SƏSLİ KİTAB

SƏSLİ KİTAB

By Raqif RaufoğluBusinessEducationArtsBooks
Download on the App Store

SƏSLİ KİTAB episodes

  • Viktor Hüqo - Səfillər | SƏSLİ KİTAB #70
    Yalnız fransız ədəbiyyatının deyil, dünya ədəbiyyatının da ən görkəmli simalarından sayılan Viktor Hüqo özünün parlaq istedadının məhsulu olan əsərləri ilə bəşər bədii fikri tarixini zənginləşdirmişdir. XIX əsrin bu korifey sənətkarının yaradıcılığı ümumbəşər mənəvi sərvətləri xəzinəsində özünəməxsus yer tutur.

    Hüqo dühası, Hüqo irsi yer üzünün bütün xalqları üçün doğma və əzizdir. Hüqonun tükənməz yaradıcılıq aləmində “Səfıllər” romanının xüsusi çəkisi var. Dahi rus yazıçısı Lev Tolstoyun “fransız ədəbiyyatının ən yaxşı romanı” adlandırdığı bu ölməz əsər, demək olar, bütün dünya dillərinə tərcümə olunaraq müəllifinə əbədi şöhrət qa-zan-dırmışdır.

    Hamı üçün yazılmış “Səfillər” bu gün də qapıları döyür: “Açın, biz sizə gəlmişik”
    deyir. Ölməz ədibin sahilsiz kədərinin ayrılmaz parçası olan bu şah əsəri hər bir insana mənəvi cəhətdən zənginlik qazandıracaq qüdrətə sahib romandır. Əgər “Səfıllər” olmasaydı, dünya ədəbiyyatı həqiqətən də bir xeyli yoxsul görünərdi.
    8 min
  • Ken Blanchard, Spencer Johnson - Yeni bir dəqiqəlik menecer | SƏSLİ KİTAB #67
    Onilliklər boyu, “Bir dəqiqəlik menecer” milyonlarla adama professional və şəxsi həyatında uğur qazanmağa kömək edib. Onun istinad etdiyi prinsiplər dəyişməsə də kitabın ilk nəşrindən bəri keçən dövrdə dünyamız əsaslı surətdə dəyişmişdir. Texnologiyanın eksponensial şəkildə dəyişməsi, bazarların qlobal tarazlaşması, ani rabitə əlaqəsi imkanları və maddi ehtiyatlar, maliyyə, işçi qüvvəsi də daxil olmaqla, az məsrəflə çox iş görmək üçün korporativ iş faktorlarına göstərilən təzyiqlər yaşadığımız və işlədiyimiz dünyanı inqilabiləşdirib.
    Bu dəfə Ken Blanşar və Spenser Conson kitabın güclü, vacib dərslərini yeni nəsilə təqdim etmək üçün “Bir dəqiqəlik menecer”i yenidən işləyiblər. Onlar yığcam, asan oxunan hekayət əsasında başqalarını idarə etməyin üç praktik sirrini oxuculara öyrədir və bu metodların niyə belə yaxşı işlədiyini izah edirlər.
    Bu gün də gənc oğlanın effektiv menecer axtarışı haqqında bu klassik pritça otuz il əvvəl olduğu qədər aktual və faydalıdır.
    9 min
  • Orhan Pamuk - Bəyaz Qala | SƏSLİ KİTAB #66
    XVII əsrdə türk piratlarının ələ keçirdiyi bir venesiyalı İstanbula gətirilir. Astronomiya, fizika və rəsm qabiliyyətinə sahib olan bu kölə bənzər cəhətlərə sahib bir türk tərəfindən satın alınır. Bu iki insanın arasında sirli bir bənzərlik vardır. Qul sahibi öz köləsindən Venesiya və Qərb elmini öyrənmək istəyir. Bu iki bənzər insan (ağa və qul) bir-birini daha yaxından tanımaq, dinləmək və danışmaq üçün Haliç tərəfdəki boş bir evdə, eyni masanın iki başında üz-üzə oturaraq danışırlar. Hekayələri və sərgüzəştləri onları vəba xəstəliyinin tüğyan etdiyi İstanbul küçələrinə, Uşaq Sultanın xəyal bağçalarına və heyvanlarına, qeyri-adi silahın hazırlanmasına və ən əsası, “Niyə mən mənəm?” sualına aparacaqdır. Hekayələr gündüzdən gecəyə doğru yol aldıqca şəxslərin kölgələri də yerdəyişmə edir.
    10 min
  • Altay Məmmədov, Natiq Səfərov - Xəzinə | SƏSLİ KİTAB #65
    “Xəzinə” – Azərbaycanda analoqu olmayan bir kitab!

