SƏSLİ KİTAB

SƏSLİ KİTAB

By Raqif RaufoğluBusinessEducationArtsBooks
Download on the App Store

SƏSLİ KİTAB episodes

  • Məhəmmədhüseyn Şəhriyar - Xatirələrdə | SƏSLİ KİTAB #51
    Bu kitab böyük Azərbaycan şairi Şəhriyar (Seyid Məhəmmədhüseyn Behcət Təbrizi) haqqında xatirələrdən ibarətdir. Toplunun əvvəlində öz xatirələri də yer alıb. Əlavə olaraq, şairini qızı, qardaşı, dostları, müxtəlif sənət və ədəbiyyat adamlarının da yazısı kitaba salınıb. Bu xatirələrdə Şəhriyarın uşaqlığından tutmuş ahıl yaşlarına qədər başına gəlmiş hadisələrdən bəhs edilir. “Şəhriyar xatirələrdə” kitabı Şəhriyarşünaslıqla maraqlananlar, ümumilikdəsə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
    9 min
  • Randy Gage - Pul Məktəbi | SƏSLİ KİTAB #50
    Kitab, biznes seminarlardan yığılmış seçmələr əsasında tərtib edilmişdir.

    Amerikada və Amerika jurnallarında onu “Ceday ustası” adlandırırlar. Tərəqqi ustası. Bu insan, adi qabyuyandan bu günkü multimilyonerə qədər mürəkkəb bir həyat yolu keçib...

    Kitabdan sərlövhə:

    Mən inanıram ki, siz dünyaya varlı olmaq üçün gəlmisiz. Siz xoşbəxt olmaq üçün doğulmusuz. Siz sağlam yaşamaqcün mövcudsuz.

    Əgər siz həqiqətən də varlı olmaq istəyirsinizsə, kasıb insan-lardan maliyyə məsləhətləri almağı tərgidin. Əgər siz dağın başına dırmanmaq istəyirsinizsə, alpinistlə məsləhətləşin. Əgər təyyarə sürmək istəyirsinizsə, təyyarəçi ilə.

    Mən onların necə düşündüklərini öyrənmək istəyirəm. Çünki mən yalnız onlar kimi düşünməyə başlayacağım, onlar kimi düşünməyi öyrənəcəyim andan milyarder olacağıma əmin ola bilərəm.

    Varlılar kasıblar kimi düşünmür. Mən sizə zəmanət verirəm ki, multi-milyarderlər də multimilyonerlər kimi düşünmür.
    12 min
  • Yunus Şen, Eyüp Coşkun - Babil Yanarkən | SƏSLİ KİTAB #49
    Bu kitabda Səddam Hüseyn hakimiyyətinin dağılmasına aparan illərin, günlərin və saatların “içəridən” bir “şəkli çəkilib”. Körfəz böhranını 1990-cı ildən bu yana İraq və region ölkələrində izləyən iki jurnalist – Yunus Şen və Eyüp Coşkun şahidlər, müşahidələr, təhlil və araşdırmaları ilə İraqın uzun bir dövrünə işıq salırlar.

    Bu gün İraqda baş verənlərin düzgün anlaşılması üçün dünən yaşananlar jurnalist obyektivliyi ilə “Babil yanarkən”in səhifələrində yazılıb.
    11 min
  • Vilayət Quliyev - Baş Nazirin Xanımı | SƏSLİ KİTAB #48
    Kitab Azərbaycan Cümhuriyyətinin qurucularından biri, müxtəlif vaxtlarda baş nazir və maarif naziri vəzifələrini tutmuş Nəsib bəy Yusifbəylinin (1881-1920) şəxsi həyatına, ailə münasibətlərinə həsr edilib. Nəsib bəyin həyat yoldaşı Şəfiqə xanım (1886-1971) türk dünyasının böyük fikir adamı, “Tərcüman” qəzetinin naşiri və redaktoru İsmayıl bəy Qaspralının qızı idi. O, yaxın tarixə həm də Rusiya imperiyasında müsəlman qadın hərəkatının liderlərindən və müstəqil Krım dövləti uğrunda mübarizənin öncüllərindən biri kimi daxil olub. Nəsib bəylə Şəfi­qə xanımın yalnız məhəbbət deyil, həm də ideya üzərində qurulmuş ailə həyatı, onların birgə mübarizəsi, ömür yolunda üzləşdikləri çətinlik və ziddiyyətlər kitabda əksəriyyəti Azərbaycan oxucusu üçün yeni olan fakt və sənədlər vasitəsi ilə təqdim olunur. Ədəbi-tarixi esse kimi qələmə alınmış “Baş nazirin xanımı” yalnız Azərbaycan Cümhuriyyətinin tarixi ilə məşğul olanlar üçün deyil, geniş oxucu kütlələri üçün də maraq doğurur.
    11 min
  • Stiven Hoking - Mənim Tarixçəm | SƏSLİ KİTAB #45
    “Mənim tarixçəm” Stiven Hokinqin müstəsna dərə­cədə səmimi üslubda yazılmış avtobioqrafik bir kitabıdır. 21 yaşında, bu dünyada qısa müddət yaşayacağını proqnozlaşdıran dəhşətli tibbi diaqnoz qoyulmuş bir insan, dahi bir zəkanı ağır fiziki və mənəvi əzablara məhkum etmiş öz bəxtsiz taleyi ilə daimi mübarizədən ibarət olan həyatı haqqında danışır. Həkimlərin proqnozuna baxmayaraq, artıq yarım əsrdən artıq bir zamanda nəinki öz xəstəliyinin bütün olumsuzluqlarına qarşı davam gətirir, hətta ona qarşı döyüşür. Öz xəstəliyini və əlilliyini qaçınılmaz qəbul edərək, o möhtəşəm bir mənəvi dəyanət nümayiş etdirir, zəkasının gücü ilə bizi heyran edir və insanın imkanlarının hüdudsuz olduğunu isbat edir.
    12 min
  • Qurban Səid - Əli və Nino (9-cu fəsil) | SƏSLİ KİTAB #44
    Bu kitab ədəbiyyatımızın ən məşhur və qalmaqallı əsərlərindən biridir. Dünyanın 33 dilinə tərcümə olunub və 66 ölkədə nəşr edilib. Əksər avropa ölkələrində ƏSRİN ROMANI kimi dəyərləndirilib.

