atəş səsləri, xüsusi səyahət pasportu, zədələrə rəğmən sınmayan iradə və minimal büdcə ilə Avropanı kəşf etməyin sirləri bu videoda! Həmçinin İtaliyanın gizli qalmış şəhərləri (Bari, Alberobello), Aralıq dənizində kruiz səyahətlərinin üstünlükləri və Wizz Air ilə ucuz bilet tapma üsulları ətraflı izah olunur.
    32 min

About PLANET FM

From the publisher's feed

Elm və Kosmosu daha yaxın etdik!