Detoks çayları, detoks suları, xüsusi proqramlar və “bədəni toksinlərdən təmizləmək” vədləri son illərdə çox populyarlaşıb. Amma əsas sual budur: bədənimizin həqiqətən belə detokslara ehtiyacı varmı?
Bu bölümdə detoks anlayışına daha sadə və real tərəfdən baxırıq. Bədənin təbii olaraq özünü necə tənzimlədiyindən, qaraciyər, böyrəklər, həzm sistemi və gündəlik vərdişlərin bu prosesdəki rolundan danışırıq.
Həmçinin detoks adı ilə təqdim olunan yanaşmaların niyə bəzən insanlarda yanlış gözlənti yaratdığını, arıqlama, su itkisi, şişkinlik və “yüngüllük hissi” kimi mövzuların əslində nə ilə bağlı ola biləcəyini müzakirə edirik.
Məqsəd detoksu kor-koranə qəbul etmək və ya tamamilə rədd etmək deyil. Əsas məsələ bədəni daha yaxşı anlamaq, sağlamlığı qısa müddətli “təmizlənmə” kimi yox, davamlı vərdişlər üzərindən qurmaqdır.
Söhbətimiz burada bitmir. Yeni epizodlar və digər paylaşımlar üçün məni sosial media platformalarında da izləyə bilərsiniz:
https://linktr.ee/mr.turalll
Xoş dinləmələr!
Hosted on Acast. See acast.com/privacy for more information.