SƏSLİ KİTAB

SƏSLİ KİTAB

By Raqif RaufoğluBusinessEducationArtsBooks
Download on the App Store

SƏSLİ KİTAB episodes

  • Amin Maalouf - Səmərqənd (TAM KİTAB) 1-Cİ HİSSƏ
    Amin Maalouf 1949-cu ildə Livanda dünyaya göz açıb. İqtisadiyyat və sosiologiya fakültəsini bitirdikdən sonra jurnalist kimi fəaliyyət göstərib. 1976-cı ildən etibarən Parisdə yaşayır. Müxtəlif redaksiyalarda yönətici və köşə yazarı kimi fəaliyyət göstərən Maalouf hazırda vaxtının əksəriyyətini kitab yazmaqla ke­çirir. Çox yaxşı tanıdığı Asiya və Aralıq dənizi bölgəsinin mif və əfsanələrini əsərlərində məharətlə qələmə alan Maalouf “Les Croisades vues par les Arabes” (“Xaç yürüşü ərəblərin gözü ilə”) (1983) adlı ilk kitabı ilə uğur qazandı və kitabın tərcümə edil­diyi dillərin ölkələrində tanındı. 1986-cı ildə nəşr edilən və eyni ildə “Fransa-Ərəb dostluq mükafatı”nı alan ikinci kitabı (ilk romanı) “Leon l’Africain” (“Afrikalı Leo”) isə bu gün “klassiklər” sırasında yer almaqdadır. Maalouf 1988-ci ildə yayımlanan “Samarcande” (“Səmərqənd”) əsəri də böyük coşqu doğurmuş və bir çox dillərə tərcümə edilmişdir. “Səmərqənd”dən sonra qələmə aldığı digər iki əsəri – “Les Jardins de lumière” (“İşıq bağçaları”) (1991) və “Le Premier Siecle après Béatrice” (“Beatrisdən sonra birinci əsr”) (1992) əsərləri də roman janrında yazılmışdır. Amin Maalouf 1993-cü ildə işıq üzü görən “Le Rocher de Tanions” (“Tanios qayaları”) əsəri ilə “Goncourt” mükafatına layiq görülmüşdür. “Les Echelles du Levant” (“Şərqin limanları”) romanı 1996-cı ildə, “Les İdentité Meurtrière” (“Ölümcül şəxsiyyətlər”) adlı esselər toplusu isə 1998-ci ildə nəşr edilmişdir. 2000-ci ildə Maalouf “Le Périple de Baldassare” əsəri yayımlandı. Finlandiyalı musiqiçi Kayya Saariaxonun bəstələdiyi opera üçün yazdığı “Uzaqdan məhəbbət” (2002) Maalouf ilk librettosudur. 2004-cü ildə “Origines” (“Başlanğıclar”) romanı, 2006-cı ildə ikinci librettosu “Adriana Mater”, 2009-cu ildə isə ikinci esselər toplusu “Le dérèglement du monde” (“Dünyanın əxlaqsızlığı”) əsərləri yayımlanmışdır. Amin Maalouf 2011-ci ildə Fransız Akademiyasına üzv seçilmişdir.

    Bakı, Qanun Nəşriyyatı, 2013, 436 səhifə. 1000 tiraj

    Fransızcadan tərcümə – Minə Candan Rauf qızı, Nəşriyyat redaktoru – Təhminə Bədəlova, Korrektor – Nigar Musayeva
    1 hr 5 min
  • Hovard Behar - Söhbət Kofedən Getmir | SƏSLİ KİTAB #80
    "Söhbət kofedən getmir" kitabı ən kiçik biznes sahiblərindən tutmuş ən böyük şirkətlərədək hər bir biznes adamına ünvanlanıb. Kitab böyük xəyallar qurmağı bacaran iş adamlarına, eyni zamanda yenicə başlayan biznes həvəskarlarına uğur qazanmağın sirlərini açır. Özü də bu sirləri birbaşa iş öz biznesində tətbiq edən uğurlu iş adamının öz dilindən!

