Bu dəfə @dj.tural və @alikhayyam seksdən danışdılar. Seksin psixologiyaya təsiri, münasibətlərdə seksin rolu, partnyorların bir-birilə etdikləri səhvlərdən @sadigovashabnam ilə söhbət açdılar.
Bu dəfə zamandan danışdıq. Zaman nədir? Zamanı necə faydalı keçirməliyik? Tural Yusifov öz qaydalarından danışır. Ali Khayyam isə zamanını necə böldüyünü ətraflı izah edir. Bəs ölkələr arasında zaman anlayışı necə dəyişir? Bütün suallara bu buraxılışda cavab tapa bilərsiniz.
Bu dəfə "Söhbətgah"da uşaqlıq travmalarının indi verdiyimiz qərarlara təsirindən söhbət açdıq. Bu mövzuda qonağımız @paar.la Instagram səhifəsinin müəllifi və #thetahealing praktikası ilə məşğul olan Aysel Allahverdiyeva oldu.
Theta healing nədir? Nələr uşaqlıq travmaları hesab edilə bilər? Bu travmalardan necə qurtulmaq olar? Bu kimi sualların cavabını bu buraxılışdan tapacağınıza əminəm. Çox sehrli bir buraxılış alınıb.
Fikirlərinizi şərhlərdə yazın. Hansı uşaqlıq travmalarınız olub? Bu gün bu travmalar sizə necə mane olur? Bu barədə yazın.
Bu dəfə @Söhbətgah-da qonağımız iqtisadçı Sakit Səmədov-dur. Onunla biznesdən, sahibkar kimi düşünməkdən, iqtisadi nizam-intizamdan, bəzi xalqların niyə varlı, digərlərinin niyə kasıb olmasından danışdıq. Şərhlərdə fikirlərinizi mütləq bölüşün və kanalımıza abunə olmağı, paylaşmağı, hər kəsə tövsiyə etməyi unutmayın.
Söhbətgahın sevimli patronu Kamil Niftalieve xüsusi təşəkkürlər. Patronlarımız Joshgun Najafov, Faiq Hacıbalayev, Möhtəşəm Möhtəşəm və Rashad Karimova minnətdarıq
Bu dəfə kitab oxumaqdan, mütaliədən danışdıq. Niyə kitab oxumalıyıq? Hansı kitabları mütləq oxumalıyıq? Uşaqlara kitabı necə sevdirməli? Bədii ədəbiyyat, yoxsa elmi-kütləvi kitablar?
Bu gün Söhbətgahda Ali Khayyam və Dj. Tural #Tərbiyə-dən, #əxlaq-dan danışıb ona #Münasibət-lərini bildirdilər. Uşaqlarımızı necə tərbiyə etməliyik? Araşdırmaçı uşaq, uşaqlıq travmaları, kitabların tərbiyədə rolu, tərbiyədə rol model kim ola bilər? Bu suallar ətrafında fikir mübadiləsi apardılar.
Söhbətdə adı keçən kitablar və müəllifləri: Stiv Biddalf "Oğlan uşağı nədir" Yanuş Korçak "Kral Matiuş" Yanuş Korçak "Uşağı necə sevməli"