    Əsərdəki hadisələr Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə edir. Hadisələrin cərəyan etdiyi əsas məkan isə "tərəqqi etmiş" Qərb və "geridə qalmış" Şərqin qovuşduğu Bakıdır.

    Tarixin təlatümlü hadisələri fonunda Müsəlman Əli və Xristian Ninonun məhəbbət hekayəsi
    heç bir oxucunu laqeyd qoymayacaq.

    "Cəlbedici və gözəl tarixdir... Canlı baxış, mədəniyyətlərin toqquşması və ölməz məhəbbət"
    The Times


    "Ölməz şedevr... Bədii ədəbiyyatda buna oxşar heç bir məhəbbət tarixiniz xatırlaya bilmirəm".
    The Washington Post
    13 min
  • Ronda Bern - Sirr | SƏSLİ KİTAB #43
    Bu kitab minlərlə insana daha fərqli həyat bəxş edib. Bu kitabda verilən məlumatlar yalnız maarifləndirici xarakter daşıyaraq, səhhətin korlanması zamanı diaqnostika, müalicə və ya hər hansı resept kimi nəzərdə tutulmamışdır. Bu məlumatlar peşəkar səhiyyə təşkilatlarının məsləhətləri ilə əvəz edilə bilməz. Kitabın məzmunundan istifadə, peşəkar səhiyyə təşkilatları tərəfindən verilən sağlamlıq proqramlarına vacib və səmərəli əlavə kimi məsləhət görülmüşdür. Ronda Bernin kitabı həyatınızı dəyişmək üçün daha bir şansdır. Onu əldən verməyin.
    9 min

About SƏSLİ KİTAB

From the publisher's feed

Raqif Raufoğlunun təqdimatında Azərbaycan və Dünya ədəbiyyatından seçmə kitablar qısaldılmış formada səsləndirilir. Xoş dinləmələr 🙂


Kitab mənəvi məsələ olduğu üçün, biz bu layihədə…

More shows like SƏSLİ KİTAB

6 Minute English by BBC Radio

6 Minute English

1,798 Listeners

Kendine İyi Davran by Beyhan Budak

Kendine İyi Davran

65 Listeners

Fularsız Entellik by Podbee Media

Fularsız Entellik

109 Listeners

Nereden Başlasam? by Storytel

Nereden Başlasam?

24 Listeners

Merdiven Altı Terapi by Deniz Dülgeroğlu

Merdiven Altı Terapi

66 Listeners

Radio Headspace by Headspace Studios

Radio Headspace

1,949 Listeners

Barış Özcan ile 111 Hz by Podbee Media

Barış Özcan ile 111 Hz

50 Listeners

Haddini Aşan Yaşam Rehberi by Podbee Media

Haddini Aşan Yaşam Rehberi

18 Listeners

Hiçbir Şey Tesadüf Değil by Podbee Media

Hiçbir Şey Tesadüf Değil

9 Listeners

Aklımda Kalanlar by Aklımda Kalanlar

Aklımda Kalanlar

6 Listeners

Learning Easy English by BBC

Learning Easy English

99 Listeners

Konuşulacak Çok Şey Var! by Zeynep Hantik - Podcast BPT

Konuşulacak Çok Şey Var!

3 Listeners