    Dünyaca məşhur kofe şəbəkəsi “Starbucks” ın keçmiş prezidenti Hover Behar "Söhbət kofedən getmir" kitabında biznesdə uğur qazanmağın sirlərini oxucularla paylaşır.
    9 min
  • Malcolm X - Dr. Rəcəb Şəntürk | SƏSLİ KİTAB #79
    Kitab XX əsrin ən yadda qalan simalarından olan Malkolm X-in hə­yatı və onun insan haqları uğrunda mübarizəsi haqqındadır. Qə­tiyyətli çıxışları ilə, modern cəmiyyət tərəfindən əzilən, sındı­rılan, ən adi insani münasibətlərə həsrət qalan qaradərililərin ümid işığına çevrilən və "Başıma ən azı bir qrup insanın yaşayıb təc­rübə edə biləcəyi qədər hadisə gəlib" – deyən Malkolm X-in keç­diyi həyat yolunu təsirlənmədən və təəccüb etmədən oxumaq müm­kün deyil.
    Kitabı oxuduqca bir insanın necə ən çirkin əməllərdən, tüfeyli hə­yatdan qurtularaq doğru prinsiplərə yiyələnib və bu prinsiplər uğ­runda canından belə keçəcək səviyyədə mübarizə aparıb dünyada iz qoyan bir şəxsə çevrildiyinin şahidi olacaqsınız.
    Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
    15 min
  • Müharibə nəyə lazımdır - Eynşteyn ilə Freydin məktublaşması | SƏSLİ KİTAB #77
    “Niyə müharibə?” başlığı altında nəşr olunan yazışmanın təşəbbüskarı Albert Eynşteyn idi. 30 iyul 1932-ci ildə Postdam yaxınlığındakı Kaput məntəqəsindən ilk məktubu yazan Eynşteyn, kainatdakı hadisələr haqqında obyektiv düşünmək vərdişinin insan iradəsinin və psixologiyasının qaranlıq dəhlizlərini başa düşmək üçün kifayət etmədiyini bildirir.
    Bu kitabda Albert Eynşteyn ilə Ziqmund Freydin müharibələrin qarşısının alınması möv­­zusunda məktubları öz əksini tapır.
    10 min
  • Müharibə nəyə lazımdır - Ziqmund Freydin Eynşteynə məktubu | SƏSLİ KİTAB #76
    “Niyə müharibə?” başlığı altında nəşr olunan yazışmanın təşəbbüskarı Albert Eynşteyn idi. 30 iyul 1932-ci ildə Postdam yaxınlığındakı Kaput məntəqəsindən ilk məktubu yazan Eynşteyn, kainatdakı hadisələr haqqında obyektiv düşünmək vərdişinin insan iradəsinin və psixologiyasının qaranlıq dəhlizlərini başa düşmək üçün kifayət etmədiyini bildirir.
    Bu kitabda Albert Eynşteyn ilə Ziqmund Freydin müharibələrin qarşısının alınması möv­­zusunda məktubları öz əksini tapır.
    13 min
  • General Polad Həşimov Xatirələrdə | SƏSLİ KİTAB #75
    “General Polad Həşimov xatirələrdə” kitabı 14 iyul 2020-ci il tarixində Tovuz rayonu ətrafında gedən döyüşlərdə şəhid olan general-mayor Polad Həşimov haqqında xatirələrdən ibarətdir. Kitabda şəhid generalın ailə üzvlərindən, yaxınlarından, zabit və əsgər yoldaşlarından götürülən xatirə yazıları yer alıb. Kitabın 60 səhifəsini əhatə edən “Polad Həşimov fotolarda” adlı bölmədə isə generalın ta uşaqlıq illərindən tutmuş bizdən ayrılan vaxta qədər müxtəlif dövrlərdə çəkilmiş şəkillər verilib. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub və şəhid generalın cəmiyyətə daha yaxından tanıdılması məqsədi daşıyır.
    Kitabın ərsəyə gəlməsində dəstəyini göstərən bütün insanlara, o cümlədən məqalə və müsahibələrin müəlliflərinə, təşkilati işlərdə İlahə Nəccari, İlham Həşimov, Loğman Xanlarov, Elçin Kərimov, Elbrus Rzayev və Mahir Şəkərova təşəkkürümüzü bildiririk.
    Vətənimiz Azərbaycan uğrundan canından keçən bütün şəhidlərimizə rəhmət diləyirik!
    13 min
  • Brian Tracy - Milyon Dollarlıq Vərdiş | SƏSLİ KİTAB #74
    Xoşbəxt və uğurlu olmaq üçün ilk öncə öz xarakterinizi formalaşdırmalısınız. Siz, başqalarının rəğbətlə baxdığı insan olmaq istəyirsinizmi? Öz cəmiyyətinizdə lider və ətrafınızdakı insanlar üçün şəxsi nümunə olmaq istəyirsinizmi?
    İstənilən halda, həyatımızın hər bir sahəsində bu məq­sədlərin hər birinə nail olmaq üçün həlledici faktor, bizi istədiyimiz nəticələrə doğru aparacaq adətlərin formalaşdırılmasıdır. Vərdişlərin yaxşı cəhəti onların, praktika və daimi təkrarlanma nəticəsində mənimsənilə bilməsidir. Lazım olan istənilən vərdişi mənimsəyə – özünüzdə aşılaya bilərsiniz. İradə və intizamınızdan istifadə etməklə xarakterinizi istədiyiniz formaya sala bilərsiniz.
    12 min
  • Əbdürrəhim Bəy Haqverdiyev - Hekayələr | SƏSLİ KİTAB #73
    XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, bütün yaradıcılığı ilə milli-mənəvi dəyərlərə, gələcək nəslin maarifçi ruhda böyüməsinə, təlim-tərbiyə almasına xidmət edən Əbdürrəhim bəy Haqverdiyevin “HEKAYƏLƏR” kitabına “Ata və oğul”, “Mozalanbəyin səyahətnaməsi”, “Bomba”, “Marallarım”, “Dəccalabad”, “Mirzə Səfər”, “Diş ağrısı”, “Pir”, “Çeşmək” və s. hekayələri daxil edilib. Müəllifin satirik ruhda, bəzən ironiya, bəzənsə ürək ağrısı ilə qələmə aldığı bu ədəbi nümunələr 100 ilə yaxın bir dövrdə Azərbaycan oxucusu üçün dəyərini və aktuallığını itirməyib. Haqverdiyevin əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunub.
    14 min
  • Devid Oqilvi - Reklamçının etirafları | SƏSLİ KİTAB #72
    “Reklamın atası” hesab olunan Deviq Oqilvi 37 yaşında öz reklam agentliyinin əsasını qoymuşdur. Sonralar bu agentlik indi “Ogilvy & Mather” kimi tanınan beynəlxalq reklam şirkətinə çevrilmişdir.
    Reklama reklam agentliyinin gözü ilə baxan bu kitab Oqilvinin təcrübəsinə əsaslanan konseptlər, taktikalar və texnologiyalardan, həmçinin insanların hansı reklamlara nə cür reaksiya verdiyi barədə araşdırmalardan bəhs edir.
    Reklamçısınızsa, Oqilvinin bu ilk əsəri təcrübənizə təcrübə qatacaq, yox əgər reklamı yalnız media vasitələrindən izləyənlərdənsinizsə, kitab sizi reklamın iç dünyasına aparacaq və onun necə hazırlandığını göstərəcək.
    “Reklamçının etirafları” reklam sahəsində işləyənlər, işləmək istəyənlər, reklamla maraqlananlar üçün elmi-praktiki vəsaitdir. Biznesin hər hansı bir sahəsində uğur qazanmaq istəyən kəs bu kitabı öz “mütləq oxunmalı kitablar” siyahısına salmalıdır.
    8 min