    Oxuyan da peşman olacaq, oxumayan da. Niyəsini oxuyanda biləcəksiniz. Dünyanın ən məşhur simaları – filosoflar, sərkərdələr, diktatorlar, elm-incəsənət xadimləri, biznesmenlər, siyasətçilər və Molla Nəsrəddin sizinlədir. Uğur qazanmağın yolları, idarəetmənin sirləri, bir sözlə, əsl xəzinə buradadır. Bir kitabı oxumaqla minlərlə kitabı oxumuş, bir “Xəzinə” ilə minlərlə xəzinəni tapmış olacaqsınız.
    Kitab dövlət və siyasət adamları, rəhbər işçilər, hüquqşünaslar, biznesmenlər, əsl natiq olmaq istəyənlər üçün xüsusilə faydalıdır.
    13 min
  • Avesta (parçalar) | SƏSLİ KİTAB #64
    Qədim zamanlarda Şərq dünyasının mədəni və ictimai həyatına böyük təsir göstərmiş cərəyanlardan biri Spitman Zərdüştün yeni dini – məzdyəsna dini olmuşdur. Azərbaycan, İran, Orta Asiya və Əfqanıstanda yazılmış bu dinin müqəddəs kitablar külliyyatı – Avesta ilk dəfədir ki, Azərbaycan dilinə tərcümə edilmişdir. Müəllifi peyğəmbər Zərdüşt hesab edilən Avestanın əks etdirdiyi əxlaqi, mənəvi normalar və prinsiplər hazırda belə qüvvədədir, yenidir və bugünkü cəmiyyətimizin bunları bilməyə ehtiyacı var.

    Fars dilindən tərcümə edəni: İsmayıl Şəms
    12 min
  • Mihay Çiksentmihayi - Axın | SƏSLİ KİTAB #63
    Dünyaca məşhur “axın nəzəriyyəsi” insanın həqiqətən necə xoşbəxt ola biləcəyini açıq şəkildə ortaya qoyur, xoşbəxtliyin nəzarətdənkənar bir zövq axtarışı ilə deyil, şüurlu səadət, başqa sözlə desək, axın təcrübəsinin köməyi ilə qazanıldığını göstərir.

