Zəlzələ zamanı qorxu və çaşqınlıq yaşamaq normaldır. Amma əvvəlcədən nə edəcəyimizi bilmək, həmin an daha düzgün qərar verməyə və özümüzü, ailəmizi qorumağa kömək edə bilər.
Bu bölümdə zəlzələdən əvvəl görülməli hazırlıqlardan, hadisə zamanı evdə, iş yerində və küçədə necə davranmaq lazım olduğundan danışırıq. Təhlükəsiz mövqe seçmək, şüşələrdən və ağır əşyalardan uzaq durmaq, lift istifadə etməmək və təşvişə qapılmamaq kimi vacib məqamlara baxırıq.
Həmçinin zəlzələdən sonra yarana biləcək təkrar təkanlar, qaz sızması, elektrik təhlükəsi və rabitə problemləri zamanı nələrə diqqət etməli olduğumuzu müzakirə edirik. Məqsəd qorxu yaratmaq deyil, fövqəladə vəziyyətə daha hazırlıqlı və soyuqqanlı yanaşmaqdır.
Söhbətimiz burada bitmir. Yeni epizodlar və digər paylaşımlar üçün məni sosial media platformalarında da izləyə bilərsiniz:
https://linktr.ee/mr.turalll
Xoş dinləmələr!
Hosted on Acast. See acast.com/privacy for more information.