About SƏSLİ KİTAB

From the publisher's feed

Raqif Raufoğlunun təqdimatında Azərbaycan və Dünya ədəbiyyatından seçmə kitablar qısaldılmış formada səsləndirilir. Xoş dinləmələr 🙂


Kitab mənəvi məsələ olduğu üçün, biz bu layihədə…

More shows like SƏSLİ KİTAB

6 Minute English by BBC Radio

6 Minute English

1,798 Listeners

Kendine İyi Davran by Beyhan Budak

Kendine İyi Davran

65 Listeners

Fularsız Entellik by Podbee Media

Fularsız Entellik

109 Listeners

Nereden Başlasam? by Storytel

Nereden Başlasam?

24 Listeners

Merdiven Altı Terapi by Deniz Dülgeroğlu

Merdiven Altı Terapi

66 Listeners

Radio Headspace by Headspace Studios

Radio Headspace

1,949 Listeners

Barış Özcan ile 111 Hz by Podbee Media

Barış Özcan ile 111 Hz

50 Listeners

Haddini Aşan Yaşam Rehberi by Podbee Media

Haddini Aşan Yaşam Rehberi

18 Listeners

Hiçbir Şey Tesadüf Değil by Podbee Media

Hiçbir Şey Tesadüf Değil

9 Listeners

Aklımda Kalanlar by Aklımda Kalanlar

Aklımda Kalanlar

6 Listeners

Learning Easy English by BBC

Learning Easy English

99 Listeners

Konuşulacak Çok Şey Var! by Zeynep Hantik - Podcast BPT

Konuşulacak Çok Şey Var!

3 Listeners