    Axın nəzəriyyəsinin nə olduğunu izah edən və bu təcrübəni həyatımıza necə tətbiq edəcəyimizi təqdim edən bu kitab adı çəkilən nəzəriyyənin sahibi doktor Mihay Çiksentmihayinin xoşbəxtliyin tədqiqatlarına həsr edilmiş 25 illik zəhmətinin məhsuludur. “Axın” – “xoşbəxtlik elmi” adlandıra biləcəyimiz bu əsər elm dünyası ilə birlikdə həyatını dəyərləndirmək, onu daha dərindən kəşf etmək və özünü daha yaxşı dərk etmək istəyən hər bir oxucu üçün faydalı olacaq.
    11 min
  • Alan Fridman - Mənim yolum. Berluskoninin həyatı öz dilindən | SƏSLİ KİTAB #62
    Səyahət gəmisində müğənnilikdən daşınmaz əmlak kralına, milyarder media maqnatından İtaliyanın indiyə qədər ən uzun müddət hakimiyyətdə olan mübahisəli baş naziri vəzifəsinə qədərki enişli-yoxuşlu yollarla addımlamış Silvio Berluskoninin həyatı güclü qasırğanı xatırladır.
    Bəziləri üçün hər şeyə özü nail olmuş şanslı adam, başqaları üçün qadın düşkünü, şəhvət dəlisi və özünə qarşı maraq yaradan opportunist olan bu gözqamaşdırıcı fiqur siyasi spektrin hər iki tərəfində güclü təəssürat və reaksiyalar oyadır - İtaliya elektoratının yarısı ona valehdir, yarısı da nifrət edir, dünyanın yerdə qalan hissəsi üçün isə o, bir tapmaca olaraq qalır.
    Berluskoni bir çox mükafatlar almış jurnalist Alan Fridmanla 100 saatdan çox davam edən eksklüziv müsahibəsi zamanı futboldan tutmuş manşetlərə çıxan qalmaqallara, bədnam ad çıxarmış "bunqa-bunqa" ziyafətlərinə qədər bütün mövzular haqda açıq və səmimi danışır. Bununla yanaşı onun söhbəti həm dostlarının, həm də düşmənlərinin, uzun müddət birlikdə çalışdığı həmkarlarının və hər kəsin tanıdığı siyasi rəqiblərinin müsahibələri ilə əvəz olunur.
    "Mənim yolum" kitabı Berluskoninin şəxsi həyatının bəzi anlarını, Vladimir Putin, Corc Buş, Toni Bleyer kimi dünya miqyaslı liderlərlə əlbir gördüyü işlərdəki uğurları, polkovnik Qəzzafi ilə şəxsi münasibətlərini, uğursuzluqlarını, eləcə də mafiya ilə əlaqələrinin olduğuna dair şübhələrin arxasındakı həqiqətləri əks etdirir. Əsərin müəllifi müxtəlif mənbələrdən yararlanaraq hadisələri olduğu kimi, bütün təfərrüatları ilə işıqlandırmağa çalışır, çoxuna müəmmalı adam təsiri bağışlayan Berluskoninin gerçək və qeyri-adi həyat hekayəsini danışır...
    14 min

About SƏSLİ KİTAB

From the publisher's feed

Raqif Raufoğlunun təqdimatında Azərbaycan və Dünya ədəbiyyatından seçmə kitablar qısaldılmış formada səsləndirilir. Xoş dinləmələr 🙂


Kitab mənəvi məsələ olduğu üçün, biz bu layihədə…

More shows like SƏSLİ KİTAB

6 Minute English by BBC Radio

6 Minute English

1,798 Listeners

Kendine İyi Davran by Beyhan Budak

Kendine İyi Davran

65 Listeners

Fularsız Entellik by Podbee Media

Fularsız Entellik

109 Listeners

Nereden Başlasam? by Storytel

Nereden Başlasam?

24 Listeners

Merdiven Altı Terapi by Deniz Dülgeroğlu

Merdiven Altı Terapi

66 Listeners

Radio Headspace by Headspace Studios

Radio Headspace

1,949 Listeners

Barış Özcan ile 111 Hz by Podbee Media

Barış Özcan ile 111 Hz

50 Listeners

Haddini Aşan Yaşam Rehberi by Podbee Media

Haddini Aşan Yaşam Rehberi

18 Listeners

Hiçbir Şey Tesadüf Değil by Podbee Media

Hiçbir Şey Tesadüf Değil

9 Listeners

Aklımda Kalanlar by Aklımda Kalanlar

Aklımda Kalanlar

6 Listeners

Learning Easy English by BBC

Learning Easy English

99 Listeners

Konuşulacak Çok Şey Var! by Zeynep Hantik - Podcast BPT

Konuşulacak Çok Şey Var!

3 